Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qəzənfər Musa oğlu Cəfərli (25 may 1920, Gəncə – 25 sentyabr 1973, Bakı) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri (1959).

Qəzənfər Cəfərli

  • Ana Səhifə
  • Vikipediya
  • Qəzənfər Cəfərli

Qəzənfər Musa oğlu Cəfərli (25 may 1920, Gəncə – 25 sentyabr 1973, Bakı) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri (1959).

Qəzənfər Cəfərli
Azərbaycan SSR Ali Sovetinin sədri
25 mart 1959 – 25 noyabr 1959
ƏvvəlkiMirzə İbrahimov
SonrakıƏli Tağızadə
Şəxsi məlumatlar
Doğum tarixi 25 may 1920(1920-05-25)
Doğum yeri
  • Gəncə, Gəncə qəzası, Azərbaycan SSR
Vəfat tarixi 25 sentyabr 1973(1973-09-25) (53 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1943–1973)
Təhsili
  • Azərbaycan Dövlət Universiteti (1937–1941),
  • Sov.İKP MK yanında Ali Partiya Məktəbi[d] (1950–1953)
Hərbi xidmət
Döyüşlər
  • Böyük Vətən müharibəsi
Rütbəsi
  • baş leytenant
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • texnika elmləri namizədi
Elmi adı
  • dosent

Təltifləri "Aleksandr Nevski" ordeni — 19451945 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 19441944 "Döyüş xidmətlərinə görə" medalı — 19441944 "Leninqradın müdafiəsinə görə" medalı "Praqanın azad edilməsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Mündəricat

Həyatı

Qəzənfər Musa oğlu Cəfərli 1920-ci ildə Gəncədə bağban ailəsində anadan olmuşdur. Elə həmin il atası vəfat etmiş və o, müəllimlik edən qardaşının himayəsində qalmışdır. 1937-ci ildə orta məktəbi bitirdikdən sonra Qəzənfər Cəfərli Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olmuş, 1941-ci ildə oranı bitirmişdir. Təhsil aldığı illərdə Bakı məktəblərində müəllim vəzifəsində də işləmişdir. Texnika elmləri namizədi elmi dərəcəsini, dosent elmi adını almışdır.

Böyük Vətən müharibəsi başlanan zaman Qəzənfər Cəfərli Sovet Ordusu sıralarına qatılmış, zenit-topçu hərbi məktəbini bitirərək vzvod komandiri və batareya komandiri kimi Volxov, Leninqrad, Birinci Ukrayna cəbhələrində, Polşa, Çexoslovakiya, Macarıstan və başqa ölkələrdə vuruşmuşdur. Sovet Ordusu sıralarında o, əvvəlcə Kommunist Partiyası üzvlüyünə namizəd, 1943-cü ilin aprelindən isə partiyanın üzvü olmuşdur. Elə həmin illərdə batareyanın partiya təşkilatçısı, polk partiya bürosunun üzvü seçilmişdir.

Müharibədən sonra Qəzənfər Cəfərli ordu sıralarından tərxis olunaraq ÜİK(b)P Mərkəzi Komitəsi yanında partiya nəzarəti komissiyasının Azərbaycan SSR üzrə müvəkkil köməkçisi, sonra isə məsul nəzarətçi vəzifəsində işləmişdir. 1947-ci ilin mayında Azərbaycan KP MK aparatında təlimatçı, sonra isə partiya, həmkarlar ittifaqı və komsomol orqanları şöbəsinin bölmə müdiri vəzifələrinə təyin edilmişdir.

Qəzənfər Cəfərli 1949-cu ilin yanvarında Azərbaycan Kommunist Partiyası Dəstəfur Rayon Komitəsinin birinci katibi seçilmişdir. O, bir il yarımdan çox bu rayona rəhbərlik etmiş, 1950-ci ilin sentyabr ayında ÜİK(b)P MK yanında Ali Partiya Məktəbində[rus.] oxumağa getmişdir. 1953-cü ildə təhsilini bitirdikdən sonra Qəzənfər Cəfərli Azərbaycan KP MK-nın partiya, həmkarlar ittifaqı və komsomol orqanları şöbəsi müdirinin müavini, 1954-cü ilin iyununda isə həmin şöbənin müdiri təyin edilmişdir. O, 1957-ci ilin yanvar ayından Azərbaycan KP MK bürosunun üzvü olmuş, 1958-ci ilin iyul ayında Azərbaycan KP MK katibi seçilmişdir.

Qəzənfər Cəfərli 25 mart 1959-cu ildə Azərbaycan SSR Ali Sovetinin sədri seçilmişdir. O, bu vəzifədə həmin ilin 25 noyabrına qədər işləmişdir.

Təltifləri

  • "Aleksandr Nevski" ordeni — 29 aprel 1945
  • 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 27 iyun 1944
  • "Döyüş xidmətlərinə görə" medalı — 17 fevral 1944
  • "Leninqradın müdafiəsinə görə" medalı
  • "Praqanın azad edilməsinə görə" medalı
  • "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qəzənfər Cəfərli haqqında məlumat. Qəzənfər Cəfərli nədir? Qəzənfər Cəfərli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qubad İbadoğlu

  • Fevral 27, 2026

    Nitq hissələri

  • Fevral 27, 2026

    Uçan balıqlar

  • Fevral 23, 2026

    Boris Pasternak

  • Fevral 27, 2026

    Lourensium

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst