Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dovşanlı (2024-cü ilədək Araçadzor) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Dovşanlı kənd inzibati ərazi dairəsində kənd.

Dovşanlı (Ağdərə)

  • Ana Səhifə
  • Vikipediya
  • Dovşanlı (Ağdərə)

Dovşanlı (2024-cü ilədək Araçadzor) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Dovşanlı kənd inzibati ərazi dairəsində kənd.

Dovşanlı
40°03′37″ şm. e. 46°36′40″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdərə rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 984 m
Saat qurşağı
  • UTC+04:00
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 26
Poçt indeksi AZ5900
Nəqliyyat kodu 32
Xəritəni göstər/gizlə
Dovşanlı xəritədə
Dovşanlı
Dovşanlı

Mündəricat

Toponimikası

Bəzi mənbələrdə Ayıdərəsi adı ilə də yad olunur. XIX əsrdə bu kənddə yerləşmış ermənilər (1830-cu ildə Zəngəzurun Oxçu kəndindən) onun adını dəyişib Aracadzor kimi rəsmiləşdirmışdilər. Tədqiqatçılar Aracadzor oykonimini ermənicə arc və dzor sözlərindən ibarət "ayı dərəsi" mənasını ifadə edən toponim kimi izah etmişlər. Əslində araça/araçı türk dillərində "qoruyucu, keşikçi", zor/zur "təpə, zirvə" deməkdir. Türk dillərində arça (ardıç) və ermənicə dzor dərə sözlərindən ibarətdir. Ermənistanda və Yuxarı Qarabağda bir sıra yaşayış məntəqə adlarındakı ermənicə dzor sözü erməni tədqiqatcısı Q. Kapansyana görə Urartu dilində tara dərə sözü ilə bağlıdır. Urartu dilində olan tara sözü qədim türkmənşəli dərə sözündəndir. Erməni dilində arca (ardıç) sözü yoxdur. Bu toponim türkmənşəlidir. İrəvan əyalətində orta əsrlərdə Arcazur, Arcanotsa və b. kənd adları ilə mənaca eynidir.

1917-ci ildə Dovşanlı altı qışlağı olan böyük kənd kimi qeydə alınmışdır. Güman etmək olar ki, bu coğrafi ad dovşanlı nəslinin adı ilə bağlı olub, etnotoponimdir. 1992-ci ildə kəndin keçmiş adı yenidən bərpa edildi. Dovşan komponentli coğrafi adlar umumtürk toponimiyasında, o cümlədən Qafqazda geniş yayılmışdır: Dovşan dağı (Qəbələ), Dovşan düzü (Şəki rayonunun Orta Zəyzit kəndi), Dovşan dərəsi (Qəbələ, Zəngilan, Laçın və Masallı), Dovşan yaylağı (Ağsu), Dovşan təpəsi (Abşeron, İmişli, Gədəbəy), Dovşanlu (Türkiyə), Dovşanlı (Ermənistan) və başqaları.

Tarixi

Dovşanlı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Araçadzor kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Aracadzor kəndi Dovşanlı kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır.

5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.

Tarixi abidələri

Dovşanlı kurqanları (e.ə. XI–IX əsrlərə aid 9 kurqan) kəndin yaxınlığında yerləşir.

Coğrafiyası və iqlimi

Kənd Xaçınçayın sahilində, Qarabağ silsiləsinin ətəyində yerləşir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dovşanlı (Ağdərə) haqqında məlumat. Dovşanlı (Ağdərə) nədir? Dovşanlı (Ağdərə) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Po (rayon)

  • Mart 01, 2026

    Phalacrocoracidae

  • Fevral 27, 2026

    Yekaterina Svinford

  • Fevral 27, 2026

    DreamWorks Animation

  • Fevral 27, 2026

    Afterburner

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst