Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Erdeni-batır (Batır-xuntayci; II minillik – 1653) — Cunqar xanlığının ilk hakimi. Hakimiyyət illəri (1634–1653).

Erdeni-batır

  • Ana Səhifə
  • Vikipediya
  • Erdeni-batır

Erdeni-batır (Batır-xuntayci; II minillik – 1653) — Cunqar xanlığının ilk hakimi. Hakimiyyət illəri (1634–1653).

Erdeni-batır
kalm. Эрдень-Баатр
monq. Эрдэнэбаатар
Şəxsi məlumatlar
Doğum tarixi II minillik
Vəfat tarixi 1653(1653)
Fəaliyyəti monarx
Uşaqları
  • Qaldan-Boşoqtu,
  • Senqe
Dini Tibet buddizmi

Mündəricat

Həyatı

Erdeni-batır Oyrotların Çoros ulusundandır. Xara-xulanın dördüncü oğlu və vəliəhdidir. 1634-cü ildə atasının vəfatından sonra Çoros tayfa ittifaqına başçılıq etmişdi.

1640-cı ildə Erdeni-batırın təşəbbüsü ilə Tarbaqatayın ətəyində ümummonqol qurultayı baş tutmuşdu. Onun dövründə oyratlar Şərqi Yeddisuyu ələ keçirmişdilər.

Erdeni-Batır xuntaycı, Xoşutların lideri Oçirtu ilə yaxşı münasibətlər qurararaq Cunqar xanlığı içərisindəki birliyi möhkəmləndirmişdi. Bu doğrultuda Zaysan və Balxaş gölü çevrəsi, İli və Çü bölgəsi, Oçirtunun hakimiyətinə buraxıldı. Daha sonra xoşutların lideri Turu Bayxu (Quşi xan) ilə girişilən mübarizə nəticəsində Turu Bayxu, xoşutlarla birlikdə Cunqariyadan ayrılmış və Kukunor bölgəsinə köç etmişdir.

Erdeni-Batır xuntaycı dönəmində, Cunqar xanlığının qərb qonşusu olan qazaxlarla 1635, 1643 və 1651–1652-ci ildə savaşlar aparılmışdır. Cunqar ordusu bu savaşlar boyunca cənubi-şərqi Qazaxıstanı və Yeddisu vadisini yağmalamışdır.

Erdeni-Batır xuntaycı dönəmində, Cunqar xanlığının siyasi və idari təşkilatlanma çalışmaları davam etmişdir. Bilxassə Rusiya ilə yaxşı münasibətlər qurararaq, düşmənlərinə qarşı dövlətin güvənliyini yaratmağı amaclamışdır. Bununla bərabər bilxassə oturaq həyata keçmək və taxılçılıqla məşğul olmaq üçün Rus məmurlarından yardım istəmişdir. Bununla birlikdə onun dönəmində Cunqar xanlığı bölgəsindəki digər xalqlara qarşı tam bir üstünlük qazanamamışdır. Əksinə, onlarla aparılan mübarizələr və savaşlarla hər iki tərəfin davamlı böyük itkilər verəcəyi bir müddət də başlamışdır.

Erdeni-batır 1653-cü ildə vəfat edib.

Həmçinin bax

  • Cunqar xanlığı

Ədəbiyyat

  • Златкин И. Я., История Джунгарского ханства (1635–1758), М., 1964.
  • Митиров А. Г. "Ойраты-калмыки: века и поколения", Элиста, 1998 г.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Erdeni-batır haqqında məlumat. Erdeni-batır nədir? Erdeni-batır nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bat

  • Fevral 27, 2026

    Entelexiya

  • Mart 01, 2026

    Nadejda Mandelştam

  • Fevral 27, 2026

    Ağcakənd (Laçın)

  • Fevral 27, 2026

    Mais Məmmədov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst