Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rabitəbank — Azərbaycanda fəaliyyət göstərən bank. 1993-cü il 30 iyun tarixində təsis edilmişdir. Azərbaycanda bank fəaliyyəti göstərən açıq səhmdar cəmiyyətidi

Rabitəbank

  • Ana Səhifə
  • Vikipediya
  • Rabitəbank

Rabitəbank — Azərbaycanda fəaliyyət göstərən bank. 1993-cü il 30 iyun tarixində təsis edilmişdir. Azərbaycanda bank fəaliyyəti göstərən açıq səhmdar cəmiyyətidir.

Rabitəbank
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Açıq Səhmdar Cəmiyyəti
Sənaye Bank sektoru
Təsis tarixi 30 iyun 1993
Baş qərargahın yeri Bakı, Fizuli küçəsi 71
İqtisadi göstəriciləri
Ümumi kapital 128.000.000- AZN (2024)
Xalis mənfəəti 19.182.660- AZN (2024)
Struktur
İşçi sayı 1200-dən çox
Rəhbərlik
Müşahidə Şurasının sədri
Zakir Nuriyev
İdarə Heyətinin sədri
Aydın Hüseynov
www.rabitabank.com

Mündəricat

Haqqında

Rabitəbank 1993-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Bankının 136 nömrəli lisenziyası əsasında fəaliyyətə başlamışdır. Rabitəbank ticarət, istehsalat, tikinti, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələrlə yanaşı, fiziki şəxslərə də bütün növ maliyyə xidmətləri göstərir. Rabitəbank 78 ATM və 31 filialdan ibarət xidmət şəbəkəsi ilə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı, Ağcabədi və Xankəndi daxil olmaqla ölkənin 19 regionunda təmsil olunur. 1994-cü ildə Bakı Banklararası Valyuta Birjasına və Azərbaycan Banklar Assosiasiyasına qəbul edilməsi ilə bankın maliyyə imkanları daha da genişlənmişdir. 1994-cü ildə "Rabitəbank" ASC-nin ilk filialı olan Yasamal filialı fəaliyyətə başlamışdır. Rabitəbank SWIFT, Europa International, Visa International ödəniş sistemlərinə üzv olmuşdur. Bank həmçinin Western Union, Zolotaya Korona, Contact kimi pulköçürmə sistemləri ilə prinsipial üzvdür. Bank 2019-cu ildə rebrendinq edərək loqo və korporativ üslubu dəyişmişdir.

Bank məhsulları

Kartmane

Debet, kredit və premium kartları özündə birləşdirən Kartmane vasitəsilə Azərbaycanın və dünyanın istənilən yerində sürətli ödənişlər edə bilmək mümkündür. Kartmane kartı geniş tərəfdaş şəbəkəsinə sahib olmaqla yanaşı kartmane ilə kartdan karta pulköçürmə və ATM nağdlaşdırma xidmətlərini pulsuz şəkildə həyata keçirmək mümkündür.

Rabita Mobile

Tətbiq bir çox bank əməliyyatının onlayn şəkildə yerinə yetirilməsini təmin edir. Rabita Mobile ilə 700-dən çox ödənişi smartfon vasitəsilə həyata keçirmək mümkündür. Həmçinin kartdan karta pulköçürmə, Hesabı bölmə(Split Bill), Send to friend, MoneySend, ƏDV geri al, Parkinq ödənişləri kimi funksiyalar da tətbiqdə mövcuddur.

RabitaBot

Azərbaycanda "Messenger" və "Telegram" platformaları üzrərindən maliyyə əməliyyatlarını icra edən ilk çatbotdur. RabitaBot istifadəçilərə telegram üzərindən sürətli şəkildə vəsait göndərmək, kommunal ödənişlər etmək, kart və ya kredit sifarişi kimi imkanlar yaradır.

Rabita Junior

Bu tətbiq 7–17 yaşlı uşaqlara pul idarəetməsini əyləncəli şəkildə öyrədir və xərclərinə nəzarət etməyə imkan verir. Valideynlər limitləri təyin edir, əməliyyatları izləyir, uşaqlar isə tapşırıqları yerinə yetirib keşbek və mükafat qazanırlar.

Rabita Invest

Tətbiqi sadə interfeysi ilə investisiya prosesini asanlaşdırır və 2000-dən çox alətə yatırım imkanı yaradır. Tətbiqdəki qrafiklər TradingView platforması tərəfindən təqdim olunur. Qabaqcıl analitik alətlər bazarı təhlil etməyə və düzgün investisiya qərarları verməyə kömək edir.

Xidmət şəbəkəsi

31 filial, 78 ATM ilə Rabitəbank Azərbaycanda xidmət şəbəkəsinə malik olan maliyyə qurumlarından biridir. Bank həm fiziki, həm də korporativ müştərilərə xidmət göstərir. Rabitəbank tərəfindən 400.000-dən çox müştəriyə xidmət göstərilir. Rabitəbank həmçinin dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda da yaxından iştirak edir.

Rəhbərlik

Müşahidə Şurası

  • Zakir Nuriyev-Müşahidə Şurasının sədri.
  • Rauf Əliyev-Müşahidə Şurasının üzvü
  • Rəşad Abasov- Müşahidə Şurasının üzvü
  • Zaur Baxşəliyev- Müşahidə Şurasının üzvü
  • Rəhman Əliyev- Müşahidə Şurasının üzvü

İdarə Heyəti

  • Aydın Hüseynov-İdarə Heyətinin sədri
  • Orhan Gültekin-İdarə Heyəti sədrinin 1-ci müavini, İdarə Heyətinin üzvü (Baş satış inzibatçısı)
  • Samir Rzayev-Baş direktor, İdarə Heyətinin üzvü (Baş maliyyə inzibatçısı)
  • Ramil Nəsibov-Baş direktor, İdarə Heyətinin üzvü (Baş texnologiya inzibatçısı)
  • Natiq Novruzov-Baş direktor, İdarə Heyətinin üzvü (Baş risk inzibatçısı)

Mükafatları

  • Business Time jurnalı tərəfindən təşkil edilən "Azeri Business Award" milli mükafatında Kartmane kartı "İlin bank məhsulu" seçilib.
  • Visa tərəfindən keçirilən "Visa Global Challenge" beynəlxalq yarışında Rabitəbank 17 komanda arasında 1-ci yerə çıxıb.
  • Kiyev Beynəlxalq Reklam Festivalında (KIAF) "Ödənişlərinizi nağdsız edin" poster seriyası Dizayn&Brendinq və Çap&Nəşriyyat kateqoriyalarında iki qızıl mükafat qazanıb.
  • Asiya İnkişaf Bankı tərəfindən təşkil olunan "Trade and Supply Chain Awards 2024" müsabiqəsində "Rabitəbank" ASC "Leading Partner Bank in Azerbaijan" nominasiyasının qalibi olub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rabitəbank sözünün mənası, rabitəbank haqqında məlumat. rabitəbank nədir? rabitəbank nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bethoven

  • Fevral 27, 2026

    Qustav Kurbe

  • Mart 01, 2026

    Hüseynbala Əliyev

  • Fevral 27, 2026

    Böyükağa Mirzəzadə

  • Mart 01, 2026

    Bələdiyyə sədri

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst