Alba krallığı (şot.kelt Rìoghachd na h-Alba) — 900-cu ildən (kral II Donaldın ölümü) 1286-cı ilə qədər (kral III Aleksandrın ölümü) indiki Şotlandiya ərazisində mövcud olmuş tarixi şotland və pikt krallığı. Faktiki olaraq, krallıq Kennet mak Alpinin 843-cü ildə Dal Riada ilə Piktaviya krallıqlarını birləşdirməsiylə qurulmuşdur.
Şotlandiya tarixinin bu dövrü üçün istifadə edilən Alba krallığı termini sadəcə əlverişlilik məqsədlidir, çünki krallığın elitası və əhalisi əsasən pikto-gel (daha sonra skotonorman) idi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, alba krallığı sözünün mənası, alba krallığı haqqında məlumat. alba krallığı nədir? alba krallığı nə deməkdir?