Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vitali Yuryeviç Borisov (rus. Виталий Юрьевич Борисов; 5 iyul 1982, Bakı) — Azərbaycan milli futzal komandasının baş məqçisi. O, oyunçu kimi karyerasında Azərba

Vitali Borisov

  • Ana Səhifə
  • Vikipediya
  • Vitali Borisov

Vitali Yuryeviç Borisov (rus. Виталий Юрьевич Борисов; 5 iyul 1982, Bakı) — Azərbaycan milli futzal komandasının baş məqçisi. O, oyunçu kimi karyerasında Azərbaycan milli minifutbol komandası və Azərbaycan milli çimərlik futbolu komandasının hücumçusu kimi çıxış etmişdir.

Vitali Borisov
Ümumi məlumatlar
Tam adı Vitali Yuryeviç Borisov
Doğum tarixi 5 iyul 1982 (43 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Boyu 171 sm
Çəkisi 65 kq
Mövqeyi hücumçu
Karyerası
Klub karyerası
2000 Azərbaycan Anqloyl MFK ? (?)
2000—2002 Azərbaycan Tribut MFK ? (?)
2003—2005 Azərbaycan Ədliyyə Bakı 21 (1)
2004 Azərbaycan Araz MFK ? (?)
2004—2005 Azərbaycan Asfarma MFK ? (?)
2005—2008 Azərbaycan Araz MFK ? (?)
2008—2009 Rusiya Dina MFK 17 (6)
2009—h.h. Azərbaycan Araz MFK ? (?)
Milli yığma
2001—h.h. Azərbaycan Azərbaycan (minifutbol) ? (?)
2009—h.h. Azərbaycan Azərbaycan (çimərlik futbolu) ? (?)
Məşqçisi olduğu klublar
2023—2024 Azərbaycan Araz-Naxçıvan
2023— Azərbaycan Azərbaycan

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 18 avqust 2009 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 18 avqust 2009 tarixində redaktə olunub.
  3. 3 oktyabr 2024 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Futbolçu karyerası

Klub

Vitali Borisov minifutbolçu karyerasının böyük hissəsini Azərbaycan minifutbol çempionatının dəfələrlə qalibi olmuş Araz-Naxçıvan MFK-nın heyətində keçirmişdir. Qısa bir müddət Rusiyanın ən titullu minifutbol klubu olan Dina MFK-nın heyətində də çıxış etmişdir.. O, 2007-ci ilin dekabrında bu klubla yarım illik müqavilə imzalamış və icarə əsasında paytaxt klubunun formasını geyinmişdir.

2008-ci il fevralın 9-da Dina MFK-nın heyətində rəsmi oyunlarda ilk qoluna imza atmışdır. O, Rusiya milli minifutbol çempionatının XVI turunda Dinamo MFK-nın (Sankt-Peterburq) qapısına qol vurmuşdur və bu oyunda onun komandası 3:0 hesabı ilə qalib gəlmişdir.

2008-ci ilin aprelində Dina MFK-ya həsr olunan sənədli filmin çəkilişlərində iştirak etmişdir.

№ Klub Ölkə Dövr
1 Anqloyl MFK (Bakı) Azərbaycan 01.01.2000–25.06.2000
2 Tribut MFK (Bakı) Azərbaycan 25.07.2000–25.06.2002
3 Ədliyyə Bakı Azərbaycan 05.01.2003–05.01.2004
4 Araz-Naxçıvan MFK Azərbaycan 20.01.2004–25.06.2004
5 Asfarma MFK (Bakı) Azərbaycan 15.08.2004–15.07.2005
6 Araz-Naxçıvan MFK Azərbaycan 25.07.2005–05.01.2008
7 Dina MFK (Moskva) Rusiya 10.01.2008–15.06.2009
8 Araz-Naxçıvan MFK Azərbaycan 25.07.2009 — h.h.

Məşqçilik karyerası

2021-2022-ci illərdə "Neftçi" idman klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərib.

5 iyun 2023-cü ildə Borisov "Araz-Naxçıvan" futzal klubunun baş məşqçisi təyin olunub. 16 iyunda isə o, həm də Azərbaycanın milli futzal komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.

Nailiyyətləri

Klublarda

Çempionat

  • 2000-ci il — Anqloyl MFK klubunun heyətində Azərbaycan minifutbol çempionatının bürünc mükafatçısı.
  • 2001-ci il — Tribut MFK klubunun heyətində Azərbaycan minifutbol çempionatının gümüş mükafatçısı.
  • 2002-ci il — Tribut MFK klubunun heyətində Azərbaycan minifutbol çempionatının qalibi.
  • 2004-cü il — Araz-Naxçıvan MFK klubunun heyətində Azərbaycan minifutbol çempionatının qalibi.
  • 2005-ci il — Asfarma MFK klubunun heyətində Azərbaycan minifutbol çempionatının bürünc mükafatçısı.
  • 2006-cı il — Araz-Naxçıvan MFK klubunun heyətində Azərbaycan minifutbol çempionatının qalibi.
  • 2007-ci il — Araz-Naxçıvan MFK klubunun heyətində Azərbaycan minifutbol çempionatının qalibi.

Kubok

  • 2004-cü il — Araz-Naxçıvan MFK klubunun heyətində Azərbaycan minifutbol kubokunun qalibi.
  • 2006-cı il — Araz-Naxçıvan MFK klubunun heyətində Azərbaycan minifutbol kubokunun qalibi.
  • 2007-ci il — Araz-Naxçıvan MFK klubunun heyətində Azərbaycan minifutbol kubokunun qalibi..

Millidə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vitali Borisov haqqında məlumat. Vitali Borisov nədir? Vitali Borisov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Səfərabad məhəlləsi

  • Fevral 27, 2026

    Robert Pil

  • Fevral 27, 2026

    Ovid

  • Mart 01, 2026

    Lələkyeyənlər

  • Fevral 27, 2026

    Boyat (Neftçala)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst