Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Karyerasının birinci uğurlarına Nərminə Səmədova 2014-cü ildə Qazaxıstanda "ZHULDYZ-CUP" və 2015-ci ildə Macarıstanda "Kupa Tavaszi" beynəlxalq turnirlərində üm

Nərminə Səmədova

  • Ana Səhifə
  • Vikipediya
  • Nərminə Səmədova

Nərminə Səmədova (10 iyun 2004, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast.

Nərminə Səmədova
Şəxsi məlumatlar
Tam adı Nərminə Səmədova
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 10 iyun 2004 (21 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan
İdman növü Bədii gimnastika

Karyerası

Karyerasının birinci uğurlarına Nərminə Səmədova 2014-cü ildə Qazaxıstanda "ZHULDYZ-CUP" və 2015-ci ildə Macarıstanda "Kupa Tavaszi" beynəlxalq turnirlərində ümumi olaraq beş medala sahib olmaqla imza atdı. Daha sonra Nərminə Səmədova 2016-cı ildə Azərbaycan Çempionatının gümüş medalına sahib oldu. Həmin il Nərminə Səmədova həm də Polşada "Baltic" Cup, Estoniyada isə "Miss Valentine" beynəlxalq turnirlərini gümüş medallarla başa vurdu.

2018-ci ildə Nərminə Səmədova İspaniyanın Qvadalaxara şəhərində gənclər arasında Avropa Çempionatında halqa ilə proqramı beşinci pillədə başa vurdu. Həmin il Polşada "Irina Cup" və Azərbaycanda "AGF Junior Trophy" beynəlxalq turnirində gümüş medallara sahib olan Nərminə Səmədova 2019-cu ildə Rusiyada baş tutan gənclər arasında Dünya Çempionatında lentlə proqramı beşinci pillədə başa vurdu. Nərminə Səmədova həm də həmin il bir sıra beynəlxalq turnirlərdə medallara sahib oldu.

Nərminə Səmədova Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil etdi. İyulun 8-də bədii gimnastlardan ibarət Azərbaycan yığmasının məşqçiləri tərəfindən 15 gün sonra baş tutacaq XXII Yay Olimpiya Oyunlarında mübarizə aparacaq heyəti açıqlandı və heyətə Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan və Zeynəb Hümmətova daxil edildi.

Olimpiadadan əvvəl Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup İsrailin Təl-Əviv şəhərində baş tutan FIG Qran-Pri turnirində mübarizə apardı. Komanda turnirində bürünc medala sahib olan Azərbaycan qrupu ümumi turnirdə, 5 topla turnirdə və 3 halqa / 2 gürz turnirində də bürünc medalların sahibi oldu.

COVID-19 pandemiyası səbəbilə təxirə salınan XXXII Yay Olimpiya Oyunları 22 iyul-8 avqustda Yaponiyada baş tutdu. Azərbaycan sonuncu dəfə bədii gimnastların qrup turnirində 12 il əvvəl təmsil olunmuşdu. Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup iyulun 7-də mübarizə apardı. Təsnifat mərhələsində qrup əvvəlcə 5 topla proqramı icra etdi. Nəticədə qrupun çıxışı referilər tərəfindən 36.700 balla qiymətləndirildi. Bu nəticəyə əsasən qrup beş topla turnirdən sonra 14 qrup sırasında 10-cu pillədə qərarlaşdı. Daha sonra gimnastlar 3 halqa / 2 gürz turnirində mübarizə apardı. Bu səfər qrupun çıxışı referilər tərəfindən 37.650 balla qiymətləndirildi. Nəticədə qrup onuncu pillədə qərarlaşdı. Ümumi nəticələrə əsasən isə Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup təsnifat mərhələsini 74.350 balla onuncu pillədə başa vurdu və olimpiadanın final mərhələsinə vəsiqə qazana bilmədi.

Olimpiadadan sonra Nərminə Səmədova idmanla vidalaşdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nərminə Səmədova haqqında məlumat. Nərminə Səmədova nədir? Nərminə Səmədova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Cəfakeş Eduard

  • Mart 01, 2026

    Qeris xalçası

  • Fevral 26, 2026

    Abılay xan

  • Fevral 27, 2026

    Siena Universiteti

  • Fevral 27, 2026

    Komnenos sülaləsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst