Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Araz Yaquboğlu (tam adı: Araz Yaqub oğlu Hacıyev; 1 avqust 1973, Yeni Daşkənd, Azərbaycan SSR) — Azərbaycan tədqiqatçısı, yazıçısı və jurnalisti; "Qızıl qələm"

Araz Yaquboğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Araz Yaquboğlu

Araz Yaquboğlu (tam adı: Araz Yaqub oğlu Hacıyev; 1 avqust 1973, Yeni Daşkənd, Azərbaycan SSR) — Azərbaycan tədqiqatçısı, yazıçısı və jurnalisti; "Qızıl qələm" media mükafatı (2011) və Həsən bəy Zərdabi mükafatı (2023) laureatı, Laçın yurdu jurnalında baş redaktorun müavini, Azərbaycan Jurnalistlər Birliyinin (2023-cü ildən) və Azərbaycan Aşıqlar Birliyinin üzvü (2023-cü ildən).

Araz Yaquboğlu
Araz Yaqub oğlu Hacıyev
Yaquboğlu 2013-cü ildə
Yaquboğlu 2013-cü ildə
Doğum adı Araz
Təxəllüsü Yaquboğlu
Doğum tarixi 1 avqust 1973(1973-08-01) (52 yaş)
Doğum yeri
  • Yeni Daşkənd, Azərbaycan SSR
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Gülbəniz Hacıyeva (Kərimova)
Uşaqları
  • Təhmasib Nəsibli[d],
  • Firuzə Nəsibli[d]
Atası Yaqub Hacıyev[d]
Anası Əsmətel Hacıyeva
Təhsili
  • Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbi[d] (1980–1990),
  • Azərbaycan İnşaat Mühəndisləri Universiteti (1991–1996)
İxtisası Sənaye və mülki tikinti
Fəaliyyəti jurnalist, mühəndis, şair, tədqiqatçı, dizayner, yazıçı, vikipediyaçı, memuarçı
Fəaliyyət illəri 1992-ci ildən
Əsərlərinin dili Azərbaycan dili
Janrlar poeziya, publisistika, tədqiqat, memuar, esse
Tanınmış əsərləri
  • Daşkənd aşıqları və şairləri[d],
  • Daşkənddən Yeni Daşkəndə[d],
  • Sazın-sözün sorağında[d],
  • Soyumuz, kökümüz, özümüz[d]
Üzvlüyü
  • Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı (–1990),
  • Azərbaycan Milli İstiqlal Partiyası (1994–1996),
  • Dədə Ələsgər Ədəbi Məclisi[d] (2022),
  • Azərbaycan Jurnalistlər Birliyi (2023),
  • Azərbaycan Aşıqlar Birliyi (2023)
İmza
Vikimənbənin loqosu Araz Yaquboğlu Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Araz Yaquboğlu 1973-cü il avqustun 1-də Bərdə rayonunun Yeni Daşkənd kəndində ziyalı ailəsində anadan olub. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir. Atası Yaqub Hacıyev Bərdə rayonunda tanınmış mühəndislərdən olub.

Araz Yaquboğlu 1980-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbinin I sinfinə getmiş və 1990-cı ildə həmin məktəbin XI sinfini bitirmişdir. 1989-cu ildə Bərdə rayonu üzrə keçirilən riyaziyyatdan fənn olimpiadasında I yeri tutmuşdur. Orta məktəbdə oxuyarkən 1989–1990-cı illərdə məktəbin komsomol təşkilat katibi olmuşdur.

2 avqust 1990-cı ildə ilk əmək fəaliyyətinə Azərbaycan SSR Sənaye Müəssisələri İstehsalat Birliyinin Bərdə Nüşabə Kooperativində fəhlə kimi başlamışdır. 1 fevral 1991-ci ildə iş yerini dəyişərək 9 №li Dəmir Beton Məmulatları Zavodunda çilingər işləmişdir.

1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "İnşaat" fakültəsinə qəbul olmuşdur. 1996-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin "Sənaye və mülki tikinti" ixtisasını əla qiymətlərlə bitirmişdir.

1994-cü ildə oxuduğu universitet üzrə "Materiallar müqaviməti" fənnindən olimpiadada I yeri tutmuş, haqqında "İnşaatçı kadrlar uğrunda" qəzetinin 26 oktyabr 1994-cü il tarixli, № 6(245) sayında Dilarə Mikayılovanın "Nümunəvi tələbə" başlıqlı məqaləsi dərc olunmuşdur.

