Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şıxbabalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Şıxbabalı kənd inzibati ərazi dairəsində kənd. Qarqar çayının sahilində, dağətəyi ərazidə yerləşən kənd.

Şıxbabalı

  • Ana Səhifə
  • Vikipediya
  • Şıxbabalı

Şıxbabalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Şıxbabalı kənd inzibati ərazi dairəsində kənd. Qarqar çayının sahilində, dağətəyi ərazidə yerləşən kənd.

Şıxbabalı
39°57′46″ şm. e. 46°56′09″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdam rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Şıxbabalı xəritədə
Şıxbabalı
Şıxbabalı

Kənd 1993-ci il iyulun 4-də Ermənistan Ordusu tərəfindən işğal olunmuş, 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olmuş, kənd işğaldan azad olunmuş və kənddə Azərbaycan bayrağı ucaldılmışdır.

Mündəricat

Toponomiyası

Ağdam rayonunun Şıxbabalı inzibati-ərazi vahidində Kəndin keçmiş adı Şeyxbaba olub. Kənddə Şıxbabalı türbəsi var. Kənd həmin türbənin adındandır"

Antrtoponimi

  • Yerli məlumata görə də, toponim üstünə "Məşhəd" yazılmış Şıxbabalı sərdabəsinin adından yaranıb. Şıxbabalı adının əsasında Şıx Baba antrtoponimi durur. Şıx şeyx sözünün təhrif olunmuş formasıdır. Yerli ləhcədə dini termin olan Şeyxə şıx deyilir. Bəzi dialektlərimizdə şıx seyid mənasında da işlənilir.
  • Şeyx ərəb sözü olub, bir neçə mənada işlənir: 1) qoca, pir; 2) bir qəbilənin başçısı; 3) pir başçısı. Şeyx (titul) elmli savadlı şəxslərə də deyilirdi. S.Ataniyazov Türkmənistanda ərəb sözlərindən yaranan toponimlərdən bəhs edərkən qeyd edir ki, "ömər", "seyit", "xoca", "şıx" "maqtım", "müjevür" kimi sözlərdən toponimlər əvəz edilmişdir.
  • Türkmənistanda "şıx" sözü ilə bağlı səkkiz coğrafi ad yaranmışdır. Onlardan Şıxoba, Şıxbulaq, Şıxtürkmənbulaq və s. misal göstərmək olar. Azərbaycanda Şıx adlı yerlərin bir neçəsi ocaqdır. Şıxbaba adının ikinci komponenti olan baba sözü qədim tarixə malikdir. Bu sözün türk dillərində geniş və müxtəlif mənada işləndiyinə rast gəlirik. Azərbaycan dilində "baba" atanın və ya ananın atasına deyilir. Bəzi 6 şivələrimizdə, əsasən, qərb qrupunda ataya da "baba" və ya "bava" deyirlər. Hazırda osmanlı türklərinin dilində "baba" ata mənasında işlənilir. Qədim türk lüğətində də "baba" yalnız "ata" mənasında verilir.
  • A.Qurbanov "baba"nın Azərbaycan dilində xüsusi ad – kişi adı kimi işləndiyini və bu adın həm də geniş yayılmış adlardan olduğunu göstərir.
  • Ə.Tanrıverdiyev Baba antroponimini yalnız qohumluq münasibətini ifadə edən sözlər əsasında yaranan şəxs adlarına aid edir. Azərbaycan toponimiyasında bu adla bağlı çoxlu toponimlər var. Məs.; Babalı (Səlilabad), Babaser (Masallı), Babasəfər (Şamaxı), Babacan (Gədəbəy), Babazənən (Salyan), Babayel (Goranboy), Babalı (Xaçmaz), Babaxanlı (Cəlilabad), Babaküçə (Masallı, Lerik), Babagil (Lerik), Ağbaba (Qərbi Azərbaycan), Heydərbaba (Cənubi Azərbaycan) və s. S.Ataniyazov haqlı olaraq bildirir ki, "baba", "ata" sözlərindən əmələ gələn coğrafi obyektlər müqəddəs yerlər sayılır . Buna Azərbaycanda Babadağ, Qırğızıstanda Çolpanata qəsəbəsini misal göstərmək olar.

Mədəniyyəti

  • Şıxbabalı türbəsi

Əhalisi

Tanınmışları

  • Cahangir Gözəlov — Yazıçı, publisist, felyetonçu
  • Rey Kərimoğlu -Qarabağ qazisi, jurnalist.
  • Şirvani Ədilli — Şair, tədqiqatçı
  • İsmayıl İsgəndərov.(1911-1986)kimyaçı alim,Pedaqoq,böyük ziyalı.Böyük Vətən Müharibəsi Qəhrəmani,qazisi.

Həmçinin bax

  • Ağdam
  • Ağdam abidələrinin siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şıxbabalı sözünün mənası, şıxbabalı haqqında məlumat. şıxbabalı nədir? şıxbabalı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Buxar maşını

  • Fevral 27, 2026

    Qış sarayı

  • Mart 01, 2026

    Oqtay Kazımi

  • Fevral 27, 2026

    Oksford Universiteti

  • Fevral 27, 2026

    Qan qrupu

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst