Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Talmud — Ravvin yəhudiliyinin mərkəzi mətni. Səlahiyyətcə ondan üstün yeganə kitab İbrani müqəddəs kitabı (digər adı: Tanax) sayılır, hansınınkı 5 kitabı əsasın

Talmud

  • Ana Səhifə
  • Vikipediya
  • Talmud

Talmud — Ravvin yəhudiliyinin mərkəzi mətni. Səlahiyyətcə ondan üstün yeganə kitab İbrani müqəddəs kitabı (digər adı: Tanax) sayılır, hansınınkı 5 kitabı əsasında Tövrat kitabı formalaşdırılmışdır. Talmud yəhudi qanun sisteminin (הֲלָכָה, Halaxa) və yəhudi fəlsəfəsinin əsas mənbəyidir. Talmud Mişna toplusunda tərtib edilmiş şifahi Tövratın hissələri və Gemara adlı ona verilmiş şərhlər toplusundan ibarətdir. Talmudda qrup olaraq Hazal adlanan minlərlə ravvin və Tövrat alimlərinin halaxa, yəhudi etikası, fəlsəfəsi, adət-ənənələri, tarixi və folkloru da daxil olmaqla müxtəlif mövzularda təlimləri, fikirləri və fikir ayrılıqları qeyd olunur. 18-ci və 19-cu əsrlərdə Haskala hərəkatından əvvəl Talmud demək olar ki, bütün icmalarda yəhudi mədəniyyətinin mərkəzində dururdu və bütün yəhudi düşüncəsi və arzularının təməlini təşkil edirdi, eyni zamanda yəhudilərin gündəlik həyatı üçün bələdçi rolunu oynayırdı.

İsveçrə Yəhudi Muzeyində nümayiş olunan Talmud Daniel Bomberq və Ambrosius Froben tərəfindən hazırlanan Talmudun ilk iki çap nəşrinin fraqmentlərini özündə ehtiva edir.

"Talmud" və "Gemara" bir-birini əvəz edə bilən terminlərdir. Mətn hər biri bir mövzu sahəsini əhatə edən 63 traktatdan ibarətdir. Talmudun dili yəhudi babil arami dilidir. Talmud ənənəsi eramızın 70-ci ilində İkinci məbədin dağıdılması və yeddinci əsrin əvvəllərində ərəb fəthləri dövrləri arasında yaranmış və tərtib edilmişdir. Ənənəvi olaraq, Talmudun Rav Aşi və II Ravina tərəfindən eramızın 500-cü illərində tərtib edildiyi qəbul olunur, baxmayaraq ki, bunun VI əsrin ortalarında baş verməsi daha çox ehtimal olunur.

"Talmud" sözü bir qayda olaraq əvvəlki Yərusəlim Talmuduna (Talmud Yerushalmi) yox, Babil Talmuduna (Talmud Bavli) aiddir. Babil Talmudu o birinə nisbətən daha genişdir və daha vacib hesab olunur.

Mündəricat

Etimologiyası

Talmud tərcümədə "təlimat, öyrənmə" deməkdir, bu söz lmd semit kökünə malikdir və mənası "öyrət, öyrən"dir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Talmud haqqında məlumat. Talmud nədir? Talmud nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Monreal

  • Fevral 23, 2026

    4 avqust

  • Fevral 24, 2026

    Qızıl Ordu

  • Fevral 25, 2026

    Moskva vilayəti

  • Fevral 24, 2026

    Oliqarxiya

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst