Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arda Turan (türk. Arda Turan; 30 yanvar 1987, Fatih, İstanbul ili) — sol cinah mövqeyində oynamış Türkiyəli keçmiş futbolçu və məşqçidir. 2006–2017-ci illərdə T

Arda Turan

  • Ana Səhifə
  • Vikipediya
  • Arda Turan

Arda Turan (türk. Arda Turan; 30 yanvar 1987, Fatih, İstanbul ili) — sol cinah mövqeyində oynamış Türkiyəli keçmiş futbolçu və məşqçidir. 2006–2017-ci illərdə Türkiyə Milli Futbol Komandasında çıxış edib və kapitanlıq edib. Ukrayna Premyer Liqa komandası olan “Şaxtyor Donetsk”i çalışdırır.

Arda Turan
türk. Arda Turan
2016-cı ildə Turan Türkiyə Milli forması ilə
2016-cı ildə Turan Türkiyə Milli forması ilə
Ümumi məlumatlar
Doğum tarixi 30 yanvar 1987(1987-01-30) (39 yaş)
Doğum yeri
  • Fatih, İstanbul ili, Türkiyə
Vətəndaşlığı
  •  Türkiyə
Boyu 175 sm
Çəkisi 76 kq
Mövqeyi yarımmüdafiəçi, cinah yarımmüdafiəçisi[d]
Əsas ayağı sağ
Klub haqqında məlumat
Klub karyerasını bitirib
Karyerası
Gənclik karyerası
1997—2000 Türkiyə Altıntepsi Makelspor
2000—2005 Türkiyə Qalatasaray
Klub karyerası
2004—2011 Türkiyə Qalatasaray 127 (28)
2005—2006 → Türkiyə Manisaspor 15 (2)
2011—2015 İspaniya Atletiko Madrid 127 (13)
2015—h. h. İspaniya Barselona 35 (5)
2018—2020 Türkiyə İstanbul Bașakșehir 0 (0)
Milli yığma
2002 Türkiyə U-16 10 (2)
2003–2004 Türkiyə U-17 30 (3)
2003–2005 Türkiyə U-18 11 (2)
2005 Türkiyə U-20 2 (0)
2004–2006 Türkiyə U-19 18 (6)
2006 Türkiyə U-21 2 (0)
2006–2017 Türkiyə 100 (16)
Məşqçi karyerası
2023–2025 Eyüpspor
2025–h.h. Şaxtyor
Təltif və medalları
Aralıq dənizi Oyunları
Gümüş İspaniya 2005komanda
Avropa çempionatı
Bürünc Avstriya-İsveçrə 2008komanda

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Arda Turan İstanbulun Bayrampaşa rayonunda 30 yanvar 1987-ci ildə Adnan və Yüksel cütlüyünün ilk uşağı olaraq dünyaya gəlib. Atası Türk Hava Yollarından təqaüdə çıxmış Adnan Turan, anası evdar qadın Yüksel Turandır; qardaşı Okan Turandır. Ana tərəfdən Priştina köçkünü, ata tərəfdən Yuqoslaviya köçkünü kökənlidir. Liseyi Fatih rayonundakı Şehremini Liseyində bitirib. Uşaqlığında küçədə futbol oynamağa başlayan Turan “doğulduğu məhəllədəki dostları ilə oynadığı "orta–kəllə–qol" oyununun orta və pas bacarığının inkişafında böyük rol oynadığını” və “dar küçələrdə futbol oynamasının texnikasını inkişaf etdirdiyini” deyib. Futbola hələ 8 yaşında, atası və əmilərinin də əvvəllər futbol oynadığı doğulduğu rayonun həvəskar komandalarından Altıntepsi Makelsporda başlayıb. 2000-ci ildə “Qalatasaray”ın akademiya seçmələrinə qatılıb. İlk seçmədə 15 dəqiqə oynadıqdan sonra bir neçə gün sonrakı seçməyə də çağırılıb. Orada da seçmələri qazanaraq “Qalatasaray”da futbol oynamağa başlayıb. Akademiyada təxminən 4 il forma geyinib; bu müddətdə 56 liqa oyununa çıxıb və 17 qol vurub. Turanın sözlərinə görə, topa sahib olmağı, onu tez itirməməyi və oyunun 90 dəqiqə olduğunu unutmamağı “Qalatasaray”dakı məşqçisi George Hacidən öyrənib.

Karyerası

Qalatasaray

Arda 12 yaşından Qalatasaray futbol məktəbinin üzvüdür. O, Qalatasaray PAF komandandasında dalbadal 4 il forma geyinmiş, 56 oyunda 11 qol vurmuşdur. George Hacinin məşqçiliyi dövründə 2004–2005 mövsümündə Türkiyə milli futbol komandasının heyətinə cəlb olunmuşdur, amma bu dövrdə uğurlu oyun nümayiş etdirə bilməmiş və təcrübə qazanması üçün Manisaspora icarəyə verilmişdir. Manisasporda keçirdiyi yarım mövsümdə əla oyun mümayiş etdirmiş, 2006–2007-ci il futbol mövsümündə yenidən Qalatasarayın heyətində çıxış etmişdir. Erik Geretsin başçılıq etdiyi klubun əsas heyətinə düşərək UEFA Çempionlar Liqasının 3-cü seçmə mərhələsində Mlada Boleslav klubuna qarşı oyunda iştirak etmiş, iki qola imza etmiş və bir məhsuldar ötürmə vermişdir. O dövrdən etibarən Qalatasaray heyətində yerini möhkəmlətmişdir.

2007–2008 futbol mövsümündə Karl-Heinz Feldkampın məşqçisi olduğu klubun əsas heyətində çıxış etmişdir. UEFA Çempionlar Liqasında Bordo və Liverpul klublarına qarşı keçirilən oyunlarda oynamış və UEFA tərəfindən bu oyunların ən yaxşı oyunçusu kimi dəyərləndirilmişdir.

4 may 2008-ci ildə Sivas 4 Sentyabr Stadionunda Sivasspora qarşı keçirilən oyunda karyerasının ilk het-trikinə imza atmışdır. Bu oyunda Qalatasaray 5–3 hesabı ilə qalib gəlmiş və 1 həftə sonra ölkə çümpionu adına layiq görülmüşdür.

2008–2009 futbol mövsümü UEFA Kubokunun 3-cü seçmə mərhələsinin 2-ci oyununda Bordonun qapısına vurduğu 2 qolla komandasının növbəti mərhələyə keçməsində böyük rol oynamışdır. 10 iyul 2009-cu ildə rəsmi olaraq Qalatasaray klubunun kapitanı təyin edilmişdir və Turgay Şeren, Bülənt Korkmaz və Tuqay Kərimoğludan sonra bu klubun tarixi boyu ən gənc kapitanı sayılmışdır.

Beynəlxalq karyerası

İlk dəfə Milli komandada dostluq matçında Lüksemburq qarşısında forma geydi. Türkiyə milli futbol komandası forması ilə ilk qolunu isə 25 may 2008-ci ildə Avropa Çempionatına hazırlıq məqsədilə keçirilən matçda Uruqvay milli futbol komandasına atmış və Türkiyənin 1–0 önə keçməsini təmin etmişdir. 11 iyun 2008 tarixində oynanan İsveçrə – Türkiyə matçında son dəqiqədə qalibiyyət qolunu ataraq, UEFA tərəfindən matçın adamı seçilmişdir. Arda Turan, 15 iyun 2008 tarixində Türkiyə–Çexiya oyununda komandasının ilk qolunu ataraq qalibiyyətdə böyük pay sahibi olmuş və Türkiyə, Avropa Çempionatı 2008-də yarım finala yüksəlmişdir.

Türkiyə milli futbol komandasının ABŞ hazırlıq düşərgəsində təkrar ulduzlaşan oyunçu, Çexiya və ABŞ oyunlarında 2 qol qeyd etdi. Eyni zamanda Çexiyaya qarşı oyunda 1 də asist etdi.

Atletiko Madrid

9 avqust 2011-ci ildə Qalatasaray FK-dan 12 milyon euroya Atletiko Madrid FK Arda Turanı öz komandalarına transfer etdi

Şaxtyor Donetsk

27 may 2025-ci ildə "Şaxtyor Donetsk" Arda Turanın komandanın baş məşqçisi təyin olunduğunu açıqlayıb

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Arda Turan haqqında məlumat. Arda Turan nədir? Arda Turan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Burjuaziya

  • Fevral 27, 2026

    Rusudan Xoperiya

  • Mart 01, 2026

    Kavalerlər

  • Fevral 27, 2026

    Dəri

  • Fevral 27, 2026

    Rəşidi xilafəti

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst