Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uşuaya — Argentinada, Pataqoniya bölgəsində yerləşən şəhər. Dünyanın ən cənubda yerləşən şəhərlərindən biridir. Uşuayadan daha cənubda şəhərlər olsa da bu şəhər

Uşuaya

  • Ana Səhifə
  • Vikipediya
  • Uşuaya

Uşuaya — Argentinada, Pataqoniya bölgəsində yerləşən şəhər. Dünyanın ən cənubda yerləşən şəhərlərindən biridir. Uşuayadan daha cənubda şəhərlər olsa da bu şəhərlər hərbi şəhərlərdir.

Uşuaya
54°48′26″ c. e. 68°18′16″ q. u.HGYO
Ölkə
  •  Argentina
Tarixi və coğrafiyası
Əsası qoyulub 12 oktyabr 1884
Sahəsi
  • 23 km²
Mərkəzin hündürlüyü 23 ± 1 m
Saat qurşağı
  • UTC−03:00
Əhalisi
Əhalisi
  • 82.615 nəf. (2022)
Rəsmi dili
  • ispan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +54 2901
Poçt indeksi V9410
Digər
ushuaia.gob.ar
Xəritəni göstər/gizlə
Uşuaya xəritədə
Uşuaya
Uşuaya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Argentinanın Tyerra del Fueqo əyalətinin paytaxtıdır. Biql kanalının sahilindədir.

Uşuaya yamana dilində "Şərqə baxan" deməkdir. Başqa ehtimala görə adının mənası "Üzünü Günəşə çevirən"dir.

Mündəricat

Tarixi

Uşuaya tarix boyunca iqlim, coğrafiya, heyvan və bitki dünyası, hindu mənşəyini araşdırmaq Avropadan gəlmiş bir çox elmi səfərə ev sahibliyi etmişdir.

Şəhərin ən məşhur binası 1902-ci ildə tikilməyə başlanılan Presidio adlı binadır. 1920-cu ildə tamamlanan bu bina həbsxana kimi istifadə olunmuşdur. Buradakı məhbuslar dəmiryolu çəkilişinə cəlb olunmuşdular. 1947-ci ildə bağlanılan həbsxanada bir neçə muzey açılmışdır. Bunlardan biri də həbsxananın tarixini əks etdirən Presidio muzeyidir. Digəri isə Antarktida ilə bağlı muzeydir.

Əhali

İllərə görə əhali
İl Əhali
1947 2 182
1966 4 470
1970 5 677
1980 11 443
1991 29 166
2001 45 430
2004 53 762
2010 56 593
2013 60 314

Vergi az olduğundan əhalidə artım müşahidə olunur.

Turizm

Odlu Torpaq Milli Parkına yaxın yeləşdiyindən və təbiətinin gözəlliyi səbəbi ilə şəhər turistik xarakter daşıyır. Antarktida gəzintilərinin dayanacağı olması və liman olması onu məşhur edən faktorlardan biridir. Şəhərə ərzaq və digər məhsulların gətirilməsi çox çətin olduğundan Uşuaya Argentinanın ən bahalı şəhərlərindən biridir.

Ən görməli yerlərindən biri 1979-cu ildə yaradılmış Dünyanın ucu muzeyidir. Burada Uşuaya və Odlu Torpaq ilə bağlı tarixi məlumatlar əldə etmək mümkündür.

Şəhərin yaxınlığında məşhur Qrasial Martial buzlağı yerləşir.

Nəqliyyat

Uşuaya beynəlxalq hava limanına sahibdir və 1997-ci ildə inşa edilmişdir. Antarktidaya gedən bəzi gəmilər buradan liman kimi istifadə edirlər.

Qalereya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, uşuaya sözünün mənası, uşuaya haqqında məlumat. uşuaya nədir? uşuaya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Buzlaq epoxaları

  • Fevral 27, 2026

    Cənubi Tarava

  • Mart 01, 2026

    Ümit Davala

  • Mart 01, 2026

    Mikozlar

  • Fevral 27, 2026

    Zaur Nudirəliyev

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst