Maksim Borisoviç Medvedev (rus. Максим Борисович Медведев; 29 sentyabr 1989, Bakı) — Azərbaycan futbolçusu, Azərbaycan Milli komandasının və "Qarabağ" futbol klubunun keçmiş müdafiəçisi.
| Maksim Medvedev | ||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||||||||||
| Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||
| Tam adı | Maksim Borisoviç Medvedev | |||||||||||||||||||||||||||||||||
| Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||
| Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ | |||||||||||||||||||||||||||||||||
| Vətəndaşlığı | | |||||||||||||||||||||||||||||||||
| Boyu | 180 sm | |||||||||||||||||||||||||||||||||
| Çəkisi | 71 kq | |||||||||||||||||||||||||||||||||
| Mövqeyi | müdafiəçi | |||||||||||||||||||||||||||||||||
| Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||
| Klub | | |||||||||||||||||||||||||||||||||
| Nömrəsi | 5 | |||||||||||||||||||||||||||||||||
| Karyerası | ||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||
Həyatı
Maksim Medvedev 1989-cu ildə Bakı şəhərində anadan olub. Milliyətcə rusdur. Kiçik yaşlarından futbol ilə məşğul olmağa başlayan Maksim 2004-cü ildən 2006-cı ilə kimi "Qarabağ"ın əvəzedici heyətində çıxış edib. Daha sonra Qarabağın əsas heyətinə düşərək möhkəmlənən Maksim tezliklə U-17 Azərbaycan millisinə, daha sonra U-21 millisinə çağrılıb. 2009-cu ildə Azərbaycan millisinin əsas heyətinə çağrılan Maksim ümumilikdə millinin heyətində 81 dəfə forma geyinib.
Futbolçu karyerası
Qarabağ
Maksim karyerasına Qarabağda başlayıb. O, Ağdam təmsilçisinin heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib. 2018–2019 mövsümündə Azərbaycan Premyer Liqasının XX turunun "Zirə" ilə evdə keçirilən matçı (0:0) Medvedevin "Qarabağ"ın heyətində, ümumilikdə, 395-ci oyunu olub. 2006/2007 mövsümündə debüt etdiyi komandada indiyədək 12 qol vuran təcrübəli oyunçu Müşfiq Hüseynovun rekordunu yeniləyib. Maksim Medvedev cari mövsümün gedişində "Qarabağ"ın heyətində Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçu ünvanına yiyələnib. O, 268 çempionat matçına çıxan Aslan Kərimovun rekordunu yeniləyib.
2 iyun 2024-cü ildə keçirilən Azərbaycan Kubokunun finalında (Qarabağ FK-Zirə FK) futbolçu karyerasını bitirdiyini açıqladı.
Məşqçi karyerası
Futbolçu karyerasını başa vuran Maksim Medvedev məşqçiliyə başlayıb. Medvedev 2024-cü ilin iyul ayında "Qarabağ"ın U-14 komandasına köməkçi məşqçi təyin edilib.
Uğurları
Klub
- Azərbaycan Kuboku
- Qalib (5): 2008–09, 2014–15, 2015–16, 2016–17, 2021–22
- Azərbaycan Premyer Liqası
- Qızıl (10): 2013–14, 2014–15, 2015–16, 2016–17, 2017–18, 2018–19, 2019–20, 2021–22, 2022–23, 2023–24
- Gümüş (2): 2012–13, 2020–21
- Bürünc (2): 2009–10, 2010–11
Şəxsi
- "Qarabağ" futbol klubu "İlin ən yaxşısı" mükafatı: 2008
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Maksim Medvedev haqqında məlumat. Maksim Medvedev nədir? Maksim Medvedev nə deməkdir?
