Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

CNN Türk — ABŞ-nin "CNN" şirkəti və Türkiyənin "Doğan" şirkəti ortaqlığı ilə 11 oktyabr 1999-cu ildə İstanbulda fəaliyyətə başlamış xəbər telekanalıdır. Telekan

CNN Türk

  • Ana Səhifə
  • Vikipediya
  • CNN Türk

CNN Türk — ABŞ-nin "CNN" şirkəti və Türkiyənin "Doğan" şirkəti ortaqlığı ilə 11 oktyabr 1999-cu ildə İstanbulda fəaliyyətə başlamış xəbər telekanalıdır. Telekanalın tanınmış simaları Əhməd Xaqan, Handə Fərat, Cüneyt Özdəmir, məşhur verilişləri isə "5N1K", "Bitərəf bölgə" və "Tamaşaçı qalmayın" layihələridir.

CNN Türk
Loqonun şəkli
Ölkə Türkiyə Türkiyə
Yayım ərazisi Türksat 4A peykinin əhatə dairəsi
Dil Türk dili
Baş qərargah Demirören Medya Center, 100-cü İl məhəlləsi, 2264-cü küçə №1, 34218, Bağçılar, İstanbul, Türkiyə
Yaranma tarixi 11 oktyabr 1999
Sahibi WarnerMedia (50%) (1999 — hal-hazırda)
Doğan Yayım Holdinq (50%) (1999 — 2018)
Demirören Holdinq (50%) (2018 — hal-hazırda)
Rəhbərlik Bora Bayraqdar (2018 — hal-hazırda)
Şüar İlk bilen siz olun.
Qardaş kanallar CNN Türk Radio
Kanal DHD
Euro D
Radio D
Teve2HD
Dream TV
Dream TürkHD
Cartoon Network
Boomerang
TAY TVHD
D-Smart-ın bəzi kanalları
Sayt cnnturk.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixçə

Türkiyənin ilk iqtisadiyyat xəbər kanalı "Eko TV"nin analoq yayımdakı tezliyində yayıma başlayan kanalda əvvəllər CNN-in ingilis dilindən tərcümə edilmiş verilişləri yayımlanırdı. 2005-2008-ci illərdə Formula 1 yarışları canlı yayımlanıb. 28 yanvar 2008-ci il tarixində analoq-rəqəmsal yayımdakı tezliyi "TNT" kanalına verilib. Daha sonra isə "TV5" kanalının tezliyində yayımlanmağa başlayıb. Kanalı kabel antenlər vasitəsilə izləmək yenidən mümkün olub. 2010-cu ildə digər "CNN" kanallarında olduğu kimi loqosu yenidən ekranın sağ alt küncünə yerləşdirilib. 28 mart 2013-cü il tarixində HD, 17 sentyabr 2012-ci il tarixində isə 16:9 təsvir formatlı yayıma keçmişdir. 5 iyun 2015-ci il tarixində isə Azərbaycanda yayımı qadağan olunsa da, 2018-ci ilin sentyabr ayında bu qadağa götürülüb.

2016-cı ildə baş vermiş dövlət çevrilişinə cəhd zamanı telekanalın aparıcısı və jurnalisti Handə Fərat Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla canlı bağlantı quraraq dövlət çevrilişinin qarşısının alınmasında rol oynamışdır.

2018-ci ildə kanalın ortaqlarından biri Aydın Doğan sahibi olduğu Doğan Media şirkətini və ona tabe olan bütün televiziya, radio kanallarını, qəzetlərini, xəbər portallarını Demirören Holdinqə satdı. O cümlədən, CNN Türk kanalı da bu satışın bir parçası oldu. Bəzi mütəxəssislərə görə, bu satışla Türkiyə mətbuatına böyük zərbə vuruldu. Çünki Doğan Media Türkiyə mediasında qərəzsiz xəbərçiliyin nümunələrindən biri sayılırdı. "Hürriyət" qəzetinin keçmiş əməkdaşı İzzət Çapanın iddiasına görə, Aydın Doğan satışdan sonra şirkətə daxil olan bütün media orqanlarının rəhbərlərinə zəng edərək "artıq tab gətirə bilmirəm, satış reallaşıb" deyib. Telekanalın satışından sonra bir çox əməkdaşı ilə müqaviləyə xitam verildi.

2020-ci ilin fevral ayının 6-da Türkiyənin əsas müxalifəti hesab edilən Respublika Xalq Partiyası telekanalı boykot etdiyini açıqlayıb. Boykota səbəb kimi telekanalın hakim Ədalət və İnkişaf Partiyasına yaxın şəxslərə daha çox efir vaxtı ayırması və telekanalın jurnalistlərinin müxalifət əleyhinə olan ifadələri göstərilib. Bundan sonra İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu fevralın 12-nə dəvət olunduğu "Bitərəf bölgə" verilişinə getməkdən imtina edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, CNN Türk haqqında məlumat. CNN Türk nədir? CNN Türk nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Mirzəcamallı

  • Fevral 25, 2026

    Arxaizm

  • Mart 01, 2026

    İvan Yakоvlеv

  • Mart 01, 2026

    UTC−09:00

  • Fevral 27, 2026

    Vedrə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst