Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cebe noyon (monq. Зэв – "ox"; əsl adı: Cirqoaday; monq. Зургаадай; 1181, Monqolustan – 1225, Ukrayna) — Monqol minbaşısı, Çingiz xanın silahdaşı.

Cebe noyon

  • Ana Səhifə
  • Vikipediya
  • Cebe noyon

Cebe noyon (monq. Зэв – "ox"; əsl adı: Cirqoaday; monq. Зургаадай; 1181, Monqolustan – 1225, Ukrayna) — Monqol minbaşısı, Çingiz xanın silahdaşı.

Cebe noyon
monq. ᠵᠡᠪᠡ ᠵᠠᠩᠵᠤᠨ
Şəxsi məlumatlar
Doğum tarixi 1181(1181)
Doğum yeri
  • Monqolustan
Vəfat tarixi 1225(1225) (43–44 yaşında)
Vəfat yeri
  • Ukrayna
Vətəndaşlığı
  • Böyük Monqol imperiyası
Hərbi fəaliyyəti
Mənsubiyyəti Böyük Monqol imperiyası
Döyüşlər
  • Kalka döyüşü

Mündəricat

Həyatı

Cebe noyon Monqol ulusunun Besut/Yesut oymağından çıxmışdı.

Monqolların Azərbaycana birinci yürüşü 1220–1222-ci illərdə baş vermişdi. Həmin yürüşdə monqollara Cebe noyon və Sabutay bahadur (1210–1225) başçılıq etmişdi.

Cebe və Sabutay bahadurın başçılıq etdiyi monqol ordusu Azərbaycana soxulub Zəncan, Ərdəbil, Sərab və Təbriz şəhərlərini ələ keçirərək qarət etdi. 1-ci yürüşdə monqolların Təbrizə 3 dəfə hücum çəkməsinə baxmayaraq, şəhər hər dəfə xərac verməklə qarətdən xilas oldu. Gəncə əhalisi də bu cür taktikanı seçdi və şəhər qarət olunmadı. Monqollar 1222-ci ildə Dərbənddən keçərək şimal istiqamətində geri qayıtmağı qərara aldılar. Onlar 1223-cü ildə Kalka çayı sahilində rus-qıpçaq qoşununa qalib gəldilər, lakin İdil boyunda bulqarlarla döyüşdə məğlub olub Monqolustana qayıtdılar.

İbn əl-Əsir Cebe noyonun yürüşü haqda

Çin ətrafında çıxmış bir qövm Qaşqar və Balasaqun kimi Türküstan vilayətlərinə gəldilər. Sonra oradan Səmərqənd, Buxara və Mavəraünnəhr şəhərlərinə getdilər və oraları alıb darmadağın etdilər.

Sonra onlardan bir hissəsi Xorasana keçib oranı aldı, dağıtdı, əhalisini öldürdü və qarət etdi. Sonra Reyə, Həmədana, əl-Cəbəl vilayətinə və İraq sərhədinə qədər getdi. Sonra Azərbaycan və Arran vilayətlərinə gəlib, bir ildən də az müddətdə onları misli görünməmiş bir surətdə dağıtdı və əhalisinin çoxunu öldürdü. Çox az miqdarda qaçıb qurtaran oldu. Sonra Azərbaycandan və Arrandan qurtarıb Dərbəndə və Şirvana gedərək, o tərəfdəki şəhərləri aldılar. Oranın padşahı yaşayan qaladan başqa, heç bir yer salamat qalmadı. Oradan da alanlar və ləzgilər məskunlaşan tərəfə, oradakı müxtəlif millətlərin üstünə getdilər. Qırğın və soyğunçuluğu oralarda da genişləndirdilər. Sonra əhalisinin çoxu türklərdən ibarət olan Qıpçaq vilayətinə getdilər. Onlara qarşı duranların hamısını öldürdülər, salamat qalanlar meşələrə və dağlara qaçdılar.

Başqa bir dəstə də Qəznəyə, onun ətrafına və Hindistan, Sicistan və Kirman vilayətlərindən qonşu ölkələrə keçmişdilər. Onlar burada da indiyə qədər görünməmiş vəhşiliklər etmişdilər.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, cebe noyon sözünün mənası, cebe noyon haqqında məlumat. cebe noyon nədir? cebe noyon nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nuzi

  • Mart 02, 2026

    Sciadopitys verticillata

  • Fevral 27, 2026

    İvan Krılov

  • Mart 01, 2026

    Beynəlxalq müqavilə

  • Fevral 27, 2026

    Səngsər dili

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst