Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zəfəranlı eli— İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Xorasan əyalətlərində yaşayan konfederasiya.

Zəfəranlı eli

  • Ana Səhifə
  • Vikipediya
  • Zəfəranlı eli

Zəfəranlı eli— İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Xorasan əyalətlərində yaşayan konfederasiya.

Mündəricat

Tarixçəsi

Zəfəranlı konfederasiyası 8 böyük, 24 kişik eldən ibarətdir.

Zəfəranlı eli

Zəfəranlı eliin başçılarından biri Məhəmmədhəsən xan idi. O, Nadirə qarşı qiyam qaldırmışdı.

Bu konfederasiyanın ən böyük qollarından viri Cəmişgəzək (Çemişkəzək) elidir.

Cəmişgəzək eli

Dərsimin (indiki Tuncelinin) Çemişkezek qəzasından çıxan bu el əvvəlcə Ağqoyunlu tayfa birliyinə, sonra Qızılbaşların tərkibinə qatıldı.

Cəmişkəzəkli elinin kökəni haqqında müxtəlif fikirlər var. Şərəfnaməyə görə, Çemişkezek demək, kürdlük deməkdir. Kürdlər arasında, "Çemişkezek deyincə, ağla kürd gəlir" deyir. Digər tərəfdən, yenə Şərəfnamənin bu qeydi, Cəmişkəzəkli elinin türklüyünü sübut edir:

"Çemişkezek hökmdarlarının bu Məlikşahın soyundan gəlmiş olmaları və "Məlikşah' sözünün Kürd dilinde 'melikiş' biçimində dəyişmiş olması ehtimaldır, başqa yandan Çemişkezek hökmdarlarının adları da onların türklərin övladlarından və törəmələrindən olduqlarını dəqiqləşdirir, çünki adlarının heç bir yandan ərəb və kürd adlarıyla ilgisi yoxdur; Ərəb və kürd adlarına heç də bənzəmir.". Yuxarıda bildirdiyimiz kimi, Cəmişkəzəkli eli, Türkmandır.

Bu konfederasiyanın əsas hissəsi Xorasanda məskunlaşmışdı.

1727-ci ildə Mirzə Mehdi xan Astrabadi yazır: "Nadir bu tayfanı cəzalandırmaq üçün tələsirdi, ona görə də öz qoşununu hazırlıq vəziyyətinə gətirdi. Əmr verildi ki, Camışgəzək və Qaraçorlu ellərinin nümayəndələri onun düşərgəsinə gəlsinlər. Onlar təşkil olunmuş ekspedisiyada iştirak edəcəkdilər. Camışgəzək elinin başçısı Məhəmmədhüseyn xan Qaraçorlu ellərinin nümayəndələrini qızışdırdı ki, yürüşdən boyun qaçırsınlar. Onlar da Nadirin təklifini rədd etdilər. Kürdlərin başçıları isə Kərmənəxan bölgəsinin Mane və Semelqan adlı yurdlarında üsyan qaldırdılar və çox sayda dəstə topladılar". [Mirzə Mehdi xan Astrabadi, Tarixi-Nadiri, Tehran, 1263, (hicri qəməri).]

Nadir şah Avşar (1730–1747), Bruniessenə görə Şadlılarınn bir qolu olan Qaraçorlu və Əmirli ellərini də gətirib Xorasana yerləşdirmişdi. Beləcə Qaçarlar hakimiyyəti zamanında Xorasanın bəzi bölgələri elxan ünvanı verilən Camişgəzəkli və Şadli ellərindən olan xanlar tərəfindən idarə edilmişdi. [Prof. Dr. Martin van Bruinessen, Kürtlük, Türklük, Alevilik & Etnik ve Dinsel Kimlik Mücadeleleri].

Cəmişkəzəkli elinin başçılarından biri, vəkil Sam bəy idi. Sam bəyin qızını Nadirə ad eləmişdilər. Nadir Qoçana, bu qızın ardınca adam göndərmişdi. Saray adamlarının öyrətməsiylə II Şah Təhmasib Səfəvi də qıza elçi yolladı. Nadir cəld tərpənib qızla evləndi.

Sam bəyin Məhəmmədhüseyn bəy adlı oğlu vardı.

Cəmişkəzəkli elinin başçılarından biri Şəkər bəy idi. Şəkər bəy II Şah Təhmasib Səfəviyə qarşı qiyam qaldırmışdı.

Etimologiyası

Zəfəranlı = Zəfəran (Saffron) + lı Türk suffiksindən yaranıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zəfəranlı eli sözünün mənası, zəfəranlı eli haqqında məlumat. zəfəranlı eli nədir? zəfəranlı eli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Monqolustan gerbi

  • Fevral 27, 2026

    Qaratəpə (Borçalı)

  • Mart 02, 2026

    Kulab

  • Fevral 27, 2026

    Məhəmmədi

  • Fevral 27, 2026

    Berlin Universiteti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst