Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağadadaş Qurbanov (8 mart 1911, Bakı – 22 iyun 1965, Salyan, Azərbaycan SSR) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ba

Ağadadaş Qurbanov

  • Ana Səhifə
  • Vikipediya
  • Ağadadaş Qurbanov

Ağadadaş Qurbanov (8 mart 1911, Bakı – 22 iyun 1965, Salyan, Azərbaycan SSR) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının banilərindən biri, həm faciə, həm dram, həm də komediya janrlı tamaşaların ifaçısı.

Ağadadaş Qurbanov
Ağadadaş Qurban oğlu Qurbanov
Doğum tarixi 8 mart 1911(1911-03-08)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 22 iyun 1965(1965-06-22) (54 yaşında)
Vəfat yeri
  • Salyan, Azərbaycan SSR
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı
  • Gülxar Həsənova
Uşaqları
  • Hamlet Qurbanov,
  • Firəngiz Qurbanova,
  • Gülşən Qurbanova
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1941–1965
Amplua Dram
Teatr Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
(1927–1952);
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (1952–1965)
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19541954 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1938

Mündəricat

Həyatı

Ağadadaş Qurbanov 1911-ci il mart ayının 8-i Bakıda anadan olmuşdur. 15 mart 1927-ci ildə Lətif Kərimlinin müəllifi olduğu "Fırtına" pyesi "Dənizçilər klubu"nda Ağadadaş Qurbanov və məktəblilər tərəfindən tamaşaya qoyulmuşdu. Bununla da Gənc Tamaşaçılar Teatrının (Bakıda Fəhlə Uşaqlar Teatrı) bünövrəsi qoyuldu. Aktyor həmin vaxtdan 1952-ci ilədək Gənc Tamaşaçılar Teatrında, 1952-ci ildən ömrünün sonunadək isə Azərbaycan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərmişdir.

Ağadadaş Qurbanov Gənc Tamaşaçılar Teatrında böyüklər üçün nəzərdə tutulan Cəfər Cabbarlının "Aydın" pyesində Aydın, Fridrix Şillerin "Qaçaqlar" pyesində Karl Moor, Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər" komediyasında Molla İbrahimxəlil, Nikolay Qoqolun "Müfəttiş" komediyasında Xlestakov, Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" komediyasında Hacı Qəmbər, Rabindranat Taqorun "Qaneşin yolu" hekayəsi əsasında "Əfilər" pyesində Qaneş obrazını canlandırmışdır.

Aktyor Azərbaycan Dövlət Milli Dram Teatrında Allan ("Ailə namusu", Hüseyn Muxtarov), Mirzə Səməndər, Əbu Übeyd, Ötgün ("Almaz", "Od gəlini" və "Dönüş", Cəfər Cabbarlı), Şeyx Mərvan və Şeyx Sənan, Səyavuş ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn Cavid), Kamillo ("Qış nağılı", Vilyam Şekspir), İbrahim xan və Vaqif ("Vaqif", Səməd Vurğun), Professor Mudrov ("Şirvan gözəli", Ənvər Məmmədxanlı), Şults ("Uzaq sahillərdə", İmran Qasımov və Həsən Seyidbəyli), İvanov ("Göz həkimi", İslam Səfərli), Dəmirçi Musa ("Toy", Sabit Rəhman), Yəhudi ("Mariya Tüdor", Viktor Hüqo) rollarını ifa etmişdir.

Ağadadaş Qurbanov bir sıra filmlərdə də rol almışdır. Belə ki, aktyor 1941-ci ildə Abbasqulu Ağa Bakıxanov rolu ilə "Səbuhi" filmində rol almışdır. Həmçinin "Zəncirlənmiş adam" filmində Alvardo, "Bir qalanın sirri" filmində Usta, "Qızmar günəş altında" filmində professor, "Koroğlu" filmində Həsən xan, "Telefonçu qız" filmində Zakirin atası, "Bizim küçə" filmində isə Bəhram rolunu ifa etmişdir.

Ailəsi

Ağadadaş Qurbanov Xalq artisti Gülxar Həsənova ilə ailəli olmuşdur. Aktyor Hamlet Qurbanovun və aktrisa Gülşən Qurbanovanın, kino rəssamı Firəngiz Qurbanovanın atasıdır.

Ölümü

"Arşın mal alan" filmində Soltan bəy roluna çəkilən aktyor kinolentinin tamamlandığı ərəfədə Salyanda qastrolda idi. Mehmanxananın eyvanına çıxanda qəfildən eyvan uçub və Ağadadaş Qurbanov 22 iyun 1965-ci ildə faciəli şəkildə həlak olub. Bakıda Fəxri xiyabanda dəfn olunub.

Mükafatları

Ağadadaş Qurbanov 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 27 fevral 1954-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür.

Filmoqrafiya

  1. Səbuhi (film, 1941)
  2. Şamdan bəy (film, 1956)
  3. Qızmar günəş altında (film, 1957)
  4. Bir qalanın sirri (film, 1959)
  5. Koroğlu (film, 1960)
  6. Bizim küçə (film, 1961)
  7. Telefonçu qız (film, 1962)
  8. Zəncirlənmiş adam (film, 1964)
  9. Arşın mal alan (film, 1965)
  10. Yun şal (film, 1965)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağadadaş Qurbanov haqqında məlumat. Ağadadaş Qurbanov nədir? Ağadadaş Qurbanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Boz vağ

  • Mart 01, 2026

    Məryanəc

  • Fevral 23, 2026

    13 may

  • Mart 01, 2026

    Sarissa

  • Fevral 27, 2026

    Osman bəy

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst