Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abdulla Novruz oğlu Qurbani (13 dekabr 1956, Mahmudkənd, Noraşen rayonu) — şair, publisist, dramaturq, nasir, senari müəllifi, rejissor, Azərbaycan Respublikası

Abdulla Qurbani

  • Ana Səhifə
  • Vikipediya
  • Abdulla Qurbani

Abdulla Novruz oğlu Qurbani (13 dekabr 1956, Mahmudkənd, Noraşen rayonu) — şair, publisist, dramaturq, nasir, senari müəllifi, rejissor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2003), Azərbaycan Respublikası Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, 2020-ci il dekabrın 10-da Bakıda keçirilmiş Qələbə Paradının ssenari müəllifi və aparıcısı.

Abdulla Qurbani
Doğum tarixi 13 dekabr 1956 (69 yaş)
Doğum yeri Mahmudkənd, Şərur, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət İncəsənət İnstitutu, Teatrşünaslıq Fakültəsi
Fəaliyyəti şair, publisist, dramaturq, nasir
Əsərlərinin dili Azərbaycan dili
İlk əsəri Şəhidlər dastanı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20032003
2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni "Vətən uğrunda" medalı "Hərbi xidmətlərə görə" medalı"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Mündəricat

Həyatı

Qurbani Abdulla Novruz oğlu 1956-cı il dekabrın 13-də Şərur rayonunun Mahmudkənd kəndində anadan olmuşdur. İbtidai təhsilini burda almış, sonra Culfa rayonunun Əbrəqunus kənd internat orta məktəbini bitirmişdir. Əmək fəaliyyətinə Mədəniyyət Nazirliyinin nəzdində olan mədəniyyət işçilərinin respublika hazırlıq və ixtisasartırma kursunda başlamışdır. Burada o, 1973–1975-ci illərdə bədii rəhbər vəzifəsində çalışmışdır.

1975–1977-ci illərdə Uzaq Şərq hərbi dairəsində ordu sıralarında xidmət etmişdir. 1977–1978-ci illərdə Bakıda Aşıq Ələskər adına Xalq yaradıcılıq evində kütləvi tamaşalar üzrə metodist işləmişdir.

1978–1983-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq Fakültəsində təhsil almışdır.

1983–1989-cu illərdə Naxçıvan MR Şərur rayonunda tarix diyarşünaslıq muzeyində direktor, 1989–1993-cü illərdə mədəniyyətşünaslıq şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

1993-cü ildə Şərur rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsindən könüllü olaraq cəbhəyə yollanıb. Murovdağ uğrunda ilk döyüş əməliyatlarına qoşulan A. Qurbani sıravi əsgərdən polkovnik rütbəsinədək yüksəlib. Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini kimi 2017-ci il dekabrın 15-də hərbi xidmətdən tərxis olunub. Hazırda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının prezidium üzvüdür.

Yaradıcılığı

A. Qurbani bədii yaradıcılığa kiçik yaşlardan başlamışdır. İlk qələm təcrübələri rayon qəzetlərində dərc olunmuşdur. Sonralar dövrü mətbuatda şer, hekayə və publisistik məqalələrlə müntəzəm çıxış etmişdir. 50-dən artıq şerinə mahnı bəstələnmişdir. "Daşaltı" pyesi Bakı Bələdiyyə Teatrında tamaşaya qoyulmuşdur.

Qurbani hərbi vətənpərvərlik mövzusunda 100-dən çox kitabın, yüzlərlə məqalənin, 200-dən çox hərbi marş və vətənpərvərlik mahnılarının sözlərinin müəllifidir. Poemaları əsasında bir çox televiziya tamaşası hazırlanıb, rekviyem-oratoriya, simfonik poema yazılıb. "Türk sancağı", "Daş andı", "Şahnaz muğamı", "Gənclik bir də qayıtmır" pyesləri tamaşaya qoyulub. Respublikanın müxtəlif bölgələrində, eləcə də paytaxt Bakıda təşkil olunan onlarla teatrlaşdırılmış kütləvi mərasimin senari müəllifi və quruluşçu rejissorudur. "Azərbaycan- Türkiyə: qardaşlığın təntənəsi" kitab-albomunun müəllifidir.

Abdulla Qurbani Azərbaycanda keçirilmiş son dörd hərbi paradın aparıcısıdır. O, Silahlı Qüvvələrimizin 100 illik yubileyinə həsr olunan hərbi paradın və 10 dekabr 2020-ci ildə keçirilmiş Qələbə Paradının senari müəllifi və aparıcısıdır.

Əsərləri

  1. Şəhidlər dastanı. Bakı, Gənclik, 1992, 232 s.
  2. Kərki həsrəti. Bakı, Şur nəşriyyatı, 1992, 96 s.
  3. Gültəkin qayası. Bakı, Gənclik, 1993, 68 s.
  4. Kərki həsrəti. Bakı, Şur nəşriyyatı, 1993, 96 s
  5. Gedin deyin Xançobana, Bakı, Şur nəşriyyatı, 1993, 45 s.
  6. Murovdağ karvanı. Bakı, Azərbaycan, 1994, 224 s.
  7. Millətin oyaq gecəsi. Bakı, Oğuz eli, 1994, 32 s.
  8. Ana, Murovdan gəlirəm. Bakı, Azərbaycan, 1994, 128 s.
  9. Koroğlunun Ağdərə səfəri. Bakı, Azərbaycan, 1995, 32 s.
  10. Vətən bizə arxalanır. Bakı, Azərbaycan, 1995, 128 s.
  11. Ömrün qırxıncı son baharında, Bakı, Dünya, 1996, 132 s.
  12. Heydər Əliyev məktəbi. Bakı, Hərbi nəşriyyat, 1996, 60 s.
  13. General ömrü. Bahı Hərbi nəşriyyat, 1996, 36 s.
  14. Mətinlik məktəbi. Bakı, Dünya, 1996, 256 s.
  15. Meşəli od içində. Bakı, Dünya, 1996, 128 s.
  16. Şahidlər danışır. Bakı, Dünya, 1996, 208 s.
  17. Çağırışa hazıram. Bakı, Dünya, 1997, 192 s.
  18. Çilov adası da səngərdir. Bakı, Dünya, 1997, 164 s.
  19. Ağlı-qaralı dünyam. Bakı, Dünya, 1997, 80 s.
  20. Yurdumuzun ziyalısı. Bakı, Dünya, 1997, 80 s.
  21. Murovdağ qartallarına. Bakı, Dünya, 1998, 96 s.
  22. Bu kənd sənin kəndindir. Bakı, Hərbi nəşriyyat, 1998, 68 s.
  23. Daş andı. Bakı, Dünya, 1999, 148 s.
  24. Ölmək istəyirəm, Bakı, Əbilov, Zeynalov və oğulları nəşriyyatı, 1999, 128 s.
  25. Ömrün davamı. Bakı, Əbilov, Zeynalov və oğulları nəşriyyatı, 2000, 124 s.
  26. Qurbani Abdulla. https://ebooks.az/book_UZPgrztK.html (#bare_url_missing_title) // Mənim hərbi litseyim. Bakı: Əbilov, Zeynalov və oğulları. 2002. 352. ISBN 5-87459-196-X.

Ədəbiyyat

Teymur Əhmədov. XX əsr Azərbaycan yazıçıları. Ensklopedik Məlumat Kitabı. (Təkmilləşdirilmiş üçüncü nəşr) (PDF) ("Nurlar"). Bakı. 2004. 984. ISBN 9952-403-38-0.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abdulla Qurbani haqqında məlumat. Abdulla Qurbani nədir? Abdulla Qurbani nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Susuzluq (Kəlbəcər)

  • Fevral 27, 2026

    Əbdürrəşid Bakuvi

  • Fevral 25, 2026

    Şarl Furye

  • Mart 01, 2026

    Helli Berri

  • Fevral 24, 2026

    İeratik yazı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst