Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Təcəddüd" (az.-əski. تجدد‎, hərfi mənası: "Yeniləşmə") — Cənubi Azərbaycanda Azərbaycan və fars dillərində dərc olunmuş ən mühüm qəzetlərdən biri.

Təcəddüd

  • Ana Səhifə
  • Vikipediya
  • Təcəddüd

"Təcəddüd" (az.-əski. تجدد‎, hərfi mənası: "Yeniləşmə") — Cənubi Azərbaycanda Azərbaycan və fars dillərində dərc olunmuş ən mühüm qəzetlərdən biri.

Təcəddüd
az.-əski. تجدد‎
Təsisçi Şeyx Məhəmməd Xiyabani
Yaranma tarixi 9 aprel 1917
Dil Azərbaycan və fars dilləri
Ünvan Təbriz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Qəzet 1917-ci ildə Əbülqasim Füyuzat və Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə nəşrə başlamışdır. Həmin il aprelin 9-da "Təcəddüd" qəzetinin ilk sayı nəşr edilmişdir. Qısa fasilələrlə 1921-ci ilə qədər çap olunmuşdur.

Fəaliyyəti

İranda yeni şeirin təməli "Təcəddüd" qəzetinin ətrafına toplaşan Tağı Rüfət, Cəfər Xamneyi, Şəms Kəsmai kimi Cənubi Azərbaycan şairləri tərəfindən qoyulmuşdur. Bununla da ədəbiyyatın həm forma, həm də məzmununda "təcəddüd" – "yeniləşmə" yaranmış, sərbəst şerin əsası qoyulmuşdur ki, bu da "Təcəddüd" ədəbiyyatı adlanır.

"Təcəddüd" tək Cənubi Azərbaycanda deyil, hətta bütün Qacar İranında ictimai və ədəbi fikirdə yenilik yaratmışdır.

Qəzetin təsisçisi Şeyx Məhəmməd Xiyabani

Şeyx Məhəmməd Xiyabani redaktoru olduğu "Təcəddüd" qəzetindəki yazılarında Azərbaycan xalqının hüquqlarını göstərir, onun istiqlaliyyət məsələsinə toxunurdu. 1917-ci il aprelin 30-da Xiyabaninin bu qəzetdə "Həqiqət nur saçacaqdır" başlığı ilə ilk məqaləsi çıxmışdır. Orada o, deyirdi:

"Artıq məşrutə qanunlarını icra etmək vaxtı gəlib çatmışdır. Həqiqəti açıq demək lazımdı".

Ş.M.Xiyabani 2-ci məqaləsində də belə deyilirdi:

"Dünyada ən mürtəce və totalitar dövlət olan Çar Rusiyası artıq dağılmışdır. İndi İran xalqları qanı hesabına alınmış məşrutə qanununu qoruyub icra etməlidir".

1920-ci ildə Şeyx Məhəmməd Xiyabani qəzetin 24-cü sayındakı "Azərbaycan" başlıqlı məqaləsində Azərbaycan xalqının tarixi qəhrəmanlıqlarını xatırladaraq oxucularında vətənsevərlik duyğularını oyatmaqla onları istiqlal mücadiləsinə səsləyirdi:

"Ey Azərbaycan, ey demokratik Azərbaycan, başını qaldır!.. Zülm, işgəncə, əzab, müsibət, dar ağacları, zəncir və zindanlar möhkəm olsa da, sənin istiqamət və mətanətinin qarşısında bir-bir əzilib məhv oldu...

...Ey əziz Azərbaycan, sən bir iti gözsən ki, İran səninlə Qərb mədəniyyətinə baxır. Sən bir həssas və mütəəssir olan ürəksən ki, bu vətən dünya işığını səninlə hiss edir..."

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Təcəddüd haqqında məlumat. Təcəddüd nədir? Təcəddüd nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Axısqa

  • Fevral 27, 2026

    Cəmilli (Xocalı)

  • Fevral 27, 2026

    Təbabət

  • Fevral 28, 2026

    Terebint püstəsi

  • Fevral 28, 2026

    Romantik film

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst