Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kvark ulduzu ilə bağlı ilk fərziyyə 1965-ci ildə sovet fiziklər Dmitri İvanenko və D. Kurdqelaidze tərəfindən irəli sürülüb. Lakin, bu ulduzun mövcudluğu haqqın

Kvark ulduzu

  • Ana Səhifə
  • Vikipediya
  • Kvark ulduzu

Kvark ulduzu — varlığı sübut edilməmiş və mövcud olma ehtimalı çox az olan ulduz növüdür.

Mündəricat

Tarixi

Kvark ulduzu ilə bağlı ilk fərziyyə 1965-ci ildə sovet fiziklər Dmitri İvanenko və D. Kurdqelaidze tərəfindən irəli sürülüb. Lakin, bu ulduzun mövcudluğu haqqında olan bütün fərziyyələr indiyə kimi sübut edilməyib.

Xüsusiyyətləri

Kvark-qluon plazmasından ibarət olan kvark ulduzun mövcud olması üçün ulduz ölərkən baş verən cazibə içə çökməsi zamanı, protonları çox yüksək təzyiq altında kvarklara parçalanmalıdır. Amma, bu hadisənin baş vermə ehtimalı çox azdır, çünki protonun kvarklara parçalanması üçün lazım olan təzyiq və istilik o qədər yüksəkdir ki, ifratnəhəng ulduzlarda belə bunu ödəyəcək təzyiq və istilik yoxdur. Nəzəri olaraq, bu ulduzun plazmasının çoxu s-kvarklardan (qəribə kvark) ibarət olmalıdır, ona görə də, kvark ulduzu həm də qəribə ulduz adlandırılır. Bundan başqa, ölən ulduz ağ cırtdan ola bilməyəcək qədər böyük, qara dəlik ola bilməyəcək qədər də kiçik olmalıdır. Əgər bu ulduz varsa, sıxlığı neytron ulduzlarına nəzərən daha çox olmalıdır. Orta hesabla 5–10 km radiusunun, 7–10 milyon il ömürünün olduğu təxmin edilir. Öləndən sonra kvark ulduzunun qara dəliyə çevriləcəyi fərz edilir.

Namizəd ulduzlar

  • RX J1856.5–3754 Günəş sistemimdən 150 işıq ili uzaqlıqda neytron ulduzu olaraq kəşf edildi. Lakin, J. J Dreyk və həmkarları 2002-ci ildə Çandra kosmik teleskopu vasitəsilə əldə olunan dəqiq məlumatlardan istifadə edərək bu cismin kvark ulduzu ola biləcəyini irəli sürdü. Onların verdiyi məlumatlara görə cismin radiusu 3,8–8,2 km (neytron ulduzlarında 12 km) arasındadır və təxminən 400 işıq ili uzaqlıqda yerləşir. Bu radius isə bir neytron ulduzu üçün çox kiçik idi. Bundan sonrakı inkişaf etmiş təchizatlarla aparılan hesablamalarda Dreykin və həmkarlarının verdiyi təxmini məsafə doğrulandı, amma cismin radiusunun daha böyük olduğu ortaya çıxdı.
  • Kanadanın Kalqari Universitetinin alimləri 18 sentyabr 2006-cı ildə kəşf edilən parlaq süpernova SN 2006gy-nin qalıqlarının kvark ulduzu ola biləcəyini irəli sürdülər.
  • 2008-ci ildə supernova müşahidələri zamanı supernova SN 2005gj, SN 2005ap və SN 2005ap-nin də kvark ulduzu ola biləcəyi qənaətinə gəldiklərini bildirirdilər.
  • Supernova SN 1987A-nın dağılmış nüvəsinin kvark ulduzu ola biləcəyi irəli sürüldü.
  • 2006-cı ildə, Pekin Universitetindən You-Ling Yue və həmkarları PSR B0943+10-un əslində az kütləli kvark ulduzu ola biləcəyini ortaya atdılar.
  • 2015-ci ildə Nankin Universitetindən Zi-Gao Dai supernova ASASSN-15lh-nin yeni yaranmış qəribə-kvark ulduzu olduğunu irəli sürdü.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kvark ulduzu sözünün mənası, kvark ulduzu haqqında məlumat. kvark ulduzu nədir? kvark ulduzu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Faiq Əhməd

  • Fevral 27, 2026

    Çoxluqlar nəzəriyyəsi

  • Fevral 27, 2026

    Böyükağa Talıblı

  • Fevral 27, 2026

    Əsvan

  • Fevral 27, 2026

    Radikal

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst