Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Klassik iqtisadiyyat və ya klassik siyasi iqtisadiyyat — 18-ci əsrin sonu 19-cu əsrin erkən ortalarında, əsasən Britaniyada inkişaf edən iqtisadi təlim məktəbi.

Klassik iqtisadiyyat

  • Ana Səhifə
  • Vikipediya
  • Klassik iqtisadiyyat

Klassik iqtisadiyyat və ya klassik siyasi iqtisadiyyat — 18-ci əsrin sonu 19-cu əsrin erkən ortalarında, əsasən Britaniyada inkişaf edən iqtisadi təlim məktəbi. Əsas mütəfəkkirlərinə Adam Smit, Jan Batist Sey, David Rikardo, Tomas Robert Maltus və Con Stüart Mill daxildir. Bu iqtisadçılar mübadilə və istehsalın təbii qanunları tərəfindən idarə olunan, öz-özünü tənzimləyən sistemlər kimi qəbul edilən bazar iqtisadiyyatları nəzəriyyəsini formalaşdırmışdılar.(Bunun daha geniş izahı Adam Smitin "Görünməyən əl" prinsipində verilmişdir)

Adam Smit(1723-1790).Müasir kapitalizmin banisi

Adam Smitin 1776-cı ildə nəşr olunan Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında traktat kitabı klassik iqtisadiyyatın başlanğıcı kimi göstərilir. Smitin kitabının əsas çatdırmaq istədiyi bir millətin və ya xalqın sərvətinin o ölkəni idarə edən monarxın sandıqçasındakı qızılla yox, ölkənin milli gəliriylə ölçüldüyü düşüncəsi idi. Qarşılığında bu gəlir əmək bölgüsündə və klassik iqtisadçıların əsas konsepsiyalarından biri olan toplanmış kapitalın istifadəsində efektiv təşkil edilmiş əmək istifadəsinə əsaslanırdı.

İqtisadi siyasət baxımından klassik iqtisadçılar ictimai malın istehsalında dövlətin rolunu görmələrinə baxmayaraq, bazar azadlığını müdafiə edən praqmatik liberallar idi. Smitə görə bəzi yerlərdə bazar ortaq marağı təmin etmək üçün ən yaxşı vasitə bazar deyildi. Bununla o ortaq malların xərcinin böyük hissəsinin bu malları ən rahat şəkildə almağa gücü çatanların üstünə yüklənməli olduğunu müdafiə edirdi. Smit təkrar-təkrar inhisarın təhlükələrinə diqqət çəkir və rəqabətin əhəmiyyətini vurğulayırdı. Beynəlxalq ticarət baxımından klassik iqtisadiyyatçılar proteksionizmi dəstəkləyən merkantilist sələflərinin əksinə azad ticarətin müdafiəçiləri idi.

Smit, Rikardo və digər erkən iqtisadçıların "klassik" olaraq adlandırılması Karl Marks aiddir. O, bununla iqtisadi nəzəriyyənin "möhtəşəmliklərini" onların "bayağı" sələflərindən ayırırdı. Bir başqa müzakirə mövzusu da klassik iqtisadçı terminin, xüsusilə də 1830–75-ci illər arasındakı periodu nəzərə alsaq, nəyi əhatə etdiyi və onların neoklassik iqtisadçılarla necə əlaqələndiyidir.

Ədəbiyyat

  • Cochrane, James L. Classical Macroeconomics // Macroeconomics Before Keynes. Glenview: Scott, Foresman & Co. 1970. 23–42. OCLC 799965716.
  • Skousen, Mark. Classical Economics // Hamowy, Ronald (redaktor). The Encyclopedia of Libertarianism. Thousand Oaks, CA: SAGE; Cato Institute. 2008. 71–73. doi:10.4135/9781412965811.n47. ISBN 978-1412965804. LCCN 2008009151. OCLC 750831024.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Klassik iqtisadiyyat haqqında məlumat. Klassik iqtisadiyyat nədir? Klassik iqtisadiyyat nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Tomas Hardi

  • Mart 01, 2026

    Kadastr

  • Fevral 27, 2026

    Gündoğdu bəy

  • Fevral 23, 2026

    İsa

  • Fevral 28, 2026

    Açıq əməkdaşlıq

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst