Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yuri Borisoviç Levitan (Yudka Berkoviç Levitan) (1914 — 1983) — 1931-ci ildən Ümumittifaq radiosunun diktoru, SSRİ Nazirlər Soveti yanında televiziya və radio ü

Yuri Levitan

  • Ana Səhifə
  • Vikipediya
  • Yuri Levitan

Yuri Borisoviç Levitan (Yudka Berkoviç Levitan) (1914 — 1983) — 1931-ci ildən Ümumittifaq radiosunun diktoru, SSRİ Nazirlər Soveti yanında televiziya və radio üzrə Dövlət Komitəsinin diktoru. SSRİ Xalq Artisti (1980). 1941-ci ildən ÜİK(b)P üzvü. Nadir tembrə və təsiredici səsə malik insan.

Yuri Levitan
Yuri Borisoviç Levitan
Doğum tarixi 2 oktyabr 1914
Doğum yeri Rusiya imperiyası
Vəfat tarixi 4 avqust 1983 (68 yaşında)
Vəfat yeri SSRİ
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
  • Novodeviçye qəbiristanlığı
Fəaliyyəti radioaparıcı[d], diktor
Partiyası
  • Sovet İttifaqı Kommunist Partiyası
Mükafatları "SSRİ xalq artisti" fəxri adı (1980)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Yuri Levitan 2 oktyabr 1914-cü ildə Vladimirsk şəhərində anadan olub. Atası liman işçisi, anası isə evdar xanım olmuşdur. O, dayısından teatr və poeziyaya sevgini öyrənmişdi. O oxuyan zaman səsini hər kəs bir neçə binadan eşidə bilirdi. Məktəbdə Levitan, demək olar ki, bütün teatrlarda iştirak edir. 1931-ci ildə məktəb onu xüsusi istedadına görə Dövlət Kino İnstitutuna göndərir.

İnstitutu bitirib öz doğma şəhərinə qayıdan Levitan bir elanla rastlaşır: "Radio diktorluğu üçün qrupa seçim aparılır".

Böyük müsabiqəyə baxmayaraq, Levitan diktorluğa götürülür. O, öz üzərində o qədər işləyir ki, artıq qısa müddətdən sonra Levitanın nitqində heç bir qüsur qalmır.

Üç ildən sonra Levitan radio stansiyasının gecə efirində ilk çıxışını edir. O, "Pravda" qəzetindən bəzi xəbərləri çatdırırdı. Həmin gün gözlənilmədən Stalin də radioya qulaq asır. Levitanın səsini eşidən zaman o, partiyanın XVII qurultayındakı çıxışını radio vasitəsilə məhz Levitanın səsləndirməsini tələb edir.

Növbəti gün Sovet məmurları Stalinin çıxışı olan qovluqla radiostansiyaya gəlirlər və Levitandan bu mətni səsləndirməyi tələb edirlər. Həyacandan rəngi ağarmış Yuri Levitan bu çıxışı 5 saat ərzində heç bir səhv olmadan səsləndirir. Həmin gündən o, Sovet İttifaqının baş diktoru təyin edilir.

Levitanın ən böyük məşhurluğu isə Böyük Vətən Müharibəsi illərindən başlayır. "Biz haqq yoldayıq. Düşmən darmadağın ediləcək. Qələbə bizimlə olacaq". O, bu kəlmələri elə güclü və inamla səsləndirirdi ki, bu zaman milyonlarla insan səsgücləndiricilərin ətrafına yığışır və mühüm məlumatları dinləyirdi.

Bütün müharibə ərzində Levitan hər gün cəbhədən xəbərləri və Ali Komandanlığın əmrlərini oxuyurdu. Faşist Almaniyası onun çıxışlarını böyük diqqətlə izləyirdi. Məlumata görə, Hitler onun dilini başa düşməsə də, o çıxış edərkən böyük qəzəblə qulaq asar və dərhal tərcümə olunmasını tələb edirdi. Hitler Levitanı özünün 1 nömrəli düşməni elan etmiş və Moskvaya daxil olan kimi birinci onu asacağını vəd etmişdi. Hitler onun başına 250 min marka mükafat qoyur. Lakin Levitan öz verilişini olduqca gizli saxlanan bir məkandan aparır.

8 may 1945-ci ildə axşam saatlarında Levitan Kremlə çağırılır və ona Ali Komandanlığın Qələbə barədə çıxışı təqdim edilir. 35 dəqiqədən sonra o, bütün Sovet məkanına Almaniya üzərində qələbə qazanıldığını elan edir. "Danışır Moskva! Faşist Almaniyası darmadağın edildi…"

Stalinin ölümü, Yerin ilk süni peykinin buraxılması, Yuri Qaqarinin uçuşu və digər tarixi əhəmiyyətli hadisələr barədə də insanlar ondan xəbər tutur.

1983-cü ildə Levitan müharibə veteranları qarşısında mitinqdə çıxış edir. Birdən o, özünü pis hiss edir. Səhəri gün – 1983-cü il avqustun 4-də isə ürək çatışmazlığından vəfat edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, yuri levitan sözünün mənası, yuri levitan haqqında məlumat. yuri levitan nədir? yuri levitan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tabu

  • Mart 02, 2026

    Qaşqadərya vilayəti

  • Fevral 27, 2026

    Luksor

  • Fevral 28, 2026

    İnternet forumu

  • Fevral 27, 2026

    Kolmar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst