Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Süleyman İsmayılov (tam adı: İsmayılov Süleyman Abbas oğlu; 14 iyul 1957, Nehrəm, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının S

Süleyman İsmayılov

  • Ana Səhifə
  • Vikipediya
  • Süleyman İsmayılov

Süleyman İsmayılov (tam adı: İsmayılov Süleyman Abbas oğlu; 14 iyul 1957, Nehrəm, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, 1-ci dərəcəli dövlət müşaviri.

Süleyman İsmayılov
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
Vəzifədədir
19 iyul 2005-ci ildən
    Şəxsi məlumatlar
    Doğum tarixi 14 iyul 1957(1957-07-14) (68 yaş)
    Doğum yeri
    • Nehrəm, Naxçıvan rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ

    Təltifləri "Şöhrət" ordeni — 20172017 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20122012
    "Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu" fəxri adı

    Mündəricat

    Həyatı

    Süleyman İsmayılov 1957-ci il iyulun 14-də Naxçıvan MR-in Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Simferopol şəhərində ali təhsil almış, daha sonra Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

    1982-ci ildə Bakı şəhəri 26 Bakı Komissarı adına rayonun 236 nömrəli orta məktəbində müəllim, 1982–1986-cı illərdə Azərbaycan LKGİ 26 Bakı Komissarı adına Rayon Komitəsində təlimatçı, 1986–1991-ci illərdə Bakı şəhəri 26 Bakı Komissarı adına Rayon Xalq Nəzarəti Komitəsində təlimatçı-müavin, 1991-ci ilin may-sentyabr aylarında Bakı şəhəri 26 Bakı Komissarı adına Rayon Partiya Komitəsində təlimatçı, 1991–1992-ci illərdə Bakı "Spessistemservis" İstehsalat sahəsində hüquq məsləhətçisi, 1992–1994-cü illərdə Naxçıvan MR-in Bakı şəhərindəki Daimi Nümayəndəliyində mütəxəssis, baş mütəxəssis-müavin, 1994–1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Ümumi şöbəsində Ümumi sektorun müdiri vəzifələrində çalışmış, 1996-cı ildə Ulu öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ümumi şöbəsinin müdiri təyin edilmiş, 2005-ci ilədək həmin vəzifədə işləmişdir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 19 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilmişdir.

    Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli Sərəncamı ilə 2-ci dərəcə dövlət müşaviri, 2007-ci il 22 iyun tarixli Sərəncamı ilə 1-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.

    Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart və 2018-ci il 18 iyul tarixli sərəncamları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının üzvü, 1999-cu il 14 may və 2016-cı il 18 iyul tarixli sərəncamları ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Komissiyanın sədri təyin edilmişdir.

    Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 1 oktyabr tarixli Fərmanı və 2018-ci il 20 fevral tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü təyin edilmişdir.

    2002-ci ildə Yaponiya Hökumətinin Beynəlxalq Əməkdaşlıq Proqramı çərçivəsində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Milli Kadrlar İdarəsinin regional təlim kurslarının sertifikatını almışdır.

    Elmi fəaliyyəti

    Heydər Əliyevin fəaliyyəti, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş, dövlət qulluğu və kadr məsələlərinə həsr olunmuş bir neçə kitabın və çoxsaylı məqalələrin müəllifidir. 

    Orden və fəxri adları

    Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2012-ci il iyunun 22-də 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, 2017-ci il iyulun 13-də "Şöhrət" ordeni, 2019-cu il iyunun 22-də "Əməkdar dövlət qulluqçusu" fəxri adı ilə təltif edilmişdir.

    Ailə vəziyyəti

    Ailəlidir. İki övladı var.

    Həmçinin bax

    • Ramiz Mehdiyev
    • "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlərin siyahısı
    • "Şöhrət" ordeni ilə təltif edilənlərin siyahısı

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, süleyman i̇smayılov sözünün mənası, süleyman i̇smayılov haqqında məlumat. süleyman i̇smayılov nədir? süleyman i̇smayılov nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Mart 01, 2026

      Uzunbığlar

    • Mart 01, 2026

      La Pas

    • Fevral 24, 2026

      Prinston Universiteti

    • Fevral 27, 2026

      1930-cu illər

    • Fevral 27, 2026

      Vinnitsa

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    • Fevral 28, 2026

      Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

    • Fevral 17, 2026

      Selale Sesli - Gel mene addim addim Remix

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst