Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lesya İvanovna Nikityuk (ukr. Леся Іванівна Нікітюк; 19 oktyabr 1987, Xmelnitskiy) — Ukrayna teleaparıcısı. Daha çox "Oryol i Reşka" (rus. Орёл и решка) veriliş

Lesya Nikityuk

  • Ana Səhifə
  • Vikipediya
  • Lesya Nikityuk

Lesya İvanovna Nikityuk (ukr. Леся Іванівна Нікітюк; 19 oktyabr 1987, Xmelnitskiy) — Ukrayna teleaparıcısı. Daha çox "Oryol i Reşka" (rus. Орёл и решка) verilişinin aparıcısı kimi tanınır.

Lesya Nikityuk
ukr. Леся Нікітюк
Doğum tarixi 19 oktyabr 1987(1987-10-19) (38 yaş)
Doğum yeri
  • Xmelnitskiy, Xmelnitski vilayəti, Ukrayna SSR, SSRİ
Vətəndaşlığı Ukrayna Ukrayna
Atası İvan İvanoviç Nikityuk
Anası Yekaterina Petrovna Nikityuk
Fəaliyyəti jurnalist, televiziya aparıcısı, aktrisa, aparıcı, KVN aktyoru[d]
Fəaliyyət illəri 2009-cu ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Lesya Nikityuk 19 oktyabr 1987-ci ildə Xmelnitski şəhərində anadan olmuşdur. Anası Yekaterina Petrovna Nikityuk və atası İvan İvanoviç Nikityuk "Ukrelektroapparat" Açıq Səhmdar Cəmiyyətinin işçiləri olub. Məktəbi bitirdikdən sonra Lesya Xmelnitski humanitar-pedaqoji akademiyasında ali təhsil alıb. Təhsil aldığı illərdə gənc qız "Tornado Lüks" KVN komandasının iştirakçısı olmuşdur. "Qalya, mən marşrutdayam" səhnəciyi YouTube portalında 4 milyondan artıq baxış toplamışdır.

2009-cu ildə Lesya yaxın rəfiqəsi Olqa Panasenko ilə birlikdə "Biqudi şou"da çıxış etməyə başlayıb. 2011-ci ildə Lesya və Olqa "Рассмеши комика" şousuna qatılıb və 10.000 qrivna qazanıblar. 2012-ci ildə onlar yenidən həmin şouda iştirak edib və bu dəfə 50.000, ardınca isə 20.000 qrivni əldə ediblər.

2012-ci ildə Lesya "Oryol i Reşka" (rus. Орёл и решка) səyahət verilişinin aparıcısı oldu. 2013-cü ildə K1 kanalında onun müəllif proqramı olan "Леся-ЗдЄся" yayımlanmağa başlayıb.

8 fevral 2015-ci ildə "Oryol i reşka"nın 10-cu yubiley mövsümünün nümayişi başlanmışdır. Orada Lesya Nikityuk da digər həmkarları ilə birlikdə iştirak edib.

2015-ci ildə Lesya Nikityuk, Andrey Bednyakov, Regina Todorenko və Janna Badoyeva Svetlana Lobodanın "Пора домой" (azərb. "Evə getmək vaxtıdır"‎) klipində çəkiliblər. Aparıcı, eləcə də, əyləncəli proqram aparıcısı kimi milli televiziya mükafatı "Teletriumf"a namizəd olub.

10 dekabr 2015-ci ildə Lesya Nikityuk "Oryol i reşka" proqramı ilə dünya səyahətinə çıxmışdır. Lakin 24-cü buraxılışdan sonra "Dünya səyahəti"ni yeni şou naminə tərk etmişdir. Интер Ukrayna telekanalındakı həmin şou "Вокруг М" adlanırdı, Пятница rus telekanalında isə "Леся здеся" adı almışdı. Bu dəfə veriliş şou-biznesə yox, bütün dünyadakı kişilərə həsr olunmuşdu. Şounun premyerası 10 sentyabr 2016-cı ildə oldu.

2016-cı ilin dekabrında "XXL" kişi jurnalının açıq fotosessiyasında iştirak etmişdir.

2016-cı ilin sonunda Lesya Regina Todorenko ilə birlikdə "Oryol i reşka"nın "Dünyanın ən cənnət və cəhənnəm yerləri" adlanan 13-cü mövsümünün çəkilişinə yollanıb. Mövsümün premyerası 2017-ci ilin fevralında baş tutub.

Televiziya fəaliyyəti

  • Рассмеши комика — iştirakçı
  • Орёл и решка — aparıcı (4–5, 10–13-cü mövsümlər)
  • Леся-ЗдЄся ("К1" telekanalı) — aparıcı
  • Вокруг М ("Интер" telekanalı) / Леся здеся ("Пятница!" telekanalı) — aparıcı

Mükafat və nominasiyalar

İl Mükafat Nominasiya Nəticə
2015 Teletriumf Əyləncəli proqram aparıcısı Namizəd
2016 TEFİ "Həyat tərzi" (rus. "Образ жизни") əyləncəli proqramı Qazandı
2016 Teletriumf Məlumat xarakterli əyləncəli proqram ("Орел и решка. Кругосветка") Qazandı
2017 2017-ci ilin ən uğurlu qadını İlin teleaparıcısı Qazandı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lesya Nikityuk haqqında məlumat. Lesya Nikityuk nədir? Lesya Nikityuk nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şeyx Mənsur

  • Fevral 27, 2026

    Depressiya (coğrafiya)

  • Fevral 24, 2026

    Apuliya hersoqluğu

  • Fevral 26, 2026

    Əbdülmüttəlib

  • Fevral 23, 2026

    Çəhrayı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst