Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qarışqa turşusu (CH2O2, sistematik adı: metan turşusu) — doymuş birəsaslı karbon turşusunun homoloji sırasında yerləşən ilk nümayəndəsidir.

Qarışqa turşusu

  • Ana Səhifə
  • Vikipediya
  • Qarışqa turşusu

Qarışqa turşusu (CH2O2, sistematik adı: metan turşusu) — doymuş birəsaslı karbon turşusunun homoloji sırasında yerləşən ilk nümayəndəsidir.

Qarışqa turşusu
Kimyəvi quruluşun şəkli
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu CH2O2
Fiziki xassələri
Molyar kütlə 46,025380 q/mol
Sıxlıq 1,2196 q/sm³
Dinamik özüllülük 0,16 puazeyl
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 8,25 °C
Qaynama nöqtəsi 100,7 °C
Öz-özünə yanma temperaturu 520 °C
Partlama həddi 18 ± 1 % (V/V)
Əmələgəlmə entalpiyası −409,19 kC/mol
Buxarın təzyiqi 35 ± 1 mm Hg
Kimyəvi xassələri
Turşunun dissosasiya sabiti p K a {\displaystyle pK_{a}} {\displaystyle pK_{a}} 3,81 ± 0,01
Optik xüsusiyyətlər
Sındırma əmsalı 1,3714
Təsnifatı
CAS-da qeyd. nöm. 64-18-6
PubChem 284, 18971002
EINECS-də qeyd. nöm. 200-579-1
SMILES
 
  • O=CO
InChI
 
  • InChI=1S/CH2O2/c2-1-3/h1H,(H,2,3)
    BDAGIHXWWSANSR-UHFFFAOYSA-N
E nömrəsi E236
RTECS LQ4900000
ChEBI 30751
ChemSpider 278
Məlumatlar normal şərait (25 °C, 100 kPa) üçün verilmişdir.

Mündəricat

Fiziki xassələri

Normal şəraitdə qarışqa (formiat) turşusu rəngsiz maye olub, kəskin iylidir və 1010C-də qaynayır. Dəriyə düşdükdə yanıq əmələ gətirir. İnsan orqanizmində zəhərlənmə yaradır. Qarışqa turşusu suda yaxşı həll olur. Su ilə istənilən nisbətdə qarışır.

Kimyəvi xassələri

Qarışqa turşusu karbon turşularının ümumi kimyəvi xassələrinə malikdir. Onun duzları formiatlar adlanır. Homoloji sırada o, ən yüksək reaksiyayagirmə qabiliyyətli və ən qüvvətli turşudur. Dissosiasiya dərəcəsinə görə o, fosfat turşusuna yaxındır. qarışqa turşusunun molekulunda həm karboksil, həm də aldehid qrupları olduğundan, o, digər karbon turşularından fərqli olaraq aldehidlər üçün xarakterik olan "gümüş güzgü" reaksiyasına daxil olur. HCOOH + Ag2O → H2CO3 + 2Ag → CO2 + H2O + 2Ag

Qatı sulfat turşusu iştirakında qızdırıldıqda qarışqa turşusu karbon-2-oksid və suya parçalanır: HCOOH → H2O + CO

Bu reaksiyadan laboratoriyada CO almaq üçün istifadə edilir.


Alınması

Əvvəllər qarışqa turşusunu qarışqaları suda isladıb, məhlulu qovmaqla alırdılar. Qarışqa turşusu bir çox üsullarla, o cümlədən, metanolun oksidləşməsindən alınır:
Metanolun oksidləşməsindən Qarışqa turşusunun alınması


Hal-hazırda qarışqa turşusunu almaq üçün karbon 2-oksid və natrium-hidroksiddən alınan natrium formiata qatı sulfat turşusu ilə təsir edirlər:

CO + NaOH → H-C-OONa (natrium formiat)

HCOONa + H2SO4 → HCOOH + NaHSO4

Təbiətdə tapılması

Təbiətdə ilk olaraq sarı meşə qarışqalarının ifrazatlarında rast gəlinmiş və 1671-ci ildə ingilis naturalisti Con Rey tərəfindən kəşf edilmişdi.. Qarışqa turşusu üzvi turşudur. Xüsusilə, Qarışqa turşusundan arıçılığı inkişaf etmiş ölkələrdə üzvi bal istehsalçıları tərəfindən geniş şəkildə istifadə edilir. Həmçinin, Qarışqa turşusundan tibb sahəsində dezinfeksiyaedici kimi geniş istifadə edilir.. Qarışqa turşusu üzvi maddələrin sintezində reduksiyaedici maddə kimi, həmçinin turşəng turşusunun alınmasında tətbiq edilir. Bundan başqa, o, yeyinti sənayesində dezinfeksiyaedici və konservləşdirici kimi, toxuculuq sənayesində parçaların boyanmasında, tibbdə - qarışqa spirti adı ilə 1%-li spirt məhlulu şəklində revmatizmə qarşı dərman maddəsi kimi istifadə olunur. Qarışqa turşusunun mürəkkəb efirləri həlledici və ətirli maddələr kimi istifadə edilir.

Təyini

Qarışqa turşusunu digər karbon turşularından fərqləndirmək üçün "gümüş güzgü" reaksiyasından istifadə edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qarışqa turşusu sözünün mənası, qarışqa turşusu haqqında məlumat. qarışqa turşusu nədir? qarışqa turşusu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şərqi Prussiya

  • Fevral 27, 2026

    Kəlbəcər döyüşü

  • Fevral 27, 2026

    Murtuza Muxtarov

  • Fevral 27, 2026

    Puta

  • Mart 01, 2026

    Traxeyanın intubasiyası

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst