Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Macarıstan Böyük Knyazlığı və ya Macarıstan Hersoqluğu (mac. Magyar Fejedelemség, mac. Magyar Nagyfejedelemség) — Karpat hövzəsində formalaşmış və sənədlərlə tə

Macarıstan knyazlığı

  • Ana Səhifə
  • Vikipediya
  • Macarıstan knyazlığı

Macarıstan Böyük Knyazlığı və ya Macarıstan Hersoqluğu (mac. Magyar Fejedelemség, mac. Magyar Nagyfejedelemség) — Karpat hövzəsində formalaşmış və sənədlərlə təsdiqlənmiş ən erkən macar dövləti. Dövlət 895 və ya 896-cı ildə, IX əsrdə macarların Karpat hövzəsinə yürüşündən sonra qurulmuşdur. Macarlar yarımköçəri xalq idi və onlar Etelkozdən (Karpatların şərqindəki əvvəlki knyazlıqları) gəlmişdilər. Bu tayfa birliyi Arpad tərəfindən idarə olunurdu və Arpad sülaləsinin əsasını qoymuşdu.

Knyazlıq
Macarıstan knyazlığı
mac. Magyar Nagyfejedelemség
Bayraq Gerb
Bayraq Gerb
895 — 1000
Paytaxt Esterqom və Sekeşfexervar (Takşon və Qeza hakimiyyəti dövründən)
Dil Macar dili
Din Macar bütpərəstliyi
Macar şamanizmi
Tenqrianizm
Slavyan bütpərəstliyi
Macar xristianlığı

Bu dövrdə Macarıstan Böyük Knyazının hakimiyyətinin zəiflədiyi müşahidə olunurdu. Baxmayaraq ki, macar ordusu Avropada uğurlu yürüşlər edirdi, macar sərkərdələrinin idarə etdiyi tayfa bölgələri (məsələn, III Dyulanın Transilvaniyadakı əraziləri) yarı-müstəqil siyasi qurumlara çevrilirdi. Bu bölgələr yalnız Müqəddəs İştvanın hakimiyyəti dövründə yenidən birləşdirilmişdir.

Macarların yarımköçəri həyat tərzi tədricən məskunlaşmış həyata keçmiş və qəbilə cəmiyyəti dövlət cəmiyyətinə çevrilmişdir. X əsrin ikinci yarısından başlayaraq xristianlıq yayılmağa başlamışdır. Nəhayət, Macarıstan Böyük Knyazlığı Müqəddəs İştvanın 1000-ci ilin Milad günündə (bəzi mənbələrə görə 1 yanvar 1001-ci ildə) Esterqomda taclandırılması ilə xristian Macarıstan Krallığına çevrilmişdir.

Macar tarixşünaslığında 896–1000-ci illər aralığı "knyazlıq dövrü" adlanır.

Mündəricat

Adı və etnik mənşəyi

Macar tayfa ittifaqının etnonimi (adı) qeyri-müəyyəndir. Bəzi mənbələrə görə, bu ittifaq "Hetumoger / Yeddi Macar" (lat. VII principales persone qui Hetumoger dicuntur, yəni "yeddi knyaz şəxs, kimlər ki Yeddi Macar adlanır") adlanırdı. Bununla belə, "Macar" sözünün mənşəyi ilə bağlı fərqli fikirlər var. Bir nəzəriyyəyə görə, bu ad macar tayfalarının ən güclüsü olan Megyer tayfasının adından yaranıb. "Megyer" sözü zamanla "Macar" şəklini alaraq bütövlükdə macar xalqını ifadə etməyə başladı.

Tarixi mənbələrdə macarlar müxtəlif adlarla qeyd olunur. Onlar Karpat hövzəsinə gəlməmişdən əvvəl, Şərqi Avropanın çöllərində yaşadıqları dövrlərdə, müxtəlif Avropa mənbələrində "Ungri" və ya "Ungari" kimi qeyd olunmuşdular. Məsələn, 837-ci ildə Georgi Monax, 862-ci ildə Annalı Bertini, 881-ci ildə isə Annales ex Annalibus Iuvavensibus macarları bu adlarla tanıtmışdır. Bizans mənbələrində isə, macarların ölkəsi "Qərbi Türküstan" (Western Tourkia) kimi göstərilir. Bu, onları "Şərqi Türküstan" (yəni Xəzər Xaqanlığı) ilə müqayisədə fərqləndirmək üçün istifadə edilirdi. 960-cı illərdə yəhudi diplomat Hasday ibn Şaprut macar knyazlığını "Hanqrin torpağı" (yəni macarların torpağı) adlandırmışdı.

Karpat hövzəsinə gəlişi və dövlətin yaranması

Macarların ilk dövlət qurumu – Macar Böyük Knyazlığı (bəzən Macar Hersoqluğu adlanır) — 895 və ya 896-cı ildə Karpat hövzəsində təsis edilmişdir. Bu dövrdə macarlar Arpad (Árpád) sülaləsinin rəhbərliyi altında tayfa ittifaqı yaratmış və əvvəlcə Etelkozdə (Karpatların şərqindəki bölgə) məskunlaşmışdılar.

IX əsrin sonlarında macarlar Karpat hövzəsinə yürüş edərək bu ərazidə məskunlaşdılar. Onlar əvvəlcədən buradakı siyasi vəziyyəti yaxşı bilirdilər, çünki bölgə dövlətlərinin – Şərqi Frankiya Krallığı, Böyük Moraviya, Birinci Bolqar Çarlığı – xidmətində muzdlu döyüşçü kimi iştirak etmişdilər. Macarların gəlişi dövründə Karpat hövzəsi nisbətən seyrək məskunlaşmışdı. Bu, 803-cü ildə frankların Avar xaqanlığını dağıtması ilə bağlı idi. Bu səbəbdən, macarlar bölgəyə maneəsiz daxil ola bildilər və 900-cü ilə qədər burada öz dövlətlərini qurdular.

Macarların işğalı talan məqsədi daşımırdı. Onların liderləri – dyula Arpad və kende Kursan – burada uzunmüddətli məskunlaşmanı hədəfləyirdilər. Arxeoloji qazıntılar göstərir ki, macarlar ilk məskunlaşmalarını Sava və Nitra çayları ətrafında qurmuşdular.

Xristianlaşma

996-cı ildə Şahzadə Qeza tərəfindən Pannonhalmada ilk macar Benedikt monastırı qurulmuşdur.

Yeni Macar dövləti xristian dünyasının sərhədində yerləşirdi. X əsrin ikinci yarısından etibarən alman katolik missionerlərinin Şərqi Frankiyadan gəlməsi ilə xristianlıq Macarıstanda yayılmağa başlamışdır. 945 və 963-cü illər arasında knyazlığın əsas rəhbərləri olan dyula və horka xristianlığı qəbul etməyə razılaşdılar.

973-cü ildə I Qeza və onun bütün ailəsi vəz olunaraq xristianlığı qəbul etdi. Həmçinin, Müqəddəs Roma İmperatoru I Otto ilə rəsmi sülh bağlandı. Bununla belə, Qeza xaç suyuna çəkilsə də, əslində bütpərəst olaraq qalmışdır. Onun atası Takşon onu bütpərəst şahzadə kimi yetişdirmişdi. 996-cı ildə Qeza tərəfindən ilk Macar Benedikt monastırı qurulmuşdur. Qezanın hakimiyyəti dövründə xalq köçəri həyat tərzindən tamamilə imtina etmiş və Leçfeld döyüşündən bir neçə onillik sonra Macarıstan xristian krallığına çevrilmişdir.

Dövlətin təşkili

910-cu ildə Şərqi Frank Hersoqluğunda Macarıstan kampaniyası
912-ci ildə Avropa

907 (və ya 904)-cü ilə qədər Macar dövləti ikili idarəetmə sistemi altında idi (bəlkə də bu sistem xəzərlərdən qəbul olunmuşdu).Hakimiyyət müqəddəs kral (kende) və hərbi rəhbər (gyula) arasında bölünmüşdü. Tarixi mənbələrdən hansı vəzifənin Arpad və hansının Kursan tərəfindən icra edildiyi dəqiq məlum deyil.

Ehtimal olunur ki, Kende Kursan öldürüldükdən sonra bu bölgü ləğv edildi və Arpad knyazlığın yeganə hökmdarı oldu. Bizans imperatoru Konstantin Porfiroqennet Arpadı "ho megas Tourkias archon" ("Türkiyanın böyük hökmdarı") adlandırırdı. X əsrin bütün macar knyazları bu titulu daşıyırdı. Macarıstanda hakimiyyət atadan oğula deyil, sülalənin ən yaşlı üzvünə keçirdi (aqnatik senioritet qaydası). Macar Böyük Knyazları yəqin ki, ali gücə malik deyildilər, çünki qərbə və cənuba edilən hərbi yürüşlər zamanı əvvəlcə güclü olan knyaz hakimiyyəti zəifləməyə başlamışdır. 947-ci ildən əvvəl mənbələrdə Böyük Knyazlardan bəhs edilmir. Yalnız bir halda Takşon "Macarıstan hersoqu" (dux Tocsun) kimi qeyd olunub. Bu dövrdə hərbi liderlərin (Bulcsú, Lél) rolu daha da güclənmişdi. Arpad sülaləsinin şahzadələri və macar tayfalarının əksəriyyəti türkcə adlar daşıyırdılar.

Əhali

Macarıstanın X əsrdəki əhalisi ilə bağlı müxtəlif qiymətləndirmələr mövcuddur. 900-cü ildə əhalinin 250,000 ilə 1.5 milyon arasında olduğu təxmin edilir. Arxeoloji dəlillər X əsrdə macar zadəganlarının qəsrlərdə yaşadığını sübut etmir. IX əsrin sonlarına aid təkcə bir möhkəmləndirilmiş tikili tapılıb (Mosapurc qəsri). Lakin XI əsrə aid qazıntılar qəsr tikintisinin sonrakı dövrlərdə artdığını göstərir. Borsod bölgəsində aparılan qazıntılar isə bəzi ruhanilərin və zadəganların artıq X əsrdə daş evlərdə yaşaya biləcəyini göstərir. Müsəlman səyyahlar macarların çadırlarda yaşadıqlarını qeyd edirdilər. Sadə xalq əsasən torpaq evlərdə (pit-dwellings) məskunlaşırdı. Bununla yanaşı, çoxotaqlı və ağac-daş konstruksiyalı evlərə dair də sübutlar mövcuddur.

Digər nəzəriyyələr

Bəzi tarixçilər iddia edirlər ki, Şahzadə Arpadın xalqı türkcə danışırdı və macarlar əslində 680-ci illərdən etibarən Karpat hövzəsində yaşayırdılar. Bu nəzəriyyənin əsas arqumenti budur ki, yeni gələnlərin məzarlıqları çox kiçikdir, bu da göstərir ki, əhali kifayət qədər böyük olmamışdır ki, macar dili Karpat hövzəsində üstün dilə çevrilsin. Bununla belə, Arpadın Megyer tayfasının lideri olduğu məlumdur. Əgər Megyer tayfası bulqar-türk dilində danışsaydı, bu qəribə olardı. Əlbəttə ki, sintez şəraitində hər şey mümkündür.

Ədəbiyyat

  • Kings and Saints – The Age of the Árpáds (PDF). Budapest, Székesfehérvár: Institute of Hungarian Research. 2022. ISBN 978-615-6117-65-6.
  • Kozma, Gábor (Editor); və b. "New Results of Cross-Border Co-operation" (PDF). The Department of Social Geography and Regional Development Planning of the University of Debrecen; et al. dekabr 2011. İstifadə tarixi: 2 iyun 2012. ([[:Category:|link]])[[Category:]] ISBN 9789638916730

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Macarıstan knyazlığı haqqında məlumat. Macarıstan knyazlığı nədir? Macarıstan knyazlığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Fandi körfəzi

  • Fevral 27, 2026

    Filoloq

  • Fevral 27, 2026

    Sol mədəcik

  • Fevral 27, 2026

    Qızılqaz

  • Fevral 27, 2026

    Zərbxana

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst