Sloveniya gerbi aşağısında və yanlarında ensiz qırmızı haşiyəsi olan qalxandır, onun göy sahəsində iki dəfə dalğalı oyulmuş gümüş fiqur, Triqlav dağının və Adriatik dənizinin simvolik təsviridir. Qalxanın başında üçbucaq şəklində düzülmüş üç qızılı altıguşəli ulduz var (Qraf fon Zillinin gerbindən qəbul edilmişdir).
| Sloveniya gerbi | |
|---|---|
| |
| Detallar | |
| Təsis edilib | 1991 |
Gerb Sloveniyanın bayrağında görünür. Gerbin müəllifi — Marko Poqaçnikdir.
Gerbin tarixi
Yuqoslaviyanın tərkibində olan Sloveniya Sosialist Respublikasının gerbində də Triqlav təsviri və dalğavari xətlər var idi. Müasir müstəqil Sloveniyanın gerbindən fərqli olaraq, o, qırmızı lentlə bağlanmış buğda sünbülləri və cökə yarpaqları ilə haşiyələnmişdi. Üstündə kommunizmin simvolu olan qırmızı ulduz var idi.
![]() | Sloveniya Sosialist Respublikasının gerbi |
Tarixi gerblər
İliriya krallığı (1816—1849)
Krayna (Karniola) gerbinin variantlarından biri
Karintiya
Avstriya Littoralı
Ştiriya
Karniola Hersoqluğunun kiçik gerbi
Karniola Hersoqluğunun böyük gerbi
İlliriya Sloveniyası
Sloveniya domobranstvo
Simvollar

Dizayner Marko Poqaçnik gerbi ölkəni qoruyan və onun daxili potensialını stimullaşdıran enerji sahəsi yaradan kosmoqram kimi təsvir etmişdir.
Poqaçnikin fikrincə, Triqlav kişiliyi simvollaşdırır. Onun altında Triglav göllərinin vadisini və Sloveniya dənizini və ümumiyyətlə çayları və ya qadın prinsipini təmsil edən iki ağ əyri xətt var. Triqlavın üstündə üçbucağı təşkil edən və demokratiyanı simvolizə edən üç qızılı altıguşəli ulduz mövcuddur. Ulduzlar Tselski qraflarının gerbindən götürülmüşdür.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sloveniya gerbi haqqında məlumat. Sloveniya gerbi nədir? Sloveniya gerbi nə deməkdir?

