Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cəfər Rəmzi (tam adı: Cəfər Balaəmi oğlu İsmayılzadə; 9 aprel 1905, Mərdəkan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 11 sentyabr 1996, Bakı, Azərbay

Cəfər Rəmzi

  • Ana Səhifə
  • Vikipediya
  • Cəfər Rəmzi

Cəfər Rəmzi (tam adı: Cəfər Balaəmi oğlu İsmayılzadə; 9 aprel 1905, Mərdəkan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 11 sentyabr 1996, Bakı, Azərbaycan) — Azərbaycan şairi, ədəbiyyatşünas, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1968), Əmək veteranı (1977), Elm veteranı (1988).

Cəfər Rəmzi
Cəfər Balaəmi oğlu İsmayılzadə
Doğum adı Cəfər İsmayılzadə
Təxəllüsü Sufi
Doğum tarixi 9 aprel 1905
Doğum yeri Mərdəkan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 11 sentyabr 1996 (91 yaşında)
Vəfat yeri Mərdəkan, Bakı, Azərbaycan
Dəfn yeri
  • Mərdəkan
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti tərcüməçi, şair, ədəbiyyatşünas
Mükafatları "Əmək veteranı" medalı

Mündəricat

Həyatı

Cəfər Rəmzi 1905-ci il aprelin 9-da Bakının Mərdəkan kəndində, əkinçi ailəsinı doğulmuşdur. Burada dördsinifli məktəbdə ibtidai təhsil almış (1913–1917), sonra bir müddət əkinçiliklə məşğul olmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra Mərdəkan gənclər özəyinin kitabxanasında işləmişdir (1920–1922). Bakı Darülmüəllimində (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) təhsilini davam etdirmişdir (1922–1927). APİ-nin dil və ədəbiyyat fakültəsini bitirmişdir (1929–1932). Bundan sonra uzun illər Bakı, Quba və Qazax orta məktəblərində müəllimlik etmişdir. APİ-nin Tarix fakültəsində qiyabi təhsil almış (1941–1942), Azərbaycan EA Şərqşünaslıq İnstitunun İran filologiyası şöbəsində işləmişdir (1958–1990). 1968-ci ildə "Yəğma Cəndaqinin poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Bədii yaradıcılığa 15 yaşından başlamış, şeirlərini "Sufi" təxəllüsü ilə yazıb-yaratmışdır (1954-cü ildən). Bundan sonra öz şeir, elmi əsər və tərcümələrini "Cəfər Rəmzi" təxəllüsü ilə dövri mətbuatda çap etdirmişdir. "Deyilən söz yadigardır" üç cildlik kitabın toplayını və tərtibçisidir. Klassik Şərq ədəbiyyatından seçmə nümunələri fars və ərəb dilindən çevirib çapa vermişdir. XIX–XX əsrlər poeziyasında satira problemi ilə məşğul olmuşdur.

1996-cı il sentyabrın 11-də Bakıda vəfat etmişdir. Mərdəkan qəbiristanlığında dəfn olunmuşdur.

Əsərləri

  1. Şeirlər. Bakı: Azərnəşr, 1974, 92 səh.
  2. Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb, fars sözləri lüğəti. Bakı: Maarif, 1966, 220 səh.
  3. Yəğma Cəndaqinin poeziyası. Bakı: Elm, 1976.
  4. Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars sözləri lüğəti. Bakı: Maarif, 1981, 280 səh.
  5. Günləri sayıram. Bakı: Yazıçı, 1982, 88 səh.
  6. Ürəkdən gələn səslər. Bakı: Yazıçı, 1986, 128 səh.
  7. Deyilən söz yadigardır (üç cilddə). Bakı: Yazıçı, 1987, 350 səh.

Tərcümələri

(fars və ərəbcədən)

  1. Xarici yumor. Bakı: Azərnəşr, 1964, 108 səh.
  2. Behiştin narları. Bakı: Azərnəşr, 1968, 166səh.
  3. Gəlin birlikdə gülək. Bakı: Azərnəşr, 1970, 112 səh.
  4. Dünya xalqlarının yumoru. Bakı: Azərnəşr, 1976, 128 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cəfər Rəmzi haqqında məlumat. Cəfər Rəmzi nədir? Cəfər Rəmzi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Arauka (departament)

  • Fevral 27, 2026

    Litl-Rok (Arkanzas)

  • Mart 01, 2026

    Biblioqrafiya

  • Fevral 27, 2026

    İnduksiya

  • Mart 01, 2026

    Donald

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst