Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Konstantin Qamsaxurdiya (gürc.კონსტანტინე გამსახურდია; 3 (15) may 1891 – 17 iyul 1975, Tbilisi) — gürcü yazıçısı, fəlsəfə doktoru, Gürcüstan Milli Elmlər Akadem

Konstantin Qamsaxurdiya

  • Ana Səhifə
  • Vikipediya
  • Konstantin Qamsaxurdiya

Konstantin Qamsaxurdiya (gürc.კონსტანტინე გამსახურდია; 3 (15) may 1891 – 17 iyul 1975, Tbilisi) — gürcü yazıçısı, fəlsəfə doktoru, Gürcüstan Milli Elmlər Akademiyasının akademiki(1944), Şota Rustaveli Adına Dövlət Mükafatının laureatı(1965).

Konstantin Qamsaxurdiya
კონსტანტინე გამსახურდია
Doğum tarixi 3 (15) may 1891(1891-05-15)
Vəfat tarixi 17 iyul 1975(1975-07-17) (84 yaşında)
Vəfat yeri
  • Tbilisi, Gürcüstan SSR, SSRİ
Dəfn yeri
  • Didube panteonu
Vətəndaşlığı Gürcüstan Demokratik Respublikası, Rusiya imperiyası
Milliyyəti Gürcü
Uşağı Zviad Qamsaxurdiya
Atası Simon Qamsaxurdiya
Anası Elizabet Topuridze
Təhsili
  • Humboldt adına Berlin Universiteti
Fəaliyyəti şair, diplomat, yazıçı, tərcüməçi
Əsərlərinin dili Ekspressionizm, Ədəbi modernizm
Janrlar Roman, Tarixi roman
Mükafatları Rustaveli Adına Dövlət Mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Konstantin Qamsaxurdiya 1893-cü ildə Köhnə Abaşa kəndində Simon Qamsaxurdiya və Elizabet Topuradzenin ailəsində doğuldu.Konstantine Simonun axırıncı, 9-cu oğlu idi. Əlifbanı kəndin klisə məktəbində öyrəndi. Sonra atası oğulları Konstantin və Venonu Senakinin kilsə məktəbinə qoydu. Konstantin 1904-cü ildə məktəbi bitirdi. Bundan sonra atası Konstantineyi qardaşı ilə birlikdə Ktuaisi Zadəgan Gimnazyasına yerləşdirdi, gimnaziyada oxuduğu illərdə o kəndi Abaşişiyə yalnız tətilllərdə gedirdi. Qamsaxurdiyanın Abaşadakı evi Konstantine 1911-ci ildə Ktuaisi Zadəgan gimnaziyasını bitirdi. O Peterburq,Köniqsberq, Leypsiq, Münhen, Berlin universitetlərində təhsil aldı. 1913-cü ilin yazında ölkəsinə müvəqqəti olaraq qayıtdı. Bu dəfə o, Kita Abaşidze tərəfindən qara daş sənayesi təqaüdünə təyin edildi və 1913-cü ilin oktyabrından 1914-cü ilin mart ayına qədər Moskva Universitetinin tarix və filologiya fakültəsində təhsil aldı. 1914-cü il yay fəslində təhsilini davam etdirmək üçün Almaniyaya yollandı. Almaniyada keçən vaxtı ərzində yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa başladı.

Qamsaxurdiyanın Abaşadaki evi

Almaniyada, Münhen Universitetində, oxuduğu illərdə şəxsi olaraq Tomas Mannla tanış oldu və dostlaşdı. 1914-cü il birinci dünya müharibəsinin başlanması səbəbi ilə həbs olundu və yığışıdrma düşərgəsinə yerləşdirildi. O haradasa bir il müddətində düşərgədə həbsdə qaldı sonra isə Tomas Mannın köməyi ilə azad olundu və Almaniyada təhsilinə yenidən davam etmə hüququ verildi. 1916-cı ildə Konstantin Berlin Universitetində yarımçıq qalmış təhsilinə davam etdi hansı ki, bitirməyə bir neçə ayı qalmışdı. Həmin ilin axırlarında Konstantine ölkəsinə qayıtdı, ədəbiyyat və siyasət fəaliyyətinə məşğul olmağa cəlb olundu. O "ictimayi işlər" (gür.სახალხო საქმე) qəzetinin redaksiyasında, 1918-ci ildə buraxılan "Prometey" jurnalında işləməyə başladı hansı ki, jurnal gürcü yazıçılar və alimlərinin nümayəndələri tərəfindən əhatə olunmuşdu.

1918-ci ilin sentyabr ayında yenidən Almaniyaya qayıtdı və Gürcüstan Almaniya arası əlaqələrdə elçi vəzifəsində işləməyə başladı. 1919-cu ildə Berlin Universitetini bitirdi və elmi işinə görə fəlsəfə doktorluğu dərəcəsini aldı.

Gürcüstanın Sovet Rusiyası tərəfindən işğalına qarşı etira olaraq qara çuxa geyinənlər: Konstantin Qamsaxurdiya, Vaxtanq Kotetişvili, şair Aleksandr Abaşeli və Pavle İnqorokva

1920-ci ildə yazıçı Gürcüstana qayıtdı ədəbiyyat və eləcə də sosyal-siyasi sahələr üzrə fəaliyyət göstərməyə başladı.1922-ci ildə Q.Tabidze və Leo Kiaçeli ilə birlikdə "lomisi",1922-1923-cü illərdə jurnal "iliouni",1923-cü ildə "Sakartvelos samerkelo" və "Kartuli sitxva" jurnalını nəşr etdi. 1923-cü ildə bir neçə aylıq Konstantine Paris Universitetinə lekisyalara qulaq asmaq üçün yollandı. Tez bir zamanda ölkəyə geri döndü və Tbilis Dövlət Universitetində işləməyə və eyni zamanda da davamlı redaktə və nəşriyyat fəaliyyətini dəvam etdirdi. Lakin hakimiyyət onu universitetdən kənarlaşdırdı, "Ilioni" və "Gürcüstanın Katedrali" nəşrlərini bağladı. Bunun ardından 1924-cü ildə həbs olundu, amma tezliklə sərbəst buraxıldı.

1926-cı ildə yazıçı üçüncü dəfə "casusluq" ittihamları həbs olunub ,konsentrasiya düşərgəsində 10 il həbs cəzasına məhkum edildi. 1927-ci ilin dekabrında rebressiyalı yazıçı xəstəliyə görə həbsdən azad edilmiş və ölkəsinə qayıtmağa icazə verilmişdir. 1931-ci ildə yazıçılar federasiyası, Konstantin Qamsaxurdiyanı, yekdilliklə təşkilatdan çıxartdı.

1944-cü ildə Gürcüstan Elmlər Akademiyasına üzv seçildi. 1965-ci ildə qələmə aldığı "David Ağmaşenebeli" romanına görə Şota Rustaveli Dövlət mükafatına layiq görülmüşdür. O, 1975-ci ildə vəfat etmiş və öz evinin həyətinə dəfn olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Konstantin Qamsaxurdiya haqqında məlumat. Konstantin Qamsaxurdiya nədir? Konstantin Qamsaxurdiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vurğu

  • Fevral 27, 2026

    Ənvər Çingizoğlu

  • Mart 01, 2026

    1984 (roman)

  • Mart 01, 2026

    Baba Pünhan

  • Mart 02, 2026

    Karst landşaft

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst