Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Roman avtobioqrafik sayılır. Yazıçı Birinci Dünya müharibəsində italyan cəbhəsində Qızıl Xaçın könüllüsü kimi iştirak edib. Milanda yaralanıb hospitala düşən He

Əlvida, silah!

  • Ana Səhifə
  • Vikipediya
  • Əlvida, silah!

Əlvida, silah! — Ernest Heminqueyin romanı.

Əlvida, silah!
A Farewell to Arms
Əsərin 2017-ci il azərbaycanca nəşrinin üz tərəfi
Əsərin 2017-ci il azərbaycanca nəşrinin üz tərəfi
Müəllif Ernest Heminquey
Janr Roman
Orijinalın dili İngiliscə
Ölkə
  •  ABŞ
Orijinalın nəşr ili 1929
Tərcüməçi Hacı Hacıyev
Nəşriyyat Bakı Kitab Klubu (2017)
Səhifə 345 (1961), 264 (1986) 320 (2017)
Tiraj 100 (2017)
ISBN-13 978-9952-8252-0-6
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Roman avtobioqrafik sayılır. Yazıçı Birinci Dünya müharibəsində italyan cəbhəsində Qızıl Xaçın könüllüsü kimi iştirak edib. Milanda yaralanıb hospitala düşən Heminquey tibb bacısına aşiq olub.

"Əlvida, silah!" üslub gözəlliyi və ifadəliliyi baхımından Heminqueyin ən yaхşı əsəri sayılır.

Romanın adlarına gəlincə, yazıçı onu əvvəlcə «Savaşda eşq», «Gözoxşayan», «Vaxt da yetər, sülh də», "Silahlara əlvida" adlandırmaq istəyib. Ən sonda, «Əlvida, silah!» (1929) adının üstündə dayanıb.

Əsər Üçüncü Reyxdə qadağan olunub.

Yazıçı 1958-ci ildə The Paris Review jurnalına müsahibəsində etiraf edib ki, romanın son sözünü 39 variantda yazıb. Heminqueyin Con F. Kennedi kitabxanasında saxlanılan əlyazmalarını incələyən nəvəsi Ernest Miller Heminquey isə bu sonluqların 39 deyil, 47 olduğunu aşkarlayıb. Əsər 47 alternativ sonluqla 2012-ci ildə ABŞ-nin Simon & Schuster nəşriyyatının Scribner mətbəəsində nəşr olunub.

Mündəricat

Məzmun

Xəbərdarlıq Xəbərdarlıq: Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.

Əsərdə müharibə bütün gerçəklikləri və dəhşətləri ilə təsvir olunur. Döyüşün törətdiyi qorxu ucbatından əsgərlər özlərinə qəsdən xələl yetirirlər. Belə ki, onlar ön cəbhədə olmamaq üçün özlərini qəsdən yaralayır, arxa cəbhəyə can atır, xəstəxanalarda daha çox qalmaq istəyirdilər.

Xəbərdarlıq Xəbərdarlığın sonu.

Nəşr və tərcümə

Roman Hacı Hacıyev tərəfindən Azərbaycan dilinə tərcümə edilib, Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə ilk dəfə Uşaqgəncnəşrdə 1961-ci ildə 345 səhifədə, 2-ci dəfə 1986-cı ildə 264 səhifədə təkrar nəşr edilib. Latın qrafikalı Azərbaycan əlifbası ilə 2017-ci ildə Bakı Kitab Klubunda 320 səhifədə, 100 tirajla çap edilib.

Həmçinin bax

  • İtirilmiş nəsil

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əlvida, silah! haqqında məlumat. Əlvida, silah! nədir? Əlvida, silah! nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Həbs

  • Fevral 25, 2026

    Marko Polo

  • Fevral 27, 2026

    İmam Əliyyən-Nəqi

  • Fevral 27, 2026

    Milan FK

  • Fevral 27, 2026

    Toşio Suzuki

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst