Aleksey Kaşşuk (ukr. Олексій Миколайович Кащук, 29 iyun 2000, Novoqrad-Volınsk[d], Jitomir vilayəti) — Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" klubunda yarımmüdafiəçi mövqeyində oynayan ukraynalı peşəkar futbolçu.
| Aleksey Kaşşuk | ||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ukr. Олексій Миколайович Кащук | ||||||||||||||||||||||||||||||||||||||||||||||
| Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum tarixi | 29 iyun 2000 (25 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum yeri |
| |||||||||||||||||||||||||||||||||||||||||||||
| Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||||||||
| Boyu | 182 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||
| Çəkisi | 67 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||
| Mövqeyi | yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||||||||
| Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||
| Klub | Qarabağ | |||||||||||||||||||||||||||||||||||||||||||||
| Nömrəsi | 21 | |||||||||||||||||||||||||||||||||||||||||||||
| Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası
Gənclik karyerası
Jitomir vilayətinin Novoqrad-Volınski şəhərində anadan olan Kaşşuk "Şaxtyor" klubunun gənclər idman məktəbinin yetirməsidir. O, klubun tərkibində U-14 (2013) və U-15 (2014) yaş kateqoriyalarında Ukrayna Gənclər Futbol Liqasının çempionu olub. 2014/15 mövsümündə 21 matçda 23 qol vuraraq U-16 komandasının bombardiri olub. Kaşşuk 14 may 2016-cı ildə "Şaxtyor"un U-21 komandasında debüt edib. O, 2017/18 mövsümünə gənclərdən ibarət komanda tərkibində başlayıb, "Vorskla" ilə görüşdə (3:1) qol vurub və həmin mövsümün sonunda Ukrayna Gənclərarası çempionatının qızıl medalını qazanıb.
Klub karyerası
Kaşşuk 2018-ci ildə "Şaxtyor"un ikinci komandasına, 2019-cu ildə isə əsas komandasına keçib, lakin əsas heyətdə debüt edə bilmədən dərhal "Mariupol" klubuna icarəyə veriib. O, Ukrayna Premyer Liqasında bu klub ilə, 3 avqust 2019-cu ildə "FC Oleksandriya" ilə oyunun ikinci hissəsində əvəzedici kimi debüt edib.
29 mart 2022-ci ildə Azərbaycan Premyer Liqasında mübarizə aparan "Sabah" klubu Kaşşuku mövsümün sonuna qədər icarəyə götürüb.
Kaşşuk 2024-cü ilin 3 sentyabrında "Şaxtyor" klubu ilə müqaviləsi başa çatdıqdan və azad agentə çevrildikdən dərhal sonra Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" klubu ilə 3 illik müqavilə imzalayıb.
Beynəlxalq karyera
Kaşşuk Ukrayna milli futbol komandasının tərkibində 2019 FİFA U-20 Dünya Kubokunun qalibi olub. O, komandasının oynadığı 7 oyunun hamısında iştirak edərək Ukraynanın uğurunda əhəmiyyətli rol oynayıb.
6 mart 2024-cü ildə Ruslan Rotan tərəfindən Ukrayna Olimpiya Futbol Komandasının 2024 Yay Olimpiya Oyunlarına hazırlıq üçün yaradılmış ilkin heyətinə çağırılmışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aleksey Kaşşuk haqqında məlumat. Aleksey Kaşşuk nədir? Aleksey Kaşşuk nə deməkdir?