Gərgər, Rus Gərgəri, Puşkino — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
| Kənd | |
| Gərgər | |
|---|---|
| |
| 40°57′30″ şm. e. 44°24′32″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Loru mahalı |
| Rayon | Cəlaloğlu rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.450 m |
| Saat qurşağı | UTC+4 |
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Gərgər | |
Tarixi
Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Kəndin adı erməni mənbələrində Rus Gərgəri (Gərgər rus) formasında qeyd edilir. XIX əsrin əvvəllərində ruslar bura köçürüləndən sonra toponimə rus sözü (etnonim) əlavə edilərək rəsmi sənədlərdə Rus Gərgəri kimi öz əksini tapmışdır.
Toponim
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 14.11.1937-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək rus şairi A. S. Puşkinin şərəfinə Puşkino qoyulmuşdur. 1937-ci ildə Puşkino adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Bezabdal dağından axan çay da Gərgərçay adlanır. Əsli: Qarqar. Azərbaycan xalqının etnik tarixində mühüm rol oynamış qarqar tayfasının adını əks etdirir. Orta əsr mənbələrində bu toponimlərin hamısı "Qarqar" formasında əksini tapmışdır.
Əhalisi
Kənddə ruslarla yanaşı 1897-ci ildə 6 nəfər, 1926-cı ildə 7 nəfər, 1931-ci ildə 16 nəfər azərbaycanlı yaşamışdır. 1940-cı illərdə azərbaycanlılar kənddən köçürülmüşdür. 1988-ci ildən sonra kənddə yaşayan ruslar da ermənilərin təzyiqi nəticəsində sıxışdırılıb çıxarılmışdır. İndi kənddə əsasən ermənilər yaşayır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gərgər (Loru) haqqında məlumat. Gərgər (Loru) nədir? Gərgər (Loru) nə deməkdir?