Ali məktəbdə oxuduğu müddətdə təhsildən ayrılmamaqla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnə quraşdırıcısı vəzifəsində çalışmışdır (30 sentyabr, 1994 – 31 dekabr, 1994).

O, 1994–1996-cı illərdə Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur.

1995-ci ildə Bakı Ali Menecer Kollecinin İnşaatçı menecment ixtisasını bitirmişdir.

1992-ci ildən şeirləri və məqalələri mərkəzi qəzetlərdə, jurnallarda və almanaxlarda çap olunur. Bir çox kitabların redaktoru və tərtibçisidir.

2012-ci ilin 1 yanvarından Laçın yurdu jurnalında baş redaktorun müavinidir.

12 iyul 2023-cü ildə Azərbaycan Jurnalistlər Birliyinə, 17 iyul 2023-cü ildə isə Azərbaycan Aşıqlar Birliyinə üzv qəbul edilmişdir.

Şəxsi həyatı

Ailəlidir, bir oğlu və bir qızı var.

Vikimedia hərəkatında iştirakı

Araz Yaquboğlu (sağdan birinci əyləşən) Vikipediyaçılarla görüş zamanı, 2017-ci il.

Araz Yaquboğlu 30 aprel 2010-cu ildən "Araz Yaquboglu" istifadəçi adı ilə Azərbaycanca Vikipediyanın aktiv istifadəçisi, 23 sentyabr 2013-cü ildən isə Azərbaycanca Vikipediyada inzibatçıdır. 2017-ci ildə olan məlumata görə 6000 məqalənin müəllifidir. O, Azərbaycanca Vikipediyada ən çox redaktəsi olan redaktordur.

Həmçinin Azərbaycan dilində olan Vikipediya ilə yanaşı, Vikikitabın, Vikisitatın və Vikimənbənin də inzibatçısıdır.

Filmoqrafiya

  • Bitməyən ömür (film, 2013)
  • Torpağımız... Tariximiz... Taleyimiz... (film, 2015)

Kitabları

  • Elin yaddaşında yaşayan ömür. Bakı: "Nurlan", 2006, 160 səh.
  • Bir kökün budaqları. Bakı: "Nurlan", 2006, 216 səh.
  • Daşkənd aşıqları və şairləri. Bakı: "Nurlan", 2008, 416 səh.
  • Tələbə dünyası. Bakı: "Elm və təhsil", 2011, 184 səh.
  • Ömrün şəhidlik zirvəsi, Bakı, "Elm və təhsil", 2012. – 160 səh. + 16 səh. şəkil.
  • Bitməyən ömür, Bakı, "Nurlar", 2013. – 400 səhifə. + 96 səh. şəkil.(azərb.)
  • Elin Şiruyəsi, sözün sərrafı, Bakı, "SkyG", 2016, 400 səh., 300 tiraj. ISBN 978-9952-440-08-05
  • Daşkənddən Yeni Daşkəndə. Bakı, "Elm və təhsil", 2023. 480 səh. (+64 səh. şəkil). ISBN 978-9952-568-22-6
  • Sazın-sözün sorağında. Bakı, "Elm və təhsil", 2023. 200 səh. ISBN 978-9952-568-35-6
  • Rəşadətli Rəşadət. Bakı, "Elm və təhsil", 2023. 144 səh. (+32 səh. şəkil) ISBN 978-9952-568-48-6
  • Od oğlu od içində. Bakı, "Elm və təhsil", 2025. 160 səh. (+24 səh. şəkil) ISBN 978-9952-587-49-4
  • Soyumuz, kökümüz, özümüz. Bakı, "Elm və təhsil", 2025. 360 səh. (+48 səh. şəkil) ISBN 978-9952-587-82-1

Mükafatları

  • 2011 — "Qızıl qələm" media mükafatı.
  • 2021 — "Laçın" döş nişanı (№ 073).
  • 2021 — "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin Fəxri Diplomu.
  • 2022 — "Aşıq Ələsgər – 200" yubiley medalı (№ 00077)
  • 2023 — Həsən bəy Zərdabi mükafatı.
  • 2023 — "Ziyadar" mükafatı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Araz Yaquboğlu haqqında məlumat. Araz Yaquboğlu nədir? Araz Yaquboğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Car-Balakən camaatı

  • Fevral 27, 2026

    II Tumanbəy

  • Fevral 27, 2026

    Uilyam Harvey

  • Mart 01, 2026

    Qarabağ erməniləri

  • Fevral 23, 2026

    Kopenhagen

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst