Süleymaniyyə təkyəsi (ərəb. التكيّة السليمانيّة ət-təkiyyə s-süleymaniyyə; türk. Süleymaniye Külliyesi) — Dəməşqdə yerləşən təkyə. Təkyə təriqətçilərin, dərvişlərin ayin icra etdikləri yerdir. Süleymaniyyə təkyəsi məscid, imarət, Səlimiyyə mədrəsəsi adlı mədrəsə və qəbiristanlıqdan ibarətdir. Məscid və imarət Sultan Süleyman Qanuninin tərəfindən 1554–1559-cu illərdə Memar Sinanın layihəsi əsasında inşa etdirilmişdir. Səlimiyyə mədrəsəsi 1566-1567-ci illərdə (II Səlimin dövründə) inşa edilmişdir. Süleymaniyyə təkyəsi klassik Osmanlı memarlığının örnəklərindən biridir. Sultan VI Mehmed Süleymaniyyə təkyəsinin qəbiristanlığında dəfn olunmuşdur.
| Süleymaniyyə təkyəsi | |
|---|---|
| التكيّة السليمانيّة | |
| |
| |
| Ölkə | |
| Yerləşir | Dəməşq |
| Memar | məscid və imarət: Memar Sinan |
| Tikilmə tarixi | məscid və imarət: 1554-1559 Səlimiyyə mədrəsəsi: 1566-1567 |
| Üslubu | Osmanlı memarlığı |
| 33°30′44″ şm. e. 36°17′28″ ş. u.HGYO | |
![]() | |
Süleymaniyyə təkyəsinin məscidi
Səlimiyyə mədrəsəsi
Süleymaniyyə təkyəsinin qəbiristanlığı
VI Mehmedin qəbri
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Süleymaniyyə təkyəsi haqqında məlumat. Süleymaniyyə təkyəsi nədir? Süleymaniyyə təkyəsi nə deməkdir?
