Seçki hüququ — iki əsas mənası olan hüquqi anlayış:
- Obyektiv seçki hüququ — vətəndaşlara seçkilərdə iştirak etmək hüququnun verilməsi qaydasını və seçkili hakimiyyət orqanlarının formalaşdırılmasını tənzimləyən hüquq normalarından, qanunla təsdiq edilmiş qaydalardan və praktikada müəyyən edilmiş adətlərdən ibarət konstitusiya hüququnun alt sahəsi. Buna yanaşmada əsas baxış bucağı onun konstitusiya hüququnun bir alt qolu kimi başa düşülməsidir.
- Subyektiv seçki hüququ — dövlət vətəndaşlarının seçmək (aktiv seçki hüququ) və seçilmək hüququ (passiv seçki hüququ).
Hüquqi şəxslərin idarəetmə və nəzarət-təftiş orqanlarının formalaşdırılması qaydası seçki hüququ normaları ilə tənzimlənmir, korporativ hüququn normativ aktlarına daxil edilir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Seçki hüququ haqqında məlumat. Seçki hüququ nədir? Seçki hüququ nə deməkdir?