Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gığı kəndi rayon mərkəzindən 35 km şimal-qərbdə, Kığı çayının sahilində yerləşir. Burada azərbaycanlılarla bağlı X əsrə aid tarixi abidə indi də durur. Mənbədə

Kığı

  • Ana Səhifə
  • Vikipediya
  • Kığı

Gığı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd.

Gığı
39°13′12″ şm. e. 46°09′20″ ş. u.HGYO
Ölkə  Ermənistan
Rayon Qafan rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 68,67 km²
Mərkəzin hündürlüyü 1.580 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 172 nəf. (2011)
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Gığı xəritədə
Gığı
Gığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Gığı kəndi rayon mərkəzindən 35 km şimal-qərbdə, Kığı çayının sahilində yerləşir. Burada azərbaycanlılarla bağlı X əsrə aid tarixi abidə indi də durur. Mənbədə Kiğı kimidir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Kığı kəngərlərin Sofulu tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdən biridir. Ona görə də digər adı Kiçik Sofulu. Əsli Kiqi. XIX əsrdə Şimali Qafqazda Kuban əyalətində Kukovoy-Kurqan və Kükü-Oba-Daq, Batum əyalətinin Batum dairəsində Kukuti (kənd adı) Tiflis quberniyasında Kükü gölü, Naxçıvanda (Şahbuz r-nunda) Kükü kəndi, Quba qəzasında Kükü dağı, Zəngəzur qəzasında Kükülü dağı toponimləri ilə mə’naca eynidir. Abşeron yarımadasında (Qobustanda) bir palçıq vulkanı Gigidağ adlanır. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Qıqıcan kəndi qeyd olunmuşdur. Kıqı dağının adındandır.

Toponimi

Toponim türk mənşəli kiği — kiğili etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Geği kimi işlədilir.

Gığı dağı

Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda dağ. Hündürlüyü 3343 mdir. Oronim türk mənşəli kiği etnonimi əsasında formalaşmışdır. Etnooronimdir.

Gığı çayı

Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda çay. Mənbəyini Qazangöl gölündən götürür.Hidronim kiği türk etnonimini əks etdirir. Etnohidronimdir.

Gığı qalası

Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunun Kığı kəndində qala. Qafan şəhərindən 28 km qərbdə, Gığı çayının sağ sahilində yerləşir. Qala uçub dağılsa da, qalıqları indi də durur.

Əhalisi

Kənddə 1831-ci ildə 131 nəfər, 1873-cü ildə 191 nəfər, 1886-cı ildə 254 nəfər, 1897-ci ildə 215 nəfər, 1904-cu ildə 569 nəfər, 1914-cü ildə 190 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar ermənilər tərəfindən deportasiya olunımuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 335 nəfər, 1926-cı ildə 265 nəfər, 1931-ci ildə 380 nəfər, 1939-cu ildə 491 nəfər, 1959-cu ildə 570 nəfər, 1970-ci ildə 932 nəfər, 1979-cu ildə 1115 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

Tanınmış şəxsləri

  • Təhməz Quliyev
  • Azim Müzəffərov
  • Dağıstan Yusifov — alim

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kığı sözünün mənası, kığı haqqında məlumat. kığı nədir? kığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    MSN

  • Fevral 27, 2026

    Ceratosaurus

  • Fevral 27, 2026

    Nöqtəvilik

  • Fevral 27, 2026

    Baydarka

  • Fevral 27, 2026

    Liberets diyarı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst