Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tural Feyruz oğlu Abbaslı (13 sentyabr 1982, Bakı) — Azərbaycan siyasətçisi, jurnalisti, Müsavat Partiyasının üzvü və funksionerlərindən biri (2000–2016), 2016-

Tural Abbaslı

  • Ana Səhifə
  • Vikipediya
  • Tural Abbaslı

Tural Feyruz oğlu Abbaslı (13 sentyabr 1982, Bakı) — Azərbaycan siyasətçisi, jurnalisti, Müsavat Partiyasının üzvü və funksionerlərindən biri (2000–2016), 2016-cı ildən bəri Ağ Partiyasının sədri.

Tural Abbaslı
Ağ Partiyanın sədri
Vəzifədədir
26 iyun 2016-cı ildən
    ƏvvəlkiVəzifə təsis edildi
    Müsavat Partiyası Gənclər Təşkilatınln sədri
    ? – 25 iyun 2013
    SonrakıƏhliman Abbas
    Şəxsi məlumatlar
    Doğum tarixi 13 sentyabr 1982(1982-09-13) (43 yaş)
    Doğum yeri
    • Bakı, Azərbaycan SSR, SSRİ
    Partiya
    • Müsavat Partiyası (2000–2016),
    • Ağ Partiyası (2016)
    Təhsili Müstəqil Azərbaycan Universiteti (bakalavr)
    Bakı Dövlət Universiteti (magistratura)
    Fəaliyyəti siyasətçi
    Atası Feyruz Abbaslı
    Anası Baxşıxanım Abbasova
    Dini islam
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Müsavat Partiyasının Divan üzvü olmuş Başxanım Abbasovanın ailəsində böyüyən Tural Abbaslı siyasi fəaliyyətə Müsavat Partiyasında başlamış, 2000–2016-cı illərdə partiya funksionerlərindən biri olmuşdur. 2014-cü ildə Müsavat Partiyası başqanlığına namizəd olsa da, seçkidə sonuncu yeri tutaraq seçilə bilməyib.

    Tural Abbaslı Ağ Partiyasını təsis edənə qədər İctimai Palata (2010), Demokratik Qüvvələrin Milli Şurası (2013), "Ağ Blok", sədr olduqdan sonra "Qarabağ Komitəsi" və "Azərbaycan Xalq Hərəkatı" kimi bir sıra müxalif siyasi təşkilat və blokların rəhbərliyində təmsil olunub. 2018-ci ildə keçirilən Prezident seçkilərində namizədliyini irəli sürmüşdür. 2020-ci ildə VI çağırış Azərbaycan Milli Məclisinə seçkilər zamanı 21 saylı Nəsimi Birinci seçki dairəsindən namizəd olmuşdur.

    Mündəricat

    Həyatı

    Tural Abbaslı 13 sentyabr 1982-ci ildə Bakı şəhərində doğulub. Atasını erkən yaşlarında itirən Abbaslı anası Baxşıxanım Abbasovanın himayəsində böyüyüb. Başxanım Abbasova Müsavat Partiyasının Divan üzvü olub. Siyasi fəaliyyətə başlamasında da məhz anasının təsiri olub.

    Təhsili

    Tural Abbaslı 1999-cu ildə 4 nömrəli Humanitar Fənlər gimnaziyasını bitirib. 1999–2003-cü illərdə o, Müstəqil Azərbaycan Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 2009-cu ildə BDU-nun Jurnalistika fakültəsinin magistratura pilləsinə daxil olmuş, lakin təhsil aldığı müddətdə BDU-dan qovulduğu üçün təhsilini 2022-ci ildə tamamlaya bilmişdir.

    Ailəsi

    Tural Abbaslı Müsavat Partiyasının sabiq Divan üzvü Başxanım Abbasovanın oğludur. Onun qardaşı, leytenant Teymur Abbasov İkinci Qarabağ müharibəsi zamanı şəhid olmuşdur.

    Tural Abbaslı ailəlidir.

    Siyasi fəaliyyəti

    Erkən illəri

    Tural Abbaslı siyasi fəaliyyətə Müsavat Partiyasında başlamış və 2000–2016-cı illərdə burada gənclər təşkilatının sədr müavini, Səbail rayon təşkilatında sədr müavini, gənclər təşkilatının sədri, partiya divan heyətinin üzvü olmuşdur.

    2011-ci ildə İctimai Palatanın Bakının mərkəzində, Ərəb baharı inqilabları ərəfəsində keçirdiyi mitinqin təşkilatçısı kimi 2 il 6 ay həbs cəzasına məhkum edilib və həmin il Amnesty International təşkilatı tərəfindən vicdan məhbusu elan olunub.

    2014-cü ildə Müsavat Partiyası başqanlığına namizəd olsa da seçilə bilməyib.

    O, 2018-ci ildə yaradılan "Qarabağ Komitəsi"nin, 2019-cu ildə siyasi partiyaların birliyi olan Azərbaycan Xalq Hərəkatının (AXH) təsisçilərindən biri olub.

    Ağ Partiyası

    2016-cı ildən Ağ Partiyasının sədri kimi fəaliyyət göstərən Abbaslı, partiyanın 10.000-dən çox üzvü olduğunu qeyd edib. O, buna qədər İctimai Palata (2010), Demokratik Qüvvələrin Milli Şurası (2013), "Ağ Blok" kimi bir sıra müxalif siyasi qurumlarda da təmsil olunub. Həmçinin, 2018-ci ildə yaradılan "Qarabağ Komitəsi"nin və 2019-cu ildə siyasi partiyaların birliyi olan "Azərbaycan Xalq Hərəkatı" adlı qurumun təsisçilərindən biri olub.

    2016-cı ildə Ağ Partiyasını təsis edən Abbaslı, müxtəlif dövrlərdə verdiyi açıqlamalarda sədri olduğu partiyanın Türkiyədə fəaliyyət göstərən sağçı və mühafizəkar Ədalət və İnkişaf Partiyası ilə eyni ideoloji xətti tutduğunu bildirmişdir.

    Seçkilərdə iştirakı

    Tural Abbaslı 2018-ci ildə keçirilən prezident seçkilərində öz namizədliyini irəli sürmüşdür. Bununla yanaşı, 2020-ci ildə VI çağırış Azərbaycan Milli Məclisinə seçkilərində də 21 saylı Nəsimi Birinci seçki dairəsindən namizəd olmuşdur.

    Açıqlamaları

    Abbaslı mətbuata verdiyi bir müsahibəsində siyasətçinin populist mövqe tutmalı olduğunu qeyd etmişdir. Həmçinin Abbaslı Navalnını "qərbin projesi" adlandırıb. O, Rusya–Ukrayna müharibəsinə də fikir bildirərək, "Putinin yerinə olsam, mən də belə edərdim" deyə qeyd edib.

    Qeydlər

    1. Vahid Azərbaycan Partiyasının 26 iyun 2016-cı il tarixli qurultayında partiyanın adı Ağ Partiya olaraq dəyişdirilmiş və Tural Abbaslı sədr seçilmişdir. Partiyanın ad dəyişikliyi Ədliyyə Nazirliyi tərəfindən 7 may 2020-ci il tarixində təsdiqlənərək dövlət qeydiyyatına alınmışdır. 4 sentyabr 2023-cü ildə "siyasi partiyalarla bağlı qanun" layihəsinə əsasən yenidən dövlət qeydiyyatına alınmışdır.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tural abbaslı sözünün mənası, tural abbaslı haqqında məlumat. tural abbaslı nədir? tural abbaslı nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      II Afonso

    • Fevral 27, 2026

      Lisaneviç

    • Fevral 27, 2026

      Sintetizm

    • Fevral 27, 2026

      Şirvanşah

    • Fevral 27, 2026

      Akihito

    Trend Mahnılar
    • Fevral 24, 2026

      Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

    • Fevral 17, 2026

      Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

    • Fevral 28, 2026

      Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst