Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qərbi Ermənistan (Qərbi ermənicə: Արեւմտեան Հայաստան rom: Arevmıdyan Hayasdan), ermənilərin tarixi vətəninin bir hissəsi və bugünkü Türkiyənin (keçmiş Osmanlı i

Qərbi Ermənistan

  • Ana Səhifə
  • Vikipediya
  • Qərbi Ermənistan

Qərbi Ermənistan (Qərbi ermənicə: Արեւմտեան Հայաստան rom: Arevmıdyan Hayasdan), ermənilərin tarixi vətəninin bir hissəsi və bugünkü Türkiyənin (keçmiş Osmanlı imperiyası) şərq bölgəsinə aid bir termindir. Bizans Ermənistanı olaraq da bilinən Qərbi Ermənistan, 387-ci ildə Böyük Ermənistanın Bizans İmperiyası (Qərbi Ermənistan) və Sasanilər İmperiyası (Şərqi Ermənistan) arasında bölünməsindən sonra yaranmışdır. Osmanlı imperiyası daxilindəki millətlərin müstəqillik əldə etməyə başladığı parçalanma dövründə ermənilər arasında da yaranan müstəqillik ideyasını yatırtmaq üçün 1890-cı illərin əvvəllərində əsasən kürd dəstələrindən olmaqla müsəlman xalqları silahlandıraraq Həmidiyə alayları kimi bir birlik meydana gətirildi. Bu birliyin 1894-1896-cı illər arasında həyata keçirdiyi qırğınlar və dövlətin iqtisadi qorxutma siyasətinin yaratdığı aclıq və epidemik xəstəliklər kimi hadisələr nəticəsində erməni əhalisi xeyli itki verdi. 1915-ci ildə qüvvəyə minən Köçürmə Qanunu ilə, Suriya səhrasına sürgün edilən ermənilərin mövcudluğu bölgədə sona çatdı. Mədəni irsin sistematik şəkildə məhv edilməsi bəzi tədqiqatçılar tərəfindən mədəni soyqırım nümunəsi kimi qiymətləndirilir.

Keçmişdə bölgədə yaşayan bəzi ermənilər assimilyasiya olmuş və şəxsiyyətlərini gizlədərək həyatlarını davam etdirirlər. Ermənistan İnqilabi Federasiyası kimi tərəflərin söylədiyi irredentist baxışa görə, bu bölgə Böyük Ermənistanın bir hissəsidir və torpaqlar geri qaytarılmalıdır.

Rusiya İmperiyası dövründə Osmanlı imperiyası sərhədləri daxilində, Qərbi Ermənistan olaraq adlandırılan region yaşıl rəngdə göstərilmişdir. Hal-hazırda Qara daxil olmaqla Türkiyə sərhədləri daxilində olan region Qərbi Ermənistan adlandırılır.

Tarixi

Bölgə əsrlər boyu Osmanlı imperiyası tərəfindən idarə edilmişdir. Ermənistan İnqilab Federasiyasının töhfəsi ilə 1915-1918-ci illər arasında ermənilər tərəfindən müvəqqəti Qərbi Ermənistan İdarəsi adı altında idarə olunan bölgə 30 1918-ci il 30 oktyabr tarixli Mudros sülh müqaviləsinin 24-cü maddəsində “Altı erməni vilayəti” adlandırıldı. Qərbi Ermənistan 3 dekabr 1920-ci il tarixli Gümrü müqaviləsi nəticəsində Türkiyə hakimiyyəti altında qalsa da, Ermənistan Respublikası İstiqlal Bəyannaməsinin 11-ci maddəsində yazılmış “Ermənistan Respublikası 1915-ci ildə Qərbi Ermənistanda təşkil edilmiş erməni soyqırımını beynəlxalq səviyyədə tanıdılmasına çalışmaqdadır” hissəsi ilə qətliamın soyqırım kimi beynəlxalq səviyyədə tanıdılmasından başqa qarşıya qoyulan milli hədəflər içərisində torpaq tələbini də sayır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qərbi Ermənistan haqqında məlumat. Qərbi Ermənistan nədir? Qərbi Ermənistan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Alba Yuliya

  • Fevral 28, 2026

    Phaseolus filiformis

  • Fevral 27, 2026

    Yaqub peyğəmbər

  • Mart 01, 2026

    İvane Cavaxişvili

  • Fevral 27, 2026

    Zürafə

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst