Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vaqif Əlibala oğlu Axundov (16 sentyabr 1950, Astara) — Azərbaycan hərbi xadimi, general-polkovnik, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rə

Vaqif Axundov

  • Ana Səhifə
  • Vikipediya
  • Vaqif Axundov

Vaqif Əlibala oğlu Axundov (16 sentyabr 1950, Astara) — Azərbaycan hərbi xadimi, general-polkovnik, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi (1993–2020).

Vaqif Axundov
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi
6 may 2002 – 16 mart 2020
Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin rəisi
23 avqust 1993 – 6 may 2002
Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsinin rəisi
25 fevral 1992 – 23 avqust 1993
Azərbaycan Atıcılıq Federasiyasının prezidenti
1998 – 15 dekabr 2021
SonrakıVilayət Eyvazov
Şəxsi məlumatlar
Doğum tarixi 16 sentyabr 1950(1950-09-16) (75 yaş)
Doğum yeri
  • Astara, Astara rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti,
  • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Fəaliyyəti zabit
Rütbəsi
General-polkovnik

Təltifləri "Azərbaycan Bayrağı" ordeni "Şöhrət" ordeni — 20202020 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20182018 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20182018
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Vaqif Axundov 1950-ci il sentyabrın 16-da Astara şəhərində anadan olmuşdur. 1968–1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda, 1989–1994-cü illərdə Bakı Dövlət Universitetində, 1999–2002-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almışdır. İxtisasca iqtisadçı-mühəndis, hüquqşünasdır.

Əmək fəaliyyətinə 1971-ci ildə Kuybışev şəhərində qazma-balta zavodunda tornaçı kimi başlamışdır. 1972–1975-ci illərdə Sovet Ordusu sıralarında zabit kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda leytenant Şmidt adına Maşınqayırma Zavodunda normalaşdırıcı, böyük mühəndis, iqtisadçı işləmişdir.

1975-ci ildə Azərbaycan Daxili İşlər Nazirliyində növbətçi hissə üzrə növbətçi köməkçisi, 1975–1978-ci illərdə Bakı şəhər Daxili İşlər İdarəsində komsomol komitəsinin katibi, 1978–1991-ci illərdə DİN-də şöbə rəisinin müavini, şöbə rəisi işləmişdir.

1992–1993-cü illərdə Azərbaycan Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Mühafizə İdarəsinin rəisi, 1993-cü ildən isə Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışmışdır.

6 may 2002-ci ildən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi olmuşdur.

Azərbaycan SSR Ali Sovetini Rəyasət Heyətinin Fəxri Fərmanı və medallarla təltif edilmişdir.

2018-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Vətənə xidmətə görə 1-ci dərəcəli ordenlə təltif edilmişdir.

Ailəlidir, 1 övladı var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, vaqif axundov sözünün mənası, vaqif axundov haqqında məlumat. vaqif axundov nədir? vaqif axundov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Fransız Rivyerası

  • Mart 01, 2026

    Çapaqcur döyüşü

  • Fevral 27, 2026

    Belçikalı Klementina

  • Fevral 27, 2026

    Burqoniya sülaləsi

  • Fevral 27, 2026

    İnək

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst