Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Klovis mədəniyyəti — E.ə 11500–11100-cü illərdə Şimali Amerikada mövcud olmuş arxeoloji mədəniyyətdir.

Klovis mədəniyyəti

  • Ana Səhifə
  • Vikipediya
  • Klovis mədəniyyəti

Klovis mədəniyyəti — E.ə 11500–11100-cü illərdə Şimali Amerikada mövcud olmuş arxeoloji mədəniyyətdir.

Klovis mədəniyyəti
Yeri
  • Şimali Amerika
Coğrafi region Şimali Amerika
Başlama tarixi e.ə. 11500
Bitmə tarixi 11100
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Ümumi məlumat

Klovis mədəniyyəti "Klovis ucları", fil sümüyü və fərqli sümük alətlərinin istehsalı ilə xarakterizə olunur. Klovis mədəniyyəti ilə əlaqəli alətlərin əlamətdar xüsusiyyəti onların iki üzlü və yivli olmasıdır. Klovis alətləri təxminən 300 illik bir müddət ərzində istehsal edilmişdir. Mədəniyyət 1932-1937-cı illərdə Nyu-Meksiko ştatının Klovis və Portales şəhərləri arasındakı 1 nömrəli Blackwater məhəlləsində tapılan artefaktlara görə belə adlandırılmışdır. Bu tapıntılar mamont növləri və nəsli kəsilmiş bizon antikusu ilə bilavasitə əlaqəsi olduğuna görə xüsusilə vacib sayılırdı. 1936 və 1937-ci illərə aid in situ tapıntılar arasında dörd daş Klovis ucları zərbə ilə zədələnmiş iki uzun sümük ucları, daş bıçaqlar, Klovis bıçağının nüvəsinin bir hissəsi və daş lopaları üzərində hazırlanmış bir neçə kəsici alət var idi. Mədəniyyətin yayıldığı ərazilərdən mamont, bizon və digər məməli heyvan qalıqlarının aşkarlanması Klovis icmasının əsas məşğuliyyətlərinin ovçuluq olması fikrini irəli sürür. Qalıqların üzərində araşdırma aparan tarixçilər bu qəbilənin 125 fərqli heyvan və bitki növünü istehlak etdiyini bildirirlər.

Klovis bölgələri ABŞ-ın çox hissəsində, eləcə də Meksikada, Mərkəzi Amerikanın bəzi hissələrində, Şimali Amerikanın cənubunda müəyyən edilmişdir. Klovislər Amerikanın yerli xalqlarının əksəriyyətinin əcdadı hesab olunur.  Belə ki, 1930-cu illərdə Şimali Amerikanın qərbində bir neçə Klovis bölgələrinin (Blackwater Draw, NM və Dent, CO) kəşf edilməsi  Klovis xalqının Amerikada geniş yayılmış mədəniyyət yaradan ilk insan sakinləri və əcdadları kimi tanınmasına səbəb oldu. Digər tərəfdən, tədqiqatlar nəticəsində Montanada, Anzick- 1 adlandırılan ərazidən aşkar olunmuş körpə uşağa aid insan dəfninin (bu, mədəniyyətin yayıldığı ərazidəki hələlik yeganə antropoloji tapıntıdır) mitoxondrial və Y-xromosom DNT-sinin paleogenetik təhlili  buranın qədim sakinlərinin müasir yerli Amerika populyasiyaları ilə əlaqəli olduğunu göstərib.

Həmçinin bax

  • hindular
  • amerika hinduları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, klovis mədəniyyəti sözünün mənası, klovis mədəniyyəti haqqında məlumat. klovis mədəniyyəti nədir? klovis mədəniyyəti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Malikilər

  • Fevral 27, 2026

    IV Mustafa

  • Fevral 27, 2026

    Vəhşi diviziya

  • Mart 01, 2026

    Hemitripterinae

  • Fevral 27, 2026

    Ballistik raket

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst