"Persepolis" Futbol Klubu (Farsca; باشگاه فوتبال پرسپولیس) — İranın Tehran şəhərinin futbol komandası. Persepolis 1968-ci ildən bu yana İran futbolunun birinci divizionundadır.
| Persepolis | |||
|---|---|---|---|
| Klubun tam adı | Persepolis Futbol Klubu | ||
| Ölkə | | ||
| Ləqəb(lər) | ارتش سرخ Artesh-e-Sorkh (Qırmızı Ordu) | ||
| Rəng(lər) | Qırmızı–Ağ | ||
| Yaranma tarixi | 1963 | ||
| Stadionu | Azadi stadionu | ||
| Tutumu | 78,116 | ||
| Prezidenti | | ||
| Baş məşqçisi | | ||
| Liqa | Fars körfəzi pro-liqası | ||
| 2024-25 | 3. | ||
| | |||
| Rəsmi saytı | |||
Persepolis adının mənası "Persiya", və ya "Fars şəhəri"dir. Persiya şəhəri dünyanın ən varlı şəhərdən biri idi.
Tarixi

Persepolis FK 1963-cü ildə Əli Abdo tərəfindən qurulmuşdur. 1979-cu ildə İran İslam İnqilabı baş verəndə Klub dağıldı və bir çox köhnə oyunçu geri qayıtmadı. Klubun əmlakı gizlədildi və klub "İran Bədən Tərbiyəsi Departamenti"nin məsuliyyətinə verildi.
1987-ci ildə "Bədən Tərbiyəsi Departamenti" klubun adını Pirouzi olaraq dəyişdirdi, baxmayaraq ki, azarkeşlər komandanı orijinal adı Persepolis ilə çağırırlar. 2012-ci ildən etibarən klub rəsmi olaraq yalnız Persepolis kimi tanınacaq.
Uğurları
Fars körfəzi pro-liqası
Qalib (15) (rekord) — 1971/72, 1973/74, 1975/76, 1995/96, 1996/97, 1998/99, 1999/2000, 2001/02, 2007/08, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2020/21, 2022/23, 2023/24
İran Həzfi Kuboku
Qalib (6) — 1987/88, 1991/92, 1998/99, 2009/10, 2010/11, 2018/19, 2022/23
İran Superkuboku
Qalib (4) (rekord) — 2017, 2018, 2019, 2020
AFK Çempionlar Liqası
Finalçı (2) — 2018, 2020
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Persepolis FK haqqında məlumat. Persepolis FK nədir? Persepolis FK nə deməkdir?