Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Antropomorfizm (yun. ανθρωπος insan, μορφή forma) — insana xas olan xassə və xüsusiyyətlərin xarici təbiət qüvvələrinə və başqa varlıqlara aid edilməsi.

Antropomorfizm

  • Ana Səhifə
  • Vikipediya
  • Antropomorfizm

Antropomorfizm (yun. ανθρωπος insan, μορφή forma) — insana xas olan xassə və xüsusiyyətlərin xarici təbiət qüvvələrinə və başqa varlıqlara aid edilməsi.

Hələ Ksenofan antropomorfizmdə dinin xüsusiyyətini görmüşdür. Dində antropomorfizmin əhəmiyyətini Feyerbax daha dərin və daha dolğun göstərmişdir. Antropomorfizm animizm, totemizmlə bağlıdır və müasir dinlərin əksəriyyətinə məxsusdur.

Mündəricat

Antropomorfizm iudaizmdə

Başda Tanax olmaqla yəhudi yazılarında antropomorfizmlərə tez-tez rast gəlinir. Lakin iudaizmin təməl inancı Allahı maddi bir formada təsəvvür etməyin imkansızlığı əsasında qurulmuşdur. Odur ki, iudaizmdə antropomorfizmlərə münasibət onların necə qəbul edilməyindən asılıdır: sadəcə olaraq Allahın insanlaşdırılması kimi antropomorfizm yolverilməzdir; ruhani varlığın obrazlar vasitəsilə estetik qavranılması üçün istifadə olunan antropomorfizm isə məqbul sayılmaqdadır.

Tanaxda Allahın maddi bir obrazla təsvir edildiyinə dair heç bir şəhadət yoxdur. Ümumiyyətlə, "Allahın üzü", "Allahın əlləri", "Allah gördü" kimi antropomirfizmlər sadəcə olaraq ədəbi üsullar kimi qəbul edilir.

Antropomorfizm xristianlıqda

Xristianlıqda antropomorfizmlər ələlxüsus İsa Məsihin məsəllərində işlənmişdir. Bibliya əzəldən var Olanın hədsiz, təsvirolunmaz və dərkedilməz təbiətini birmənalı şəkildə öyrədir. Təsvirolunmaz gerçəklikləri izah etmək üçün müxtəlif məcazlardan, o cümlədən antropomorfizmlərdən də geniş istifadə olunur. Antropomorfizmlərin məqsədi, insanları yaradan və yaşadan Allahın şəxsiyyətsiz, uzaq, soyuq bir mütləq Varlıq deyil, insanın həyatı ilə maraqlanan "yaşayan Allah" olduğunu göstərməkdir. Bibliyanın insanın "Allahın surətində" yarandığını öyrətməsi peyğəmbər, həvari və digər müqəddəs müəlliflərin Allah-Taaladan bəhs edərkən antropomorfizmlərdən istifadə etmələrinə əsas verir.

Allaha "səmavi Atamız" və İsaya "Allahın Oğlu" deyərək, xristianlar sözlə ifadə edilməyən gerçəklikləri antropomorfik obrazlarla ifadə edirlər.

Antropomorfizm islamda

Müsəlmanlar ənənəvi olaraq Allahın vizual şəkildə təsəvvür edilə bilməyəcəyinə etiqad edirlər. Qurani Kərimdə "Allahın üzü", "Allahın gözləri" kimi bir sıra antropomorfizmlərə rast gəlinir. Bütün bunlar müsəlmanların əksəriyyəti tərəfindən məcazi mənada obrazlı ifadələr kimi qəbul olunur.

Allahı insan keyfiyyətləri ilə təsəvvür edən yeganə müsəlman məzhəbi müşəbbihilər olmuşdur. Müşəbbihilər müsəlmanların ənənəvi dünyagörüşündən fərqli olaraq, Allahı Onun yaratdıqlarına aid sifətlərlə təsəvvür edirdilər. Ortodoksal müsəlmanlar müşəbbihiliyi tənqid edib və Allahın diri, qüdrətli, bilikli və s. olması kimi ilahi sifətlər haqqında danışılanda bunların heç də insandakı kimi təsəvvür edilə bilməyəcəyini təsdiq ediblər. Bu kimi antropomorfizmlər İlahi kitabda yalnız insanın düşüncəsi səviyyəsində təqdim olunmuşdur. Bunların həqiqi mahiyyəti isə dərkedilməzdir. Başqa sözlə, İslam ənənəçilərinə görə, Allahın diriliyi, biliyi, yaxud qüdrəti insanın analoji keyfiyyətləri ilə eyni deyildir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Antropomorfizm haqqında məlumat. Antropomorfizm nədir? Antropomorfizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Dövlət başçısı

  • Fevral 24, 2026

    15 iyul

  • Fevral 24, 2026

    Manat

  • Fevral 25, 2026

    Azərbaycanlı

  • Fevral 24, 2026

    Bavariya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst