Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Davud Səfiyarov 1875-ci ildə Bakı şəhərində yoxsul bir ailədə anadan olmuşdur. Atasını erkən itirən Davud anasının himayəsi altında böyümüşdür. Bakıda ağır ehti

Davud Səfiyarov

  • Ana Səhifə
  • Vikipediya
  • Davud Səfiyarov

Davud Səfiyarov - Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi.

Haqqında

Davud Səfiyarov 1875-ci ildə Bakı şəhərində yoxsul bir ailədə anadan olmuşdur. Atasını erkən itirən Davud anasının himayəsi altında böyümüşdür. Bakıda ağır ehtiyac içərisində yaşayan ailə 1884-cü ildə Şamaxıya köçdü. Burada mədrəsədə oxuyan Davud bir neçə il ərzində türk və fars dillərini mükəmməl öyrəndi. Davud Səfiyarov xanəndə kimi ilk dəfə Şamaxıda Mahmud ağanın məclislərində çıxış etmişdir. 1896-cı ildə Mahmud ağa vəfat etdikdən sonra Davud Bakıya köçdü. Burada Cabbar Qaryağdı oğlu ilə yaxından tanış oldu. 1905-1915-ci illər ərzində Bakıda verilən teatr tamaşalarının fasilələrində və "Şərq konsertləri"ndə Azərbaycan xanəndələri ilə birlikdə Davud Səfiyarov da çıxış etmişdi.

1912-ci ildə Davud Səfiyarov məşhur Azərbaycan müğənniləri - Keçəçi Məhəmməd, Cabbar Qaryağdı oğlu, Məşədi Məmməd Fərzəliyev ilə birlikdə səsini vala yazdırmaq üçün "Sport-Rekord" şirkəti tərəfindən Varşava şəhərinə dəvət edilir. Burada Davud tarzan Qurban Pirimovun və kamançaçı Saşa Oqanezaşvilinin müşayiəti ilə on iki muğam, on təsnif və altı qədim Azərbaycan mahnısını oxuyub qrammafon vallarına yazdırmışdı. O, "Qatar", "Osmanlı", "Mənsuriyyə" muğamlarını, "Səttar xan", "Neçin gecikdin", "Nəbi", "Namidani-cidar" təsniflərini adamı heyrətə gətirən şövqlə oxuyardı. İstedadlı xanəndə Davud Səfiyarov 1917-ci ildə həlak olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, davud səfiyarov sözünün mənası, davud səfiyarov haqqında məlumat. davud səfiyarov nədir? davud səfiyarov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 03, 2026

    Irideae

  • Fevral 27, 2026

    Mersin ili

  • Fevral 25, 2026

    Mart soyqırımı

  • Fevral 27, 2026

    Akr

  • Fevral 27, 2026

    Elnur Rzayev

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst