Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Adi küknar (lat. Picea abies) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar

Adi küknar

  • Ana Səhifə
  • Vikipediya
  • Adi küknar

Adi küknar (lat. Picea abies) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü.

Adi küknar
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çılpaqtoxumlular
Şöbə:
İynəyarpaqlılar
Sinif:
İynəyarpaqlılar
Yarımsinif:
İynəyarpaqlılar
Dəstə:
İynəyarpaqlılar
Fəsilə:
Şamkimilər
Yarımfəsilə:
Küknarkimilər
Cins:
Küknar
Növ:
Adi küknar
Beynəlxalq elmi adı
  • Picea abies H.Karst., 1881
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  183289
NCBI  3329
EOL  1061648

Mündəricat

Botaniki xarakteristikası

Adi küknar Şimal yarımkürəsində geniş ərazini əhatə edir. Bu növə bəzən Avropa küknarı da deyilir. Hündürlüyü 50 m-ə, diametri 1,5 m-ə çatan konusvarı, yaxud enli piramidal çətirli qırmızımtıl-boz qabıqlı ağacdır. İynəyarpaqları parıltılı, tünd-yaşıl, dördbucaqlı və itiucludur, uzunluğu 10-25 mm, eni 2-3 mm-ə çatır və yarpaq yastığı üzərində oturaq vəziyyətdə budağa birləşir. Qozaları uzunsov silindrvarıdır, uzunluğu 15 sm, qalınlığı 4 sm olur. 500 ilə qədər yaşayır. Tumurcuqları sarımtıl-boz rəngdə olur, çılpaq və ya az tükcüklü, yumurtavarıdır. Adi küknarın qozaları may-iyun aylarının əvvəllərində yetişir, açıq-boz rəngli olur. Toxumları uzunsov (4 mm), qəhvəyi, parıltılı sarımtıl (qırmızıyaçalan), qanadcıqlıdır. Toxum pulcuqları odunlaşmış, tərs yumurtavarı, azca qabarıq, kənarları batıq və ya dişlidir. Toxumların qozalardan tökülməsi mart-aprel aylarında başlayır və payıza kimi davam edir. Adi küknar toxumla çoxalır, lakin vegetativ üsulla da çoxaltmaq olur. Küknarın kök sistemi yaxşı inkişaf edir. Mil kökü zəif olduğundan küləyə davamsızdır və güclü küləklərin təsirindən asanlıqla yerə sərilir. Adi küknar istisevən, kölgəyədavamlı, torpağın münbitliyinə tələbkardır, qumsal və gillicəli, qələviləşmiş torpaqlarda yaxşı inkişaf edir. Toza, qaza qarşı davamsızdır. Oduncağı yüngül, yumşaq, ağ və ya açıq-qırmızımtıldır. Ondan kağız-sellüloz sənayesində, mebel istehsalında, musiqi alətləri hazırlanmasında və s. sahələrdə geniş istifadə edilir. Qabığında aşı maddəsi, skipidar (17%), kabifol (75 %-ə kimi) vardır, toxumları yağlı (30 %), iynəyarpaqları "A" və "C" vitaminləri ilə zəngindir. Tək-tək və qrup halında yaşıllıqların, canlı çəpərlərin salınmasında istifadə olunması məsləhətdir. Adi küknar Abşeron, Gəncə, Zaqatala və Gədəbəydə park və küçələrin yaşıllaşdırılmasında istifadə edilir.

Sinonimləri

Homotipik sinonimləri

  • Abies abies (L.) Druce
  • Abies communis Lindl.
  • Abies picea Mill.
  • Pinus abies L.
  • Pinus abies subsp. vulgaris Voss
  • Pinus pyramidalis Salisb.

Yarımnövləri

  • Picea abies var. abies
  • Picea abies var. acuminata (Beck) Dallim. & A.B.Jacks.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Adi küknar haqqında məlumat. Adi küknar nədir? Adi küknar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Afrika xalqları

  • Fevral 27, 2026

    İsmayıl Osmanlı

  • Fevral 27, 2026

    PAL

  • Fevral 25, 2026

    Rusiya rublu

  • Mart 01, 2026

    Radiasiya soyuması

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst