Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Baqrat Vasilieviç Şinkuba (abx. Баграт Уасыл-иҧа Шьынқәба; 12 may 1917, Çlou[d], Suxum dairəsi[d], Rusiya imperiyası – 25 fevral 2004, Suxumi) — Sovet abxaz nas

Baqrat Şinkuba

  • Ana Səhifə
  • Vikipediya
  • Baqrat Şinkuba

Baqrat Vasilieviç Şinkuba (abx. Баграт Уасыл-иҧа Шьынқәба; 12 may 1917, Çlou[d], Suxum dairəsi[d], Rusiya imperiyası – 25 fevral 2004, Suxumi) — Sovet abxaz nasiri, şairi, dövlət xadimi, Abxaziya MSSR Ali Soveti Rəyasət Heyətinin sədri (1959–1978). Sosialist Əməyi Qəhrəmanı (1987). Abxaziya MSSR xalq şairi (1967).

Baqrat Şinkuba
abx. Баграт Уасыл-иԥа Шьынқәба
Şəxsi məlumatlar
Doğum tarixi 12 may 1917(1917-05-12)
Doğum yeri
  • Çlou[d], Suxum dairəsi[d], Rusiya imperiyası
Vəfat tarixi 25 fevral 2004(2004-02-25) (86 yaşında)
Vəfat yeri
  • Suxumi, Abxaziya Muxtar Respublikası, Gürcüstan
Dəfn yeri
  • Suxumi
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Təhsili
  • Abxaziya Dövlət Universiteti
Fəaliyyəti dilçi, tarixçi, yazıçı, şair, siyasətçi

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Şərəf və şöhrət" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, tarixçi və dilçi, abxaz-adıq dillərinin və abxaz-adıq xalqlarının tarixinin tədqiqatçısı kimi tanınır.

Mündəricat

Həyatı

Baqrat Vasilieviç Şinkuba 12 may 1917-ci ildə Sxumi dairəsinin Çlou kəndində anadan olub. İlk təhsilini doğma kəndində aldıqdan sonra Suxumiyə yollanıb. 1939-cu ildə Suxumi Pedaqoji İnstitutunu bitirib. 1939-cu ildə Gürcüstan SSR Elmlər Akademiyasının Dilçilik İnstitutunun aspiranturasına daxil olub. 1945-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. Baqrat Şinkuba 1946-cı ildən Ümumittifaq Kommunist Partiyasının (bolşeviklər) üzvü olub.

1953-cü ildə Abxaziya Yazıçılar İttifaqının katibi, 1956-cı ildə isə Abxaziya MSSR Yazıçılar İttifaqının sədri seçilib. On ildən artıq Abxaziya MSSR Nazirlər Sovetinin D. İ. Quliya adına dövlət mükafatlarının verilməsi komissiyasının sədri olub.

Baqrat Şinkuba 1958–1978-ci illərdə Abxaziya MSSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsini tutub.

5-ci çağırış SSRİ Ali Sovetinin deputatı olub. Şinkuba 1976-cı ildən — Gürcüstan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü, 1958-ci ildən — Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd idi.

D. İ. Patiaşvilinin dediyinə görə, 1947-ci ildə Şinkuba "İosif Stalin və Lavrenti Beriyadan Abxaziyanı Gürcüstandan ayırmağı və ona müstəqil respublika statusu verməyi tələb edərək Kremlə məktub ünvanlayıb".

Baqrat Şinkuba 1997-ci ildə Abxaziya Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Yaradıcılığı

Abxaziya sikkəsinin üzərindəki şəkil
S. Petofinin xatirə ev-muzeyində Baqrat Şinkubanın büstü

1938-ci ildə onun "İlk nəğmələr" adlı ilk şeirlər toplusu nəşr olunub. Onun adı abxaz ədəbiyyatında yeni bir janrın mənzum romanın yaranması ilə bağlıdır. Bu qəbildən onun ilk əsərləri "Mənim həmvətənlərim", "Qaya mahnısı" poemalarıdır. Baqrat Şinkubanın "Qaya mahnısı" poeması əsasında 1975-ci ildə Dovjenko adına kino studiyada "Ağ papaq" bədii filmi çəkilib.

Yazıçı məşhur "Gedənlərin sonuncusu" romanını XIX əsrin ikinci yarısında Şimali Qafqazda mühacirliyə və Ubıxların tarixinə həsr edib. Romanın baş qəhrəmanı Türkiyə dilçisi, yazar, dövlət quluqçusu, Ubıx dilinin son danışıcısı Tevfik Esenç olub. Onun çoxsaylı şeirləri, o cümlədən Abxaziyada məşhur olan "Muhacirlərin laylası" əsəri var.

O, həm də uşaq şeirlərinin və bir neçə nağılların müəllifi kimi tanınıb.

Mükafatları

  • Sosialist Əməyi Qəhrəmanı (11.05.1987)
  • 2 Lenin ordeni (02.04.1966; 11.05.1987)
  • 3 Qırmızı Əmək Bayrağı ordeni (17.04.1958; 09.09.1971; 12.12.1973)
  • Xalqlar Dostluğu ordeni (16.05.1977)
  • Abxaziya MSSR xalq şairi (1967).
  • Dmitri Quliya mükafatı laureatı.
  • 1975-ci ildə Kişinyovda keçirilən Ümumittifaq kinofestivalının laureatı — "Ağ papaq" filminin ssenarisinə görə xüsusi mükafat.
  • O, Abxaziya Respublikasının ali mükafatı — 1-ci dərəcəli Axdz-Apşa ordeni ilə təltif edilib.

Xatirəsi

  • B. V. Şinkubanın şərəfinə Abxaziyada poçt markası və sikkə buraxılıb.
  • Doğulduğu Çlou kəndində B. V. Şinkubanın ev-muzeyi açılıb.

Ekranlaşdırılmış əsəri

  • 1975-ci ildə Dovjenko adına kino studiyada "Ağ papaq" bədii filmi — "Qaya mahnısı" poeması əsasında çəkilib. Fili Abxaziyada böyük şöhrətə malikdir.

Ədəbiyyat

  • Цвинариа В. Л., Творчество Б. В. Шинкуба, Тб., 1970.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, baqrat şinkuba sözünün mənası, baqrat şinkuba haqqında məlumat. baqrat şinkuba nədir? baqrat şinkuba nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Osmanlı türkcəsi

  • Fevral 27, 2026

    Ficus albert-smithii

  • Fevral 27, 2026

    Kişvəri

  • Fevral 27, 2026

    Mürtəza Mütəhhəri

  • Fevral 27, 2026

    Ürəkvari cökə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst