Azərbaycanca Vikipediya — Vikipediyanın Azərbaycan dilində olan bölməsi. 6 mart 2026 tarixi etibarilə — Azərbaycan dilində olan Vikipediyada 212.333 məqalə var.
| Azərbaycanca Vikipediya | |
|---|---|
| |
| URL | az.wikipedia.org |
| Layihənin mahiyyəti | qeyri-kommersiya təşkilatı |
| Saytın tipi | onlayn ensiklopediya |
| Qeydiyyat | məcburi deyil |
| Dil | Azərbaycan dili |
| Sahibi | Vikimedia Fondu |
| Yaradılma tarixi | yanvar 2002 |
| Məqalələrin sayı | 212.333 (55-ci yer) |
| Faylların sayı | 14.559 |
| Səhifələrin sayı | 659.896 |
| Redaktələrin sayı | 8.599.868 |
| İstifadəçilərin sayı | 335.158 |
| Aktiv istifadəçilərin sayı | 1.006 |
| İnzibatçıların sayı | 13 |
| Dərinlik | 57,9 |
25 mart 2014-cü ildə Azərbaycanca Vikipediyada məqalələrin sayı 100,000-i keçmiş və beləliklə bu layihə Vikipediyanın 10,000+ bölməsindən 100.000+ bölməsinə keçmişdir.
Azərbaycanca Vikipediya
2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya fəaliyyətə başlamışdır. Buna Azərbaycanın açıq onlayn ensiklopediyası kimi də baxmaq olar. Azərbaycan Vikipediyasındakı məqalələrin sayı dayanmadan artmaqdadır.
Məqalə sayı
- 2 iyun 2002 — Azərbaycan dilində Vikipediyanın bölməsi yaradılmışdır.
- 9 mart 2007–5,000 məqalə
- 22 iyul 2007–10,000 məqalə
- 6 dekabr 2009 — saat 16:00-da Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilmişdir.
- 29 iyul 2011–75,000 məqalə (5,819 məqalə ərəb əlifbasında).
- 17 sentyabr 2012–90,000 məqalə
- 10 mart 2014 — I Milli Vikipediya Forumu
- 25 mart 2014 — Azərbaycanca Vikipediyada məqalələrin sayı 100,000-i keçmiş və beləliklə bu layihə Vikipediyanın 10,000+ bölməsindən 100,000+ bölməsinə adlamışdır.
- 14 aprel 2015–95,873 məqalə (bütün ərəb əlifbasında məqalələr silinmişdir)
- 22 iyul 2015 — Azərbaycan dilində ərəb əlifbasında ayrı Vikipediya yaradılmışdır.
- 29 oktyabr 2015–100,000 məqalə
- 24 sentyabr 2019–150,000 məqalə
- 10 may 2024–200,000 məqalə
Vikipediyaçıların görüşləri
İlk görüş

Azərbaycanca vikipediyaçılar arasında ilk görüş 6 dekabr 2009-cu ildə Qafqaz Media Tədqiqatları Mərkəzinin İçərişəhərdə yerləşən ofisində baş tutmuşdur. Görüşdə Vikipediyamızın 4 fəal istifadəçisi və bir proqram mütəxəssisi iştirak etmişdir.
I Milli Vikipediya Forumu
Loqo
- Vikipediya loqoları
rəsmi loqo
Vikipediyanın 10 illiyi
50 000 məqalə
Ərəb əlifbasında 10 000 məqalə (qeyri-rəsmi)
100 000 məqalə
200 000 məqalə
Həmçinin bax
- Vikipediya:KİV Vikipediya haqqında
- Vikipediya:Bütün Vikipediyaların siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, azərbaycanca vikipediya sözünün mənası, azərbaycanca vikipediya haqqında məlumat. azərbaycanca vikipediya nədir? azərbaycanca vikipediya nə deməkdir?

