Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Surtsey (isl. Surtsey) — İslandiyanın cənubi sahili yaxınında vulkanik bir adadır. Adı İsland dilində "Surturun adası" deməkdir. 63,30° ş.e, 20,62° q.u koordina

Surtsey

  • Ana Səhifə
  • Vikipediya
  • Surtsey

Surtsey (isl. Surtsey) — İslandiyanın cənubi sahili yaxınında vulkanik bir adadır. Adı İsland dilində "Surturun adası" deməkdir. 63,30° ş.e, 20,62° q.u koordinatlarında yerləşən ada İslandiyanın ən cənub torpaq parçasıdır.

Surtsey adası
isl. Surtsey
Ümumi məlumatlar
Sahəsi
  • 1,41 km²
Uzunluğu
  • 1,7 km
Eni 1,4 km
Hündür nöqtəsi 154 m
Əhalisi 0 nəfər (2010-cu il)
Yerləşməsi
63°18′10″ şm. e. 20°36′07″ q. u.HGYO
Ölkə  İslandiya
Surtsey adası xəritədə
Surtsey adası
Surtsey adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Yaranması

Yaranmazdan əvvəl

Ada yaradan sualtı vulkan püskürməsindən 1 həftə əvvəl Reykyavikdə bir müşahidəçi kiçik tərpəntilər qeydə allr. İki gün öncə isə dənizin temperaturunun qalxdığl məlum oldu. Həmçinin İslandiyanın 80 km uzaqlığında olan Vik ada-kəndindəin sakinləri hidrogen-sulfat qoxusu almışdılar.

Püskürmələrin başlaması

14 noyabr 1963-cü ildə yerli vaxtla 07:15-də İslandiyanın cənubunda "İsleifur II" gəmisinin aşpazı qara duman gördü. Gəminin kapitanı əvvəlcə bunun yanan balıqçı gəmisi olduğunu düşündü və buna görə gəmini ora sürdü. Lakin çatanda bunun sualtı vulkan püskürməsi olduğu anlaşıldı.

Ada vulkanın təsiri ilə okeanın 130 m dərinliyində üzə çıxmaya başladı. yeni ada 500 metr genişliyində, 45 m yüksəkliyində idi. Adaya İslandiya miflərində vulkan divi olan Surturun şərəfinə "Surturun adası" mənasını verən "Surtsey" adı verildi. 20 noyabrda adanın ölçüləri 900×655 m idi. Püskürmələr davam edirdi. 1967-ci ilin 5 iyununda püskürmələr dayananada adanın sahəsi 2,7 km2 , yüksəkliyi 174 m idi. Surtseyin şimalında isə "Nourtangi" adı verilən qum təpəciyi əmələ gəlmişdir.

Digər adalar

Sirlinqur

Püskürmələr nəticəsində 1965-ci ilin 28 mayında Surtseyin 600 m şimalında Sirlinqur adlandırılan ada üzə çıxır və bu adada püskürmələr 1965-ci ilin oktyabrina qədər davam etdi. 150 metr genişliyində idi, lakin 1965-ci ilin 24 oktyabrında ada suya qərq oldu.

Youlnir

Vulkanın yaratdığı digər ada 1965-c ilin dekabrında Surtseyin 900 m cənub-qərbində ortaya çıxan Youlnir adası idi. Youlnir 7 ay içində 300 m2 sahəyə və 70 metr yüksəkliyə çatır. 8 avqust 1966-cı ildə püskürmənin dayanması ilə ada 1966-cı ilin oktyabrında suya qərq olur.

Məxsusiyyət

Ada yaranda 6 noyabr 1963-cü ildə bura "Paris Match" jurnalının 3 fransız jurnalisti gəldi. Püskürmələr davam etdiyindən onlar adada sadəcə 15 dəqiqə ola bildilər və adada Fransa hakimiyyətini elan etdilər. Lakin İslandiya hökuməti adanın onlara aid olduğunu bildirdi və məsələ bağlandı.

Tədqiqat

Surtsey adası 1965-ci ildə qoruq elan edildi. Bu zamana qədər adada yalnız 100 nəfərə qədər insan ola bilib. 2008-ci ildə isə Surtsey adası YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır.

Adada həyat

Bitkilər

Adada ilk bitkilər 1965-ci ildə aşkarlanan adi su yosunları idi.1963–1983 illəri arasında burada 20 bitki növü aşkarlanmışdı(6-sı qumluqda). 1998-ci ildə burada Çayyarpaqlı söyüd tapılmışdı. Hazırda adada 60 növ bitki tapılmış, 30-u ekosistemin parçası olmuşdur.

Heyvanlar

Quşlar

Adada ilk quşlar 1966-cı ildə görülən fulmarlar və dalğıc qağayıları olmuşdur. İndi adada 13 quş növü çoxalır. Onlardan 8-i adanın daimi sakinləridir.

№ İlk çoxaldığı il Növ
11970Qara dalğıc qağayısı
21970Şimal fulmarı
31974Böyük qarakürəkli qağayı
41975Qaraayaqlı qağayı
51975Şimal sumrusu
61981Şimal gümüş qağayısı
71985Qarakürək qağayı
81993Qütb qağayısı
91996Qar albalı quşu
102002Ağ quyruqsallayan
112002Boz qaz
122002Çayır əncir quşu
132004Bayağı dəniz tutuquşusu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, surtsey sözünün mənası, surtsey haqqında məlumat. surtsey nədir? surtsey nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Quba rayonu

  • Fevral 27, 2026

    Konfederasiyalar kuboku

  • Fevral 27, 2026

    İnkişaf

  • Fevral 27, 2026

    Monqol atı

  • Fevral 27, 2026

    Astek imperiyası

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst