Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rəhim Cəlil oğlu Cəmilov (1941, Zaqatala) — Azərbaycan dövlət xadimi, Azərbaycanın taxıl məhsulları naziri (1986–1991).

Rəhim Cəmilov

  • Ana Səhifə
  • Vikipediya
  • Rəhim Cəmilov

Rəhim Cəlil oğlu Cəmilov (1941, Zaqatala) — Azərbaycan dövlət xadimi, Azərbaycanın taxıl məhsulları naziri (1986–1991).

Rəhim Cəmilov
Cəmilov Rəhim Cəlil oğlu
Azərbaycan Respublikasının taxıl məhsulları naziri
5 fevral 1991 – 28 dekabr 1991
Əvvəlkivəzifənin adı dəyişdirilib
SonrakıZakir Abdullayev
Azərbaycan SSR taxıl məhsulları naziri
23 yanvar 1986 – 5 fevral 1991
Əvvəlkiİnqilab Şəmiyev
(tədarük naziri kimi)
Sonrakıvəzifənin adı dəyişdirilib
Azərbaycan SSR Ali Sovetinin X, XI çağırış deputatı
1980 – 1990
Şəxsi məlumatlar
Doğum tarixi 1941(1941) (84–85 yaş)
Doğum yeri
  • Zaqatala, Zaqatala rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (1960–1965)

Təltifləri "Şərəf nişanı" ordeni

Həyatı

Cəmilov Rəhim Cəlil oğlu 1941-ci ildə Azərbaycan SSR Zaqatala şəhərində anadan olmuşdur. 1960-cı ildə Zaqatala şəhər 1 nömrəli tam orta məktəbi bitirmişdir. 1960–1965-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda mühəndis ixtisasi üzrə ali təhsil almışdır.

1965–1967-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1967–1972-ci illərdə aspirant olmuş və namizədlik dissertasiyasını müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. 1972-ci ildə böyük elmi işçi vəzifəsinə irəli çəkilmişdir. 1974–1978-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Dövlət Plan Komitəsinin Kənd təssərüfatı idarəetmə şöbəsinin rəis müavini, 1978–1980-ci illərdə Təbiətin mühafizəsi şöbəsinin rəisi olmuşdur. 1980–1983-cü illərdə Kommunist Partiyası Mərkəzi Komitəsinin Kənd təsərrüfatı şöbəsinin müdir müavini və müdiri, 1983–1986-cı illərdə Yeyinti sənayesi şöbəsinin müdiri işləmişdir.

1980 və 1985-ci illərdə Zəngilan seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. 1986-cı ildə Azərbaycan Kommunist Partiyasının XXXI qurultayında Nəzarət Təftiş Komissiyasına üzv seçilmişdir.

1986–1991-ci illərdə Azərbaycan SSR Taxıl məhsulları naziri olmuşdur. 1991–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Aqrar sənaye kompleksləri sahələri şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

SSRİ Ali Sovetinin qərarına əsasən Xalq təsərrüfatının inkişafında nail olduğu uğurlara görə "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. Respublikanın aqrar-sənaye kompleksində uzun illər səmərəli işlədiyinə görə Azərbaycan Respublikasının fəxri fərmanı ilə təltif edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rəhim Cəmilov haqqında məlumat. Rəhim Cəmilov nədir? Rəhim Cəmilov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Separatizm

  • Mart 01, 2026

    Kretey

  • Fevral 27, 2026

    Ray

  • Fevral 27, 2026

    II Vaxtanq

  • Fevral 28, 2026

    Biogenetik qanun

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst