Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ann Filip (fr. Anne Philipe; 20 iyun 1917[…], Brüssel[d] – 16 aprel 1990[…], XII arondisman) — fransız yazıçısı.

Ann Filip

  • Ana Səhifə
  • Vikipediya
  • Ann Filip

Ann Filip (fr. Anne Philipe; 20 iyun 1917[…], Brüssel[d] – 16 aprel 1990[…], XII arondisman) — fransız yazıçısı.

Ann Filip
Doğum adı Anne Marie Nicole Ghislaine Navaux
Doğum tarixi 20 iyun 1917(1917-06-20)[…]
Doğum yeri
  • Brüssel[d], Belçika
Vəfat tarixi 16 aprel 1990(1990-04-16)[…] (72 yaşında)
Vəfat yeri
  • XII arondisman, Paris
Həyat yoldaşı
  • Jerar Filip
Fəaliyyəti yazıçı, aktrisa, jurnalist

Həyatı

Əslində Ann Filipdə yazıçı deməkdən söz ustası demək daha uyğundur. Çünki o yazıçı deyil, sadəcə olaraq məşhur fransız aktyoru Jerar Filipin zövcəsi idi. Çox sevimli ərinin ağır xəstəliyi və ölümü Ann Filipə güclü bir təsir bağışlamışdı. O ürəyində bişmiş kədəri ustalıqla vərəqlərə köçürdü (1963) və bu hissin təbiiliyi, səmimiliyi də tez nəzərə çarpdı. Peşəkar yazıçıların illərlə gözlədiyi şöhrəti Ann Filip bir anda qazandı. İnsan ömrünü bircə an adlandıran qadının kitabı az müddətdə bir çox dillərə tərcümə olundu və nəhayət 1971-ci ildə “Bir göz qırpımı” adı ilə azərbaycancaya çevrildi.

“Bir göz qırpımı” əsərini yazmazdan əvvəl Ann Filip jurnalistika ilə məşğul olmuş, müxtəlif mövzulu məqalələrlə yanaşı “Asiya karvanları” adlı xatirələr kitabını da nəşr etdirmişdir (1955). Lakin nə Çinə həsr olunmuş bu kitab, nə məqalələr, nə də etnoqrafiya mövzulu filmlərin çəkilişində iştirakı Ann Filipə “Bir göz qırpımı” kitabının səmimiyyətindən gələn rəğbəti qazandıra bilməmişdi.

Müəllifin 1966-cı ildə nəşr etdirdiyi “Təpədə görüşlər” əsəri də səmimi hisslər üzərində qurulub. Burada da insanın ən ali hissi olan məhəbbət hissi, bir ananın öz qızına məhəbbəti və münasibəti poetik dillə verilib. Amma bu hisslər sevimli ərinin şirin xatirəsinə öz daxilində həm sadə, həm də fəlsəfi dillə ağı deyən Ann Filipin hisslərinə tay deyil.

Fransız aktyoru Jerar Filip gənc yaşında, yaradıcılığının çiçəkləndiyi bir dövrdə vəfat etmişdir. Ann onun xərçəng xəstəliyinə tutulduğunu və bir necə gündən sonra öləcəyini bilirdi. Jerarın özü isə xəbərsiz idi, tezliklə sağalacağını güman edirdi. Ann Filipin kitabının üslubunu təyin etmək çətindir. Bu nə povestdir, nə xatirə, nə də lirik gündəlik. Bu ölmüş ərin xəyalına müraciətlə söylənən monoloqdur, son söhbətdir. Bu, sevən qadın qəlbinin naləsi, əsil məhəbbətin nə olduğunu bilən bir insanın könül çırpıntılarıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ann filip sözünün mənası, ann filip haqqında məlumat. ann filip nədir? ann filip nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Erlangen

  • Mart 01, 2026

    Rasim Musabəyov

  • Fevral 27, 2026

    Avstriya qraflığı

  • Mart 01, 2026

    Anatoliy Lukyanov

  • Fevral 25, 2026

    Avar xanlığı

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst