Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Microsoft — baş ofisi Vaşinqton ştatının Redmond şəhərində yerləşən ABŞ transmilli texnologiya korporasiyasıdır. "Microsoft"un ən tanınmış proqram məhsulları "W

Microsoft

  • Ana Səhifə
  • Vikipediya
  • Microsoft

Microsoft — baş ofisi Vaşinqton ştatının Redmond şəhərində yerləşən ABŞ transmilli texnologiya korporasiyasıdır. "Microsoft"un ən tanınmış proqram məhsulları "Windows" əməliyyat sistemləri xətti, "Microsoft 365" məhsuldarlıq proqramları dəsti, həmçinin "Internet Explorer" və "Edge" veb brauzerləridir. Onun qabaqcıl aparat məhsulları "Xbox" videooyun konsolları və "Microsoft Surface" sensor ekranlı fərdi kompüterlərin xəttidir. "Microsoft" ABŞ-nın ən böyük korporasiyaları haqqında 2022-ci il "Fortune 500" reytinqində ümumi gəlirə görə 14-cü yeri tutmuşdu. Bu korporasiya 2022-ci ilin məlumatına görə, gəlirlərinə görə dünyanın ən böyük proqram istehsalçısı idi. "Alphabet" ("Google"un ana şirkəti), "Amazon", "Apple" və "Meta Platforms" (əvvəlki adı "Facebook, Inc." olmuşdur) ilə birlikdə ABŞ-nin böyük beşlik informasiya texnologiyaları şirkətlərindən biri hesab olunur. "Microsoft" 4 aprel 1975-ci ildə Bill Geyts və Pol Allen tərəfindən "Altair 8800" üçün "BASIC" tərcüməçiləri hazırlamaq və satmaq məqsədilə yaradılmışdır. O, 1980-ci illərin ortalarında "MS-DOS" ilə fərdi kompüter əməliyyat sistemləri bazarında, sonra isə "Windows" ilə dominantlıq etməyə yüksəlmişdir. Şirkətin 1986-cı ildə ilkin ictimai təklifi və səhm qiymətinin sonrakı yüksəlişi "Microsoft" işçiləri arasında üç milyarder və təxminən 12,000 milyoner yaratmışdır. Korporasiya 1990-cı illərdən bəri əməliyyat sistemi bazarından getdikcə şaxələnmiş və bir sıra korporativ satın almalar etmişdir. Onlardan ən böyüyü 2016-cı ilin dekabrında 26,2 milyard ABŞ dollarına "LinkedIn"i, ikinci ən böyüyü isə 2011-ci ilin may ayında "Skype Technologies"i 8,5 milyard ABŞ dollarına satın almasıdır.

Microsoft
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye texnologiya sənayesi[d], proqram təminatı sənayesi[d], proqram təminatı tərtibatı
Məhsulları Microsoft Windows, Microsoft Office, Skype, Microsoft Azure, Microsoft Dynamics, Microsoft Visual Studio, Microsoft Surface, Microsoft Bing, aparat təchizatı, Xbox, proqram təminatı
Təsis tarixi 4 aprel 1975
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 268.500.000.000 $ (2024)
Ümumi aktivlər
  • 512.100.000.000 $ (2024)
Ümumi gəliri
  • 281.724.000.000 $ (2025)
Xalis mənfəəti
  • 101.832.000.000 $ (2025)
Əməliyyat mənfəəti
  • 128.528.000.000 $ (2025)
Struktur
İşçi sayı
  • 228.000 nəf. (2024)
Tərəfdaşlar Skype Technologies, Microsoft Yaponiya, GitHub
Rəhbərlik
Təsisçilər
  • Bil Geyts
  • Pol Allen
İdarə heyəti Rid Hofman
microsoft.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Microsoft" 4 aprel 1975-ci ildə Bill Geyts və Pol Allen tərəfindən "Altair 8800" üçün "BASIC" tərcüməçiləri hazırlamaq və satmaq məqsədilə yaradılmışdır. O, 1980-ci illərin ortalarında "MS-DOS" ilə fərdi kompüter əməliyyat sistemləri bazarında, sonra isə "Windows" ilə dominantlıq etməyə yüksəlmişdir. Şirkətin 1986-cı ildə ilkin ictimai təklifi və səhm qiymətinin sonrakı yüksəlişi "Microsoft" işçiləri arasında üç milyarder və təxminən 12,000 milyoner yaratmışdır. Korporasiya 1990-cı illərdən bəri əməliyyat sistemi bazarından getdikcə şaxələnmiş və bir sıra korporativ satın almalar etmişdir. Onlardan ən böyüyü 2016-cı ilin dekabrında 26,2 milyard ABŞ dollarına "LinkedIn"i, ikinci ən böyüyü isə 2011-ci ilin may ayında "Skype Technologies"i 8,5 milyard ABŞ dollarına satın almasıdır.

"Microsoft" 2015-ci ildən etibarən IBM-PC-uyğun əməliyyat sistemi bazarında və ofis proqram təminatı dəsti bazarında dominantdır. Buna baxmayaraq, korporasiya ümumi əməliyyat sistemi bazarının əksəriyyətini "Android"ə itirmişdir. Şirkət həmçinin, masaüstü kompüterlər, noutbuklar, teblər, qadcetlər və serverlər üçün geniş çeşiddə digər istehlakçı və müəssisə proqram təminatı istehsal edir. Bunlara internet axtarışı ("Bing" ilə), rəqəmsal xidmətlər bazarı

(MSN vasitəsilə), qarışıq reallıq ("HoloLens"), bulud hesablamaları ("Azure") və proqram təminatının inkişafı ("Visual Studio") daxildir.

"Microsoft" 2010-cu ildə "Apple" tərəfindən taxtdan salınmışdı, lakin 2018-ci ildə "Microsoft" dünyanın ən dəyərli birjada qeydiyyata alınan şirkəti kimi mövqeyini bərpa etmişdir. 2019-cu ilin aprel ayında "Microsoft" trilyon dollarlıq bazar dəyərinə çatmış, müvafiq olaraq "Apple" və "Amazon"dan sonra 1 trilyon dollardan çox dəyər qazanan üçüncü ABŞ ictimai şirkəti olmuşdur. 2022-ci ilin məlumatına görə, "Microsoft" dördüncü ən yüksək qlobal brend qiymətləndirməsinə malikdir.

"Microsoft" inhisarçı təcrübələrinə görə, şirkətin proqram təminatı isə istifadə rahatlığı, etibarlılıq və kibertəhlükəsizlik problemlərinə görə tənqid edilmişdir.

Mündəricat

Əməliyyat sistemləri

  1. Windows 95
  2. Windows 98
  3. Windows 98 Second Edition
  4. Windows ME
  5. Windows 2000
  6. Windows Server 2003
  7. Windows XP
  8. Windows Vista
  9. Windows Server 2008
  10. Windows 7
  11. Microsoft Dynamics
  12. Windows 8
  13. Windows 8.1
  14. Windows 10
  15. Windows 11

Həmçinin bax

  • Tomas Cekson

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Microsoft haqqında məlumat. Microsoft nədir? Microsoft nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Simfonik muğam

  • Fevral 24, 2026

    Nissalı Qriqori

  • Fevral 24, 2026

    12 aprel

  • Fevral 23, 2026

    Qaronna çayı

  • Fevral 24, 2026

    İnsan hüquqları

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst