Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həmid Alimcan(özb. Hamid Olimjon, 12 dekabr 1909, Cizak, Türküstan general-qubernatorluğu – 3 iyul 1944, Daşkənd) — Özbək şairi, dramaturqu, tənqidçisi. Müasir

Həmid Alimcan

  • Ana Səhifə
  • Vikipediya
  • Həmid Alimcan

Həmid Alimcan(özb. Hamid Olimjon, 12 dekabr 1909, Cizak, Türküstan general-qubernatorluğu – 3 iyul 1944, Daşkənd) — Özbək şairi, dramaturqu, tənqidçisi. Müasir özbək ədəbiyyatının yaradıcılarından.

Həmid Alimcan
özb. Hamid Olimjon
Doğum tarixi 12 dekabr 1909(1909-12-12)
Doğum yeri
  • Cizak, Səmərqənd vilayəti, Türküstan general-qubernatorluğu, Rusiya imperiyası
Vəfat tarixi 3 iyul 1944(1944-07-03) (34 yaşında)
Vəfat yeri
  • Daşkənd, Özbəkistan SSR, SSRİ
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Milliyyəti özbək
Həyat yoldaşı
  • Zülfiyyə (şairə)
Fəaliyyəti şair, dramaturq, ədəbi tənqidçi, tərcüməçi
Fəaliyyət illəri 1928-ci ildən
Əsərlərinin dili rus dili, özbək dili
Mükafatları "Böyük xidmətlərə görə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Həmid Alimcan 1909-cu ildə Cizzax şəhərində anadan olmuşdur. Həmid Alimcan ilk təhsilini başa vurduqdan sonra Səmərqənd şəhərinə yola düşmüşdür. O, Səmərqənd pedaqoji məktəbində təhsilini davam etdirmiş və 1928-ci ildə buranı müvəffəqiyyətlə bitirmişdir. H.Alimcan 1928-1930-cu illərdə Səmərqənd Pedaqoji Akademiyasının ictimai elmlər bölməsində təhsil almışdır. Özbək ədəbiyyatının tanınmış şəxsiyyətlərindən olan Uyğun, Aydın, Mirtemir, Cəlal Əkrəmi burada olduğundan H.Alimcan onlarla tanış olmuş və yaxınlıq etmişdir. Ümumiyyətlə, akademiyada mövcud olan elmi-ədəbi mühit onun bir şəx siyyət və sənətkar kimi formalaşmasında mühüm rol oynamışdır.

H.Alimcan ilk şeirini tələbəlik illərində yazmışdır. Şairin bu dövrdə yazdığı şeirlər kitab halında 1929-cu ildə çapdan çıxmışdır. O, 1930-cu ildə pedaqoji akademiyanı bitirmiş, ilk əvvəllər qəzet və jurnallarda çalışmışdır. Bir qədər sonra isə elmi-tədqiqat institutunda işləmiş, ədəbiyyatın nəzəri məsələlərinə dair tədqiqatlar aparmışdır. Nəvai və Muqumi kimi sənətkarların yaradıcılığını tədqiq edən sanballı əsərlər yazmışdır.

H.Alimcanın bədii yaradıcılığında milli hisslərin эüclü olması, istər-istəməz onun bir sənətkar olaraq müəyyən məhdudiyyətlər ilə üzləşməsinə эətirib çıxarmışdır. Belə ki, 30-cu illərin ortalarından başla ya raq o, millətçi və burjua ideoloэiyasının təbliğatçısı kimi təqib üzvlüyündən kənarlaşdırılmışdır. H.Alimcan qısa müddətdən sonra yenidən birliyə üzv qəbul olunmuş, özünün elmi və bədii yaradıcılığını davam etdirmişdir. O, 1939-cu ildə Özbəkistan Yazıçılar Birliyinə sədr təyin olunmuşdur.

Hələ sağlığında onun əməyinə yüksək qiymət verilmişdir. 1939-cu ildə o, Şöhrət ordeni ilə mükafatlandırılmış, 1943-cü ildə isə Özbəkistan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Həmid Alimcan 1944-cü ildə vəfat etmişdir. O, qısa, lakin şərəfli bir ömür yaşamışdır. Hazırda Özbəkistanın bir çox küçə, meydan, institut, orta məktəb, metro və s. yerləri onun adını daşıyır. 1979-1984-cü ildə ədibin seçilmiş əsərlərinin 10 cildliyi çapdan çıxmışdır.

Həmçinin bax

  • Özbək ədəbiyyatı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, həmid alimcan sözünün mənası, həmid alimcan haqqında məlumat. həmid alimcan nədir? həmid alimcan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yeniçərilər

  • Fevral 27, 2026

    Konseptualizm

  • Fevral 27, 2026

    Sabit

  • Fevral 24, 2026

    Potosi

  • Mart 03, 2026

    Sergey Paracanov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst